Yormunqandr - Wikipedia
Yormunqandr ("nəhəng bədheybət" deməkdir) qədim Skandinaviya mifologiyasında nəhəng ilan. Həmçinin "Iormungand" və ya "Jormund" kimi də yazılır və bəzən Midqard ilanı yaxud dünya ilanı da adlandırılır. Yormundqandr dəniz ilanıdır. O, tanrı Loki və ilahə Anqrbodanın ortancıl övladıdır. Əfsanəyə görə tanrı Odin qaçılmaz taleyi qabaqlamağa cəhd edərək Lokinin Anqrbodadan olan 3 övladını – qurd Fenrir, Hel və Yormunqandrı əsr götürür və Yormunqandrı Midqardı çevrələyən böyük okeana atır. İlan o qədər böyüyür ki, dünyanı çevrələyir və öz quyruğunu yeyir. Bunun nəticəsi olaraq, onu dünya ilanı yaxud Midqard (qədim Skandinaviya mifologiyasında 9 dünyadan biri, insanların dünyası) ilanı da adlandırırlar. Bu baxımdan Yormunqandr Oroborosu xatırladır. Yormunqandr bəzən 3 başlı təsvir edilir.
Yormunqandr və Tor
redaktəYormunqandr azad olduğu zaman dünya dağılacaq. Yormunqandrın əzəli düşməni tanrıların tanrısı Odinin oğlu Tordur. Mifologiyaya görə Raqnarök döyüşündə nəhəng ilan Yormunqandr okeandan çıxacaq və göy üzünü zəhərləyəcək. Tor Yormunqandrı öldürəcək, lakin ilan onu zəhərlədiyinə görə Tor yalnız doqquz addım irəliləyə biləcək, sonra yerə yıxılacaq və öləcək.