Yojef Fiser - Wikipedia
Yojef Fişer (mac. Fischer József; 12 aprel 1901[1][2][…], Budapeşt[1] – 23 fevral 1995[1][2][…], Budapeşt[1]) — Macarıstan modernist memarı və sosial-demokratik siyasətçi, İmre Nadın üçüncü kabinetində nazir olmuşdur.
Yojef Fişer | |
---|---|
Doğum tarixi | 12 aprel 1901[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 1995[1][2][…] (93 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, memar |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1918—1919-cu illərdə baş verən inqilabi hadisələrdə iştirak etmişdir, Macarıstan Sovet Respublikası dövründə Macarıstan Qırmızı Ordusunun tərkibində idi. 1921-ci ildə Macarıstanın ilk diplomlu qadın mühəndisi Ester Peçe ilə evləndi. Profilli təhsil almışdır; ən çox kubizm, Layoş Kaşşak, Le Korbuzye, Valter Qropius və Bauhauzdan təsirlənmişdir, Farkaş Molnar və Marsel Bröyer kimi memarlar ilə işləmişdir.
1932-ci ildə Macarıstan Sosial Demokrat Partiyası ilə əlaqələr qurdu. Karoy Peyer ilə tanışlığına görə "sinif nifrətini qızışdırdığı üçün" bir ay həbs cəzasına məhkum edildi. Onun sosial demokratik münasibətləri hələ də davam edirdi. 1939-cu il parlament seçkilərində Sosial Demokratlardan deputatlığa namizəd oldu.
1940-cı ildə hərbi xidmətə çağırıldı, 1943-cü ildə infrastruktur obyektlərini qorumağa göndərildi. 1944-cü ildə, təqib olunan bir çox şəxs onun evinə sığındı, onlar içərisində aktyor Tamaş Mayor və heykəltəraşlar Erjebet Şaar və Tibor Vilt var idilər. 1944-cü ilin noyabr ayında o, fərarilik edib ailəsi ilə birlikdə gizləndi.
1945—1948-ci illərdə paytaxtın müharibədən sonrakı yenidən qurulmasına cavabdeh olan Budapeşt İctimai Tikinti İşləri Şurasının sədri idi. Həmçinin 1945—1947-ci illərdə hökumətin tikinti işləri üzrə müvəkkil olmuşdur. 1945-ci il seçkilərində MSDP-dən ehtiyat millət vəkili seçildi, 1946-cı ildə Bela Lanyanı əvəz etdi və 1947-ci il seçkilərində daimi olaraq yer aldı və 1949-cu ilə qədər onu qoruyub saxladı. 1953-cü ildən Budapeşt şəhər planlaşdırma bürosunda Budapeştin on iki rayonunda bərpa işlərin aparılmasını planlaşdırırdı.
1956-cı il Macar inqilabı dövründə Sosial Demokrat Partiyasının bərpa iclası onun mənzilində keçirilirdi. 1956-cı il noyabrının 2-4 tarixlərində İmre Nadın üçüncü hökumətində dövlət naziri olmuşdur. Macarıstan qiyamının yatırılmasından sonra gizlənməyə başladı və sonra əvvəlki işinə geri qayıtdı, lakin 1958-ci ilin sentyabr ayında siyasi səbəblərə görə işdən qovuldu.
O ana qədər oğullarından biri (1948-ci ildə) və həyat yoldaşı (1957-ci ildə) artıq ABŞ-yə köçmüşdülər. Fişer immiqrasiya üçün 19 dəfə müraciət etmişdir və 1964-cü ildə ölkədən çıxmağa icazə alınana qədər yeddi il pasportunu gözləmişdir. 1965-ci ildə ABŞ-yə köçdü və 1968-ci ildə vətəndaşlıq aldı. Burada müxtəlif dizayn idarələrində işləmiş və Beynəlxalq Müasir Memarlıq Konqresinin (CIAM) macar qrupunun üzvü olmuşdur.
Həyat yoldaşının ölümündən üç il sonra 1978-ci ildə vətəninə qayıtdı. 1993-cü ildə Budapeştin fəxri vətəndaşı seçildi. 25 fevral 1995-ci ildə Budapeştdə vəfat etdi, külü həyat yoldaşının yanında Farkaşreti qəbiristanlığında basdırıldı.