Yevlax Xankendi Demiryolu - Wikipedia
Yevlax Xankendi Demiryolu - Wikipedia - Haqqında Məlumat
Yevlax-Xankəndi dəmiryolu — Yevlax ilə Xankəndi arasında 1978-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər.
Yevlax-Xankəndi dəmiryolu | |
---|---|
Ölkə | |
Uzunluğu |
|
Tarixi
redaktəXankəndinə gedən relslər 1942-ci ildə döşənib başa çatmışdır, amma bu yol, yəqin ki, müharibə səbəbindən rentabelli olmamış, 1960-cı illərdə bu xətt yenidən qurulmağa başlamışdır.
1962-ci ildə Bakıdan Yevlaxa gələn marşrut xətti Bərdəyə qədər uzadıldı. 1967-ci ildə isə bu bölgənin qatarla Bakıya getmək istəyən sakinləri artıq Ağdamdan yola düşə bilirdilər. 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndi oldu.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Bakı-Xankəndi dəmir yolu xətti nə zaman işə salına bilər - açıqlama". 2023-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-14.