Yosioka Yayoy - Wikipedia
Yoşioka Yayoy (吉岡 彌生?, 29 aprel 1871 – 22 may 1959, Setaqaya) – Yaponiya həkimi, pedaqoqu və ictimai fiquru.[1] Yaponiyada qadınlar üçün ilk tibb məktəbini açmışdır.[1]
Yoşioka Yayoy | |
---|---|
yap. 吉岡彌生 | |
Doğum tarixi | 29 aprel 1871 |
Vəfat tarixi | 22 may 1959 (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | həkim |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1871-ci ildə Şizuoka prefekturasında doğulmuşdur.[1] Atası Vaşiyama Yosay Şizuoka prefekturasına Qərb tibbini gətirməsinə görə tanınan həkim idi.[1] İki böyük qardaşı kimi o da Tokioya gedərək Saysey Qakuşa Tibb Kollecində təhsil almışdır.[1] 1892-ci ildə lisenziyasını əldə etmiş, 1895-ci ildə Tokioda öz klinikasını açmışdır.[1] Ona özəl məktəbində alman dilini öyrədən, keçmiş tibb tələbəsi Yoşioka Arata ilə 1895-ci ildə evlənmişdir.[1] Həyat yoldaşının dəstəyi ilə 1900-cu ildə Tokio Qadınlar Tibb Məktəbini açmışdır.[1] İlk ildə məktəbin cəmi 4 tələbəsi var.[1] Dərslərin biri üçün tələbərinə öz oğlunu doğma anına baxmağa icazə vermişdir.[1] Tezliklə məktəb böyümüş, yüzlərlə tələbəsi olmuş və 1912-ci ildə Tokio Qadınların Peşəkar Tibb Məktəbinə çevrilmişdir.[1]
Yayoy tələbələrinin məzun olan kimi lisenziyalı doktor olmaları üçün tam akkreditasiya üçün mübarizə aparmış və 1920-ci ildə bu statusu əldə edə bilmişdir.[1] O, Tokio xəstəxanalarından birini idarə etmiş, müxtəlif hökumət və ictimai təşkilatın aktiv üzvü olmuşdur.[1] Yaponiyanın İkinci dünya müharibəsindəki məğlubiyyətindən sonra ABŞ rəsmiləri dövlət xidmətlərinə görə onun fəaliyyətinə son qoymuşdur.[1] Lakin 1951-ci ildə bu məhdudiyyət ləğv olunmuş və qurucusu olduğu məktəbin yenidən prezidenti seçilmişdir.[1]
Mükafatları
redaktə1955-ci ildə Yaponiyada qadınlar üçün təqdim olunan Fucin Bunka mükafatına layiq görülmüşdür.[1]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild. Tokio: Kodansha. 1983. səh. 349. ISBN 0-87011-628-2. İstifadə tarixi: 19 iyun 2022.