Yozef Haydn - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Frans Yozef Haydn (alm. Franz Joseph Haydn; 31 mart 1732[1][2][…] – 31 may 1809[3][4][…], Vyana, Avstriya imperiyası[7][8]) — avstriyalı bəstəkar, Vyana klassik məktəbinin nümayəndəsi, simfoniya janrının banilərindən biri, Almaniya himninin musiqisinin müəllifi.
Yozef Haydn | |
---|---|
alm. Joseph Haydn | |
Doğum tarixi | 31 mart 1732[1][2][…] |
Vəfat tarixi | 31 may 1809[3][4][…] (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | bəstəkar, dirijor, musiqişünas, pianoçu |
Fəaliyyət illəri | 1740-cı ildən |
Elmi dərəcəsi | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYozef Haydn 1732-ci ildə Avstriyanın Rorau kəndində zəhmətkeş ailədə dünyaya gəlib. Atası sənətkar, anası aşpaz qızı idi. Evlərində tez-tez musiqi səslənir, arfada çalır və oxuyurdular. Məktəb müəllimi Frank Haydnın musiqi qabiliyyətini görür və onu 5 yaşında Hainburq şəhərinə aparır və musiqi məktəbinə qoyur. 8 yaşında ikən kilsə xorunda oxumağa başlayır. Skripka, klavesində çalır. Tezliklə baş kilsə xoruna qəbul olur. 9 il təhsil alır. Ən çətin əsələri oxuyur. 17 yaşında ikən onun səsi tutulur və xordan xaric edilir. Evsiz-eşiksiz qalan Haydn dolonmaq üçün özünə iş axtarır. On il (1749–1759) ağır həyat keçirir. Təsadüf iş tapıb pul qazanır. Dostunun evində qalır. Buna baxmayaraq bəstəkar olmaq həvəsindən düşmür. Öz üzərində işləyir, musiqinin sirrini öyrənir. Savadını artırmaq üçün italyan müəllimi Nikolo Porporanın yanında müşaiətçi işləyirdi. Porporanın təşkil etdiyi "Musiqi Gecələrində" Haydn çıxış edir və burda məşhur sənətkarlarla tanış olur. Haydn bu "musiqi gecələri" üçün 20-yə yaxın kvartet (dördlük) musiqi əsərləri yazır. 1761-ci ildə Haydn Qraf Esterhayzerlə tanış olur və Qraf Haydnı Macarıstana aparır. 30 il onun imarətində yaşayır və Qrafın orkestrinə rəhbərlik edir(1761–1790). Onun üçün çoxlu sayda müxtəlif əsərlər yazır. 1780-ci illərdə bəstəkar Almaniyada, İngiltərədə və Fransada çox məşhurlaşır. Bu illərdə 6 "Paris Simfoniyaları"(1786) yazıb. Bu illərdə onun əsərləri çoxlu sayda çap olunur və satılır. 1781-ci ildə Haydn Vyanada Mozart ilə tanış olur. Dostlara çevirilirlər. 1790-cı ildə Qraf vəfat edir. Təqaüd almağa başlayır. Artıq Haydn Avropada çox məşhur bəstəkar sayılırdı. Haydn ömrünün son illərini Vyanada kiçik bir evdə keçirir. Demək olar ki, yeni əsər yazmır. Haydn 1809-cu il mayın 31-i vəfat edir. Vyanada dəfn edilir.
Yaradıcılığı
redaktəDoğma Avstriyanın gözəl təbiətini, kəndlilərin məişət və əmək lövhələrini təsvir edən bəstəkar həyatın kəskin dramatik təzadlarından, faciəvi tərəflərindən sanki kənarda qalır. Hərçənd Haydnın özü heç də asan həyat keçirməmişdir. On yeddi yaşından o, evsiz-eşiksiz qalmış, sonrakı on il ərzində isə yalnız təsadüfdən-təsadüfə iş tapıb pul qazanmışdır. 1761-ci ildən etibarən təxminən otuz il o, varlı macar knyazları Esterhazilərin sarayında kapelmeyster (o vaxt dirijoru belə adlandırırdılar) və bəstəkar kimi çalışmışdır. Haydnın işi çox çətin və məsuliyyətli idi — o həm orkestrə rəhbərlik etməli, həm də knyazın zövqünü oxşayan əsərlər yaratmalı idi. Üstəlik, musiqi alətlərinin və partituraların səliqə ilə saxlanması və hətta musiqiçilərin geyimlərinə nəzarət də ona tapşırılmışdı. Lakin bütün bu çətinliyə və işin çoxluğuna baxmayaraq, Esterhazilərin malikanəsində Haydnın bəstəkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılmışdı.
Yozef Haydnı "simfoniyanın atası" adlandırırlar.[9] Doğrudan da, 100-dən artıq simfoniya bəstələmiş Haydn faktik olaraq bu janrın təməlini qoymuş, onun gələcək inkişafına dəyərli töhfələr vermişdir. O, yüksək peşəkarlıqla bəstələdiyi simfoniyalarında incə yumor hissi də nümayiş etdirir. Məsələn, "Ayı" simfoniyasında ayının ağır, yöndəmsiz hərəkətləri, "Toyuq" simfoniyasında toyuğun qaqqıldaması məharətlə verilmişdir. Məşhur "Vida" simfoniyasında isə Haydn musiqinin dili ilə knyaz Esterhaziyə özünün, eləcə də bütün saray musiqiçilərinin arzusunu bəyan etmişdir. Esterhazi uzun müddət imiş ki, orkestr üzvlərinə məzuniyyət vermirmiş. Haydn da musiqiçilərin istirahətə möhtaclığını knyaza bildirməkçün orijinal bir yol seçir; simfoniyanın son hissəsində musiqiçilər növbə ilə öz alətlərini götürüb səhnəni tərk edirlər. Əsər iki skripkanın qəmli, lirik dueti ilə bitir. Knyaz Esterhazi bu eyhamı başa düşüb musiqiçiləri məzuniyyətə buraxır.
Haydn həmçinin "kvartetin atası" hesab olunur. 100-dən artıq kvarteti, eləcə də trioları, fortepiano sonataları, konsertləri klassisizm dövrünün instrumental musiqisinin ən gözəl səhifələrindəndir. Həyatının son çağlarında Haydn bütün Avropada böyük şöhrət qazanır. Onun əsərləri bir çox ölkələrdə, xüsusən də səfər etdiyi Fransada, İngiltərədə səslənir, böyük rəğbətlə qarşılanır. Həmin səyahətlərdən aldığı təəssüratları əks etdirən "Paris", "London" simfoniyaları, "Dünyanın yaranması" və "İlin fəsilləri" oratoriyaları dahi sənətkarın son yaradıcılıq zirvələri olmuşdur.
Sürpriz
redaktəLondonda işlədiyi zaman Haydn fikir verir ki, sakit, mülayim xarakterli, ağır templi əsərlərin ifası zamanı bəzi dinləyicilərin diqqəti musiqidən yayınır, hətta onlar yatırlar. Belə saxta musiqisevərlərin dərsini vermək məqsədilə bəstəkar növbəti simfoniyasında bir məzəli ideya tətbiq edir. Simfoniyanın 2-ci, ağır hissəsində musiqi get-gedə sakitləşdiyi halda, litavra alətinin birdən səslənən gur, ildırımabənzər akkordu zalda bütün yatanları oyadır. O vaxtdan Haydnın 94-cü simfoniyası "Litavranın zərbəsi ilə" və yaxud "Sürpriz" adı ilə tanınır.
Əsərləri
redaktə- 1.103 N-li simfoniya ("Litavraların tremolosu ilə")
- 2.94 N-li simfoniya ("Litavraların zərbəsi ilə"), 2-ci hissə
- 3.45 N-li simfoniya ("Vida"), 5-ci hissə
- 4. Fortepiano sonatası re major (or. 30 N 3)
İstinadlar
redaktə- ↑ 1 2 f. h. Joseph Haydn. // Encyclopædia Britannica: dictionary of arts, sciences, and general literature 9 1875. C. XI. S. 538–541.
- ↑ 1 2 W. H. Ha. Haydn, Franz Joseph (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 13. P. 109–111.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Knapp R. L., H.C. Robbins Landon, Geiringer K. Joseph Haydn // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Риман Г. Доктор музыки (rus.). // Музыкальный словарь: Перевод с 5-го немецкого издания / под ред. Ю. Д. Энгель, пер. Б. П. Юргенсон Москва: Музыкальное издательство П. И. Юргенсона, 1901. Т. 1. С. 476–477.
- ↑ 1 2 C. A. F. Doctor of Music (ing.). // A Dictionary of Music and Musicians (A.D. 1450-1889): by eminent writers, English and foreign with illustrations and woodcuts / G. Grove, J. A. F. Maitland London: Macmillan Publishers, 1900. Vol. 1. P. 451–452.
- ↑ 1 2 Wurzbach D. C. v. Haydn, Franz Joseph (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 8. S. 108.
- ↑ 1 2 Archivio Storico Ricordi. 1808.
- ↑ "Kayzen.az - Böyük musiqiçilər: Yozef Haydn". 2018-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.