Yunayted Hava Yollari Reys 93 - Wikipedia
Yunayted Hava Yolları reys 93, Amerika Birləşmiş Ştatlarında daxili uçuşu həyata keçirən və əl-Qaidə terror qruplaşması tərəfindən, 11 sentyabr 2001-ci ildə baş vermiş hücumlar zamanı qaçırılmış sərnişin təyyarəsi. Qaçırılmanın ardından, tam olaraq hədəf bilinməsə də iddialara görə Vaşinqton şəhərindəki Ağ Ev və ya Amerika Konqres Binası hədəf alınmışdı.[3] Lakin sərnişinlərin terrorçulara müdaxiləsi səbəbiylə təyyarənin rotası dəyişmiş Pensilvaniya əyalətinin Somerset, Stonikrek qəsəbəsində olan Daymond. T mədəni yaxınlarına düşmüşdü.[4] 4 hava piratı daxil olmaqla 44 adamda həyatını itirmiş, təyyarənin düşdüyü bölgədə ölən ya da yaralanan olmamışdı. Bu uçuş Amerika Hava Yolları reys 11, Yunayted Hava Yolları reys 175 və Amerika Hava Yolları reys 77 uçuşlarından fərqli olaraq hədəfinə çata bilməyən tək reys olmuşdu. Təyyarənin düşdüyü bölgədə bir müddət sonra, həyatını itirənlərin xatirəsinə həs olunmuş "Uçuş 93 Milli Abdəsi" (və ya "Reys 93 Milli Abdəsi") inşa edilmişdi.
Yunayted Hava Yolları reys 93 | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix | |
Qəza növü | Terrorizm, Suiqəsd, Hava piratlığı |
Yer | Stonikrek, Somerset, Pensilvaniya, Amerika Birləşmiş Ştatları |
Ölkə | |
Sərnişin sayı | 37 (4 terrorçu da daxil olmaqla) |
Komanda | 7 |
Yaralı sayı | 0 |
Ölü sayı | 44 nəfər (4 terrorçu da daxil olmaqla) |
Təyyarə | |
Təyyarə modeli | Boeing 757–222 |
Havayolu şirkəti | Yunayted Hava Yolları |
Qalxma yeri | Nyuark Beynəlxalq Havalimanı |
Uçuş nömrəsi | 93 |
Qeydiyyat nömrəsi | N591UA[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Təyyarədə olan insanların milliyətləri
redaktəQeyd: Təyyarədə olan 4 nəfər terrorçu bu siyahıya daxil deyil.
Milliyət | Sərnişinlər | Ekipaj | Ümumi |
---|---|---|---|
ABŞ | 30 | 7 | 37 |
Almaniya | 1 | 0 | 1 |
Yaponiya | 1 | 0 | 1 |
Yeni Zelandiya | 1 | 0 | 1 |
Ümumi | 33 | 7 | 40 |
Qalereya
redaktə-
Yunayted 93-ün düşdüyü ərazi.
-
Qəza ərazisindən tapılan təyyarənin bir parçası.
-
Birinci xanım Mişel Obama və sabiq birinci xanım Lora Buşun Yunayted 93-ün düşdüyü ərazi ilə tanışlığı. 11 sentyabr, 2010-cu il, Pensilvaniya.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ (ing.) "FAA Registry". Arxivləşdirilib 2018-12-01 at the Wayback Machine Federal Aviation Administration.
- ↑ 1 2 http://www.nytimes.com/2001/09/18/us/a-nation-challenged-the-pennsylvania-crash-44-victims-are-remembered-and-lauded.html.
- ↑ (ing.) "'We Have Some Planes'". 9/11 Commission Report. National Commission on Terrorist Attacks Upon the United States. 2004
- ↑ (ing.) "Cheney recalls taking charge from bunker" Arxivləşdirilib 2002-11-19 at the Wayback Machine. CNN. September 11, 2002
Xarici keçidlər
redaktə- (ing.) Kokpit danığlarının transkripti- Arxivləşdirilib 2016-09-22 at the Wayback Machine