Yerosibu Esir Dusergesi - Wikipedia
Yerosibu Esir Dusergesi - Wikipedia - Haqqında Məlumat
Yeroşibu Əsir Düşərgəsi — Kiprdə mövcud olmuş əsir düşərgəsi, adanın cənub hissəsində yerləşirdi. Burada, 1974-cü ildə Yunanlar tərəfindən əsir alınan Kipr türkləri saxlanırdı. Ən az 329 adamın burada olduğu məlum idi. Bunların hamısı kişi idi və əksəriyyəti Baf ətrafında əsir götürülmüşdü.
25 sentyabr 1974-cü ildə Kipr türklərinin əlində olan 214 əsir yunan ilə dəyişdirildilər. Əsirlərdən 274 nəfər adanın terk hissəsinə, 16 nəfər cənubdakı kəndlərdə olan ailələrinin yanına getdilər.[1] Əsirlərin 39 nəfəri isə 21 sentyabr 1974-cü il tarixində sərbəst buraxıldılar.[2]