Yukagirler - Wikipedia
Yukagirlər (özlərini Detkil, Odul, Badu, alay) — Şərqi Sibirdə yayılmış xalq. Şimal-şərqi Sibirin köklü xalqlarındandırlar.
Ümumi sayı | |||
---|---|---|---|
1600 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
"Yukagirlər" adı nədən irəli gəldiyi bilimir. Ola bilsin ki, bu adı onlara ruslar varmişlər. Bu ad XX əsrdə rəsmiləşmişdir.
Ənənəvi məşğuliyyətləri — Balıqçılıq, Maralçılıq, vəhşi heyvanların ovlanması və xizək qoşqu itlərinin yetişdirilməsi.
Sayları və yayılması
redaktə2002-ci ildə əhalinin siyahıya alınması zamanı 1509 nəfər olmaları müəyyənləşmişdir.
Yukagirlər əsasən (Kolıma çayı hövzəsində) Saxa (1097 nəf.), Çukot Muxtar Dairəsi (185 nəf.), Maqadan vilayəti (79 nəf.), Novosibirsk vilayəti (1 nəf.(2013 il))[3]. Saxa ərazisində Yukagirlər kompakt şəkildə "Olerindki Suktul" Nijnekolımski rayonunda (Nijnekolımski ulusu) yayılmışlar
2002-ci ilə olan yayılma arealı və sayları[4]
Saxa Respublikası:
Andryoşkino kəndi — 197 nəf.
Yakutsk şəhəri −189
Nelemnoye kəndi — 181
Yakugirlərin illərə görə sayları:
Dili
redaktəYakugirlər öz növbəsində iri qəbilələrə bölünürdü. Onlardan Xodınlar, Anaullar və Çuvanlar öz dillərini itirərək ruslaşmışlar.
Yukagir dili öz növbəsində iki yerə bölünür: Şimali Yakugir dili və Cənubi Yukagir dili. 2002-ci ilə olan məlumata əsasən Saxada yaşayan 1097 yakugirdən cəmi 310 (28 %) öz dilində, Saxa dilində 630 nəfər (57 %), Rus dilində isə 1046 nəfər. (95 %) danışa bilir[5].
Tarixi
redaktəE.ə VII əsrdə Yukagirlər Yeniseyin şərqində yayılmışdılar. Onlar Ural dilləri ailəsinə mənsub olduğu bildirilir. Finlərlə qohumluq əlaqəsinin olması barədə sovet araşdırmaçıları М. Q. Levin, İ. D. Qurviç, Y. B. Simçenko eyni fikirdə olmuşlar[6] XVII əsrdə Yukagirlərin alay, anaulı, koqime, lavrenlər, olyobenlər, omoklar, onondlar, xodınlar, xoromoylar, çuvanlar, şoromba, yanqa və yandınlar qəbilələri Lena çayından Anadır çayı mənsəbinə qədər olan ərazilərdə yayılmışlar
XVII-XIX əsrlərdə Yukagirlər epidemiyadan və assimilyasiyadan sayları azalmışdır. Saxalar, Evenlər, Ruslar, Koryaklar və Çukçalar tərəfindən assimiliyasiya olmuşlar. Əsasən ancaq Kolıma çayı hövzəsində öz mövcudluqlarını qoruyub sahlıya bilmişlər.
1897-ci ildə 754 nəfər, 1970 ildə isə 600 nəfər təşkil etmişlər. Aonradan isə sayları çoxalmağa doğru gedir.
Xristianlığın yayılmasına baxmayaraq XIX əsrdə onların inanclarına şaamanizm öz təsirini göstərirdi.
Ənənələri
redaktəXIX əsrin sonlarına kimi yalnız Kolıma Yakugirləri öz ənənələrini qoruyub saxlaya bilmuşdilər. Ənənəvi təsərrüfatları vəhşi maralların ovlanması və maralçılıqdır. Onların ənənələrinə XVIII-XIX əsrlərdə evenlər, saxa və çukçalar öz təsirini göstərmişlər. Onların ənənələrinə ruhlara inam, şamanizm, itlərin qurban verilməsi və "qarğalarla" bağlı eposu göstərmək olar. Yaşayış yerləri isə Çum adlandırılır.
XXI əsrdə yakugirlər
redaktə2011-ci ildə Yakugirlərlə bağlı Maqadan vilayəti Srednekan rayonuna təşkil edilən ekspedisiyasının nəticələri:
- Ənənəvi təsərrüfat sahələri barədə anlayışları yoxdur. Kişilər ancaq boş vaxtlarında balıqçılıqla məşğul olurlar[7].
- Yakugirlər öz adət ənənələrini ya tam yada qismən unutmuşlar. Folklorları barədə təsəvvürləri barədə anlayışları yoxdur.
- Yaşlı nəsil demək olar ki, öz nağıllarını unutmuşlar. Yalnız nağıl qəhrəmanlarının adlarını bilirlər.
- Yakugir dili yox olma təhlükəsi qarşısındadır. 69 yakugirdən cəmi altısı öz dilində danışa bilir.
İstinadlar
redaktə- ↑ "Национальный состав населения Российской Федерации согласно переписи населения 2010 года". 2012-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
- ↑ "Всероссийская перепись населения 2002 года". 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-24.
- ↑ "Novosibirsk vilayətində bir Yukagir yaşayır". 2013-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
- ↑ http://std.gmcrosstata.ru/webapi/opendatabase?id=vpn2002_pert Arxivləşdirilib 2019-07-12 at the Wayback Machine База микроданных Всероссийской переписи населения 2002 года
- ↑ Всероссийская перепись населения 2002 г. Владение языками народов субъектов РФ [ölü keçid]
- ↑ "Памятники". 2011-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2015-05-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-19.
Ədəbiyyat
redaktə- Гурвич И. С. Этническая история северо-востока Сибири. М., 1966 год.
- Народы России: живописный альбом, Санкт-Петербург, типография Товарищества "Общественная Польза", 3 декабря 1877, ст. 517
- Юкагиры (историко-этнографический очерк). Отв. ред. А. П. Окладников. М.: Наука, 1975.
- Туголуков В. А. Кто вы, юкагиры? М.: Наука, 1979. — 152с.