Yens Yakov Bertselius - Wikipedia
Yens Yakov Bertselius - Wikipedia - Haqqında Məlumat
Yens Yakob Berselius (d. 1779 – ö. 1848) — İsveç kimyaçısı.
YENS YAKOV BERTSELİUS | |
---|---|
Yöns Yakob Berselius | |
Doğum tarixi | |
Doğum yeri | İsveç |
Vəfat tarixi | |
Vəfat yeri | İsveç |
Elm sahəsi | kimya |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəBertselius İsveçdə Östergötlənd bölgəsinin Linköping şəhərində anadan olub. O, Uppsala Universitetinin fizika üzrə məzunu olub. 1807-ci ildə Stokholm Cərrahiyyə Universitetində cərrahlıq və müalicə üzrə professor olub. 1810-cu ildə bu universitet Mediko Çirurqiska İnstitunun (sonralar Karloniska İnstitutu) bir hissəsi oldu və Bertselius kimya və əczaçılıq üzrə professor oldu.
1814-cü ildə kimyəvi elementlərin müasir işarələrini elmə daxil etmişdir.[1] 1807-1818-ci illərdə 45 kimyəvi elementin atom kütləsini təyin etmişdir.[1] Bir sıra başqa kəşflərin müəllifidir.[1]
Bertselius, Con Dalton və Antuan Lavuazye müasir kimyanın atası hesab olunurlar.
İstinadlar
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |