Yunus Memmedli - Wikipedia
Yunus Məmmədli (d. 20 yanvar 1940-cı il, Yuxarı Zağalı kəndi, Göyçə mahalı) – Azərbaycanlı türkoloq alim, professor.
Yunus Məmmədli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Zağalı, Göyçə |
Elmi adı | professor |
Həyatı
redaktəYunus Məmmədli 20 yanvar 1940-cı ildə Göyçə mahalının Yuxarı Zağalı kəndində anadan olub. Göyçə mahalı Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini qızıl medalla bitirmişdir.
İrəvan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olub. Sonralar fakültə bağlandığından sonra dil-ədəbiyyat fakültəsini bitirmişdir. Təyinatla kəndlərinə göndərilən Yunus Məmmədli kənd orta məktəbin direktoru işləmişdir.
1963-cü ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnsritutunun dilçilik fakültəsinin aspiranturasına qəbul olunur. Aspiranturanı bitirib Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna göndərilib.
Sonralar yenidən APİ-yə qayıdıb və burada 1992-ci ilə qədər dil-ədəbiyyat fakültəsində müəllim işləmişdir.
1992-ci ildən Türkiyədə yaşayır və işləyir.
Mənbə
redaktə- İrəvan qəzeti, №4(4), 16-22 oktyabr 2011-ci il. Səh.5.