Yevgeni Dianov - Wikipedia
Yevgeni Dianov (31 yanvar 1936, Tyoplo-Oqaryovsk rayonu[d], Moskva vilayəti – 30 yanvar 2019[1], Moskva) – rus fiziki, akademik. 2002-ci ildən Rusiya Elmlər Akademiyasının Rəyasət heyətinin üzvü. SSRİ Dövlət mükafatı laureatı (1974). Rusiya Federasiyasının Dövlət mükafatı laureatı (1998).
Yevgeni Dianov | |
---|---|
Doğum tarixi | 31 yanvar 1936 |
Doğum yeri |
|
Vəfat tarixi | 30 yanvar 2019[1] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elmi dərəcəsi | |
Elmi adları |
|
Təhsili |
|
Elmi rəhbəri | Aleksandr Proxorov |
Üzvlüyü | |
Mükafatları |
|
Moskva Dövlət Universitetini bitirmişdir (1960). 1960–83 illərdə SSRİ EA-nın P. N. Lebedev adına Fizika İnstitutunda, 1983-cü ildən Rusiya Elmlər Akademiyasının Ümumi fizika institutunda işləmişdir, 1994-cü ildən bu institutun nəzdində Lif Optikası Elmi Mərkəzinin direktoru olub. Əsas elmi işləri lazer fizikası və lif optikasına aiddir. Dianovun rəhbərliyi altında lif işıqötürənlər üzrə lazer şüalanmasının yayılmasım müşayiət edən hadisələr aşkar edilib öyrənilmiş, yeni tipli şüşə lif işıqötürənlər işlənib hazırlanmış və lif lazerlərinin yeni nəsli yaranmışdır.