Yuri Sedrin - Wikipedia
Yuri Yevgenyeviç Şedrin (rus. Юрий Евгеньевич Щедрин; 21 fevral 1950, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1986–1987), Azərbaycan Kommunist Partiyası Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi (1987–1991), Rusiya Federasiyasının Azərbaycan Respublikasında ilk ticarət nümayəndəsi (2006-cı ildən).
Yuri Şedrin | |
---|---|
13 may 1986 – 30 iyul 1987 | |
Əvvəlki | Şakir Kərimov |
Sonrakı | Fuad Rüstəmov |
1987 – 1991 | |
Əvvəlki | Violeta Tretyakova |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 fevral 1950 (74 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Həyatı
redaktəYuri Yevgenyeviç Şedrin 21 fevral 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] Əmək fəaliyyətinə "Qaradağneft"in neft-qazçıxarma idarəsində fəhlə kimi başlamış, müxtəlif illərdə mexanik, kortej rəisi, Azərbaycan KP Qaradağ Rayon Komitəsinin təlimatçısı vəzifələrində işləmişdir. Paralel olaraq Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində təhsil almışdır.[2] 1978-ci ildə buranı avtomobil və avtomobil sənayesi ixtisası üzrə bitirmişdir.[1]
Yuri Şedrin 1979–1982-ci illərdə əvvəlcə Azərbaycan KP Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsinin, sonra isə Azərbaycan KP Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. 1986-cı ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilmiş, sonra isə Azərbaycan KP MK-nın şöbə müdiri, Azərbaycan KP Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.[1]
Yuri Şedrin Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, 1991-ci ildən Ali Sovetin Nəqliyyat, rabitə və informatika məsələləri daimi komissiyasının sədri olmuşdur. 1992–1993-cü illərdə "Azərbaycan–Rusiya" Cəmiyyətinin idarə heyəti sədrinin müavini, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının üzvü olmuşdur.[1] 1995-ci ilin mart ayından Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının MDB işləri üzrə komitəsində mütəxəssis-ekspert, məsləhətçi, müşavir, 2005-ci ilin iyul ayından isə komitənin aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır. Rusiya Federasiyası hökumət başçısınin 4 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Олег Харитонов. "Юрий Евгеньевич Щедрин". azcongress.ru (rus). 2006-11-15. 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
- ↑ 1 2 Георгий Заплетин; Гюльнара Ширин-заде. Русские в истории Азербайджана (rus). Баку: Ганун. 2008. səh. 230.