Yox Olma Hadisesi - Wikipedia
Yox olma hadisəsi (kütləvi yox olma və biotik krizis olaraq da adlandırılır) - geniş miqyasda və sürətli şəkildə Yer üzərindəki bioloji müxtəlifliyin azalmasıdır. Bu kimi hadisələr çoxhüceyrəli orqanizmlərin çoxluğunda və müxtəlifliyindəki kəskin dəyişmələrlə təyin olunur. Bu, növləşmə nisbətinə nəzərən yox olma nisbətinin artdığı zaman baş verir. Son 540 milyon ildə böyük kütləvi yox olmaların təxmin edilən sayı beşdən iyirmiyə qədər dəyişir. Bu fərqliliklərə səbəb "əsas" və ya "böyük" kimi qəbul edilən yox olma hadisələrini təsvir etmək üçün seçilən başlanğıclar və keçmiş müxtəlifliyi ölçmək üçün seçilən məlumat bazasıdır.
Çünki dünya üzərindəki çoxu müxtəliflik və biokütlə mikroorqanizm səviyyəsindədir və bu da ölçməni çətinləşdirir, qeyd olunan yox olma hadisələri ümumi müxtəliflik və həyat çoxluğundansa, rahatlıqla müşahidə olunan, biosferin bioloji olaraq kompleks komponentlərinə təsir edir.[1] Yox olma qeyri bərabər nisbətdə baş verir. Fosil qeydlərə əsaslanan dünyadakı yox olmanın arxa plan əmsalı hər milyon ildə dəniz canlılarının təsnifat fəsillərini üçün təxminən 2-5 aralığındadır. Dəniz fosillərinin yox olma əmsalını ölçməkdə istifadə olunmasına səbəb onların qurudakı fosillərə nisbətdə daha dəqiq fosil qeydi verməsi və üstün stratiqrafik aralığa səbəb olmasıdır.
Təxminən 2.45 milyard il baş verən Böyük Oksidləşmə hadisəsinin tarixdəki ilk böyük yox olma hadisəsi olduğu ehtimal olunur.[2] Kembri partlayışından bəri daha 5 böyük kütləvi yox olma arxa plan yox olma əmsalını əhəmiyyətli dərəcədə aşmışdır. Ən son baş verən və ən yaxşı öyrənildiyi düşünülən, bundan təxminən 66 milyon il əvvəl meydana gəldiyi qəbul edilən Təbaşir-Paleogen yox olma hadisəsi zamanın qısa geoloji periodunda heyvan və bitki növlərinin kütləvi məhvinə səbəb olan böyük miqyaslı kütləvi yox olma idi.[3] Beş əsas kütləvi yox olmaya əlavə olaraq, tarix boyunca saysız-hesabsız kiçik ölçülü yox olma hadisələri də baş vermişdir, hətta hal-hazırda insan təsiri nəticəsində meydana gələn kütləvi yox olma 6-cı yox olma olaraq da adlanır.[4] Kütləvi yox olmalar, əsasən, geniş kompleks orqanizmlərin artmasından əvvəl aşağı yox olma əmsallı Fanerozoy fenomen olaraq görülür.[5]
İstinadlar
redaktə- ↑ Nee, S. "Extinction, slime, and bottoms". PLoS Biology. 2 (8). 2004: E272. doi:10.1371/journal.pbio.0020272. PMC 509315. PMID 15314670.
- ↑ Plait, Phil. "Poisoned Planet". Slate. 28 July 2014. 11 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2019.
- ↑ Ward, Peter D. "Impact from the Deep". Scientific American. 2006.
- ↑ *Kluger, Jeffrey. "The Sixth Great Extinction Is Underway – and We're to Blame". Time. July 25, 2014. January 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2016.
- The Sixth Extinction — YouTube platformasında (PBS Digital Studios, November 17, 2014)
- Kaplan, Sarah. "Earth is on brink of a sixth mass extinction, scientists say, and it's humans' fault". The Washington Post. June 22, 2015. January 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2016.
- Hance, Jeremy. "How humans are driving the sixth mass extinction". The Guardian. October 20, 2015. April 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2016.
- "Vanishing: The Earth's 6th mass extinction". CNN. June 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2016.
- ↑ Butterfield, N.J. "Macroevolution and macroecology through deep time" (PDF). Palaeontology. 50 (1). 2007: 41–55. doi:10.1111/j.1475-4983.2006.00613.x. 2022-07-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-27.