Yolsuzluq - Wikipedia
Yolsuzluq - Wikipedia - Haqqında Məlumat
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü.
Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır.
Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Xarici keçidlər
redaktə- http://offroad.az/az/ Arxivləşdirilib 2014-04-18 at the Wayback Machine
Vikianbarda Off-road ilə əlaqəli mediafayllar var.