Yu Cenq Xesteliyi - Wikipedia
Yu-çenq xəstəliyi — yağ xəstəliyi kimi tanınır.
Yu-çenq xəstəliyi | |
---|---|
XBT-10 | K76.0 |
XBT-9 | 571.8 |
XBT-9-KM | 571.8[1] |
OMIM | 613282, 613387, 613387, 613282 |
DiseasesDB | 29786 |
MeSH | D065626 |
Ümumi məlumat
redaktəBu yağ xəstəliyi olub, ilk dəfə 1979-cu ildə Tayvan adasında qeydə alınmışdır. Qida çeşidli PXB ilə çirklənmiş düyü yağından istifadə etməklə 2 mindən artıq insan ziyan çəkmişdir. 1979–1986-cı illər ərzində doğulan uşaqlarda qaraciyərin funksiyasında pozuntular müşahidə edilmiş, 1000 doğulan uşaqda ölümün sayı 26 nəfər olmuşdur.
Öyrənilməsi
redaktəRusiyada Serpixovda 1967-ci ildən PXB ilə doldurulan kondisionerlər buraxılmışdır. Onun əhalinin sağlamlığına nə dərəcədə təsir etməsi dəqiq öyrənilmişdir. 1988-ci ildən artiı PXB tərkibli kondisionerlərin buraxılışı dayandırıldı. Ancaq bu müəssisələri əhatə edən ərazilərdə torpaq, qar və havada onunla yüksək səviyyədə çirklənmə aşkar edildi. Torpağın 10 sm-lik üst qatında (zavoddan 300 metrlik məsafədə) PXB-in konsentrasiyası quru çəki hesabı ilə 35,7 mq/kq-a çatması aşkar edildi. Kondensioner zavodunun qadın fəhlələrində və zavodun ətrafında yaşayan qadınların südündə PXB-in yüksək konsentrasiyası (2000 mkq/l-ə qədər), zavodda işləyən kişilərin qanında (1000 mkq/l-ə qədər), həmçinin süd məhsullarında, yumurtada və s.-də aşkar edilmişdir. Hətta PXB tərkibli kondensionerlərin istehsalı dayandırıldıqdan 10 il sonra da torpaqda, uşaq bağçalarında, həyətyanı sahələrdə bu maddələrin miqdarı YVK-dan artıq olmuşdur. Serpuxovda PXB-nin təsiri nəticəsində əhalinin reproduktiv sağlamlığında həm spesifik nəticələr, həm də spesifik olmayan effektlər aşkar olunmuşdur.[2]