Yuri Nikulin - Wikipedia
Yuri Nikulin (tam adı: Yuri Vladimiroviç Nikulin, rus. Юрий Владимирович Никулин; 18 dekabr 1921[1][2][…], Demidov, Smolensk quberniyası[d] – 21 avqust 1997[2], Moskva[3]) — SSRİ və Rusiya aktyoru, SSRİ xalq artisti (1973)[4].
Yuri Nikulin | |
---|---|
rus. Юрий Владимирович Никулин | |
| |
Doğum adı | Юрий Владимирович Никулин |
Doğum tarixi | |
Doğum yeri | Demidov, Rusiya |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Fəaliyyəti | aktyor, kloun |
Fəaliyyət illəri | 1958–1997 |
Mükafatları |
|
IMDb | ID0631994 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu.
Müharibə başa çatdıqdan sonra Yuri Moskva sirkinin yanındakı klounada studiyasına daxil olur. Studiyanı bitirdikdən sonra, o zaman qeyri-adi və məşhur kloun olan Karandaşın yanında köməkçi işləyir. Bu zaman Yuri Nikulin Mixail Şuydinlə tanış olur. Onlar uzun müddət partnyor kimi çıxış edirdilər. Beləliklə, onlar xasiyyətcə ayrı-ayrı adamlar olmalarına baxmayaraq, Nikulin-Şuydin dueti yarandı. 1983-cü ildə Mixail Şuydinin ölümündən sonra o, sirkin direktoru vəzifəsində çalışır. Bütövlükdə Yuri Vladimiroviç ömrünün 50 ilini sirkdə işləməklə keçirmişdi.
1949-cu ildə Y. V. Nikulin Tatyana Pokrovskaya ilə tanış olur və tezliklə onlar ailə həyatı qururlar. 14 noyabr 1956-cı ildə bu izdivacdan oğulları Maksim dünyaya gəlir.
Yaradıcılığı
redaktəYuri Vladimiroviç Nikulin bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradır. Onun iştirakı ilə çəkilən ən tanınmış kinokomediyalar sırasında "Brilyant əl", "12 stul", "Qocalar, quldurlar" və s. filmlər var.
Yuri Nikulin Leonid Qaydayın filmlərindən tanınan məşhur 3 personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırmışdı. Həmin o 3 personaj geniş tamaşaçı kütləsinə "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış" ("Tam ciddi"), ""I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərindən tanışdır[5].
Yuri Vladimiroviç Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra vəfat etmişdir.
Filmoqrafiya
redaktəİl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1958 | Gitaralı qız | Девушка с гитарой | pirotexnik |
1961 | Köpək Barbos və qeyri-adi qaçış | Пёс Барбос и необычный кросс | Axmaq |
1961 | Heç yerdən olmayan adam | Человек ниоткуда | milis |
1961 | Ağaclar hündür olanda | Когда деревья были большими | Kuzma Kuzmiç İordanov |
1961 | Dostum Kolka! | Друг мой, Колька! | Vasya |
1961 | Araq çəkənlər | Самогонщики | Axmaq |
1961 | İnadkarın ram edilməsi | Укрощение строптивой | oğlanlardan ibarət kilsə xorunun rəhbəri |
1962 | İşgüzar adamlar | Деловые люди | oğru |
1962 | Qorxusuz və qınaqsız | Без страха и упрёка | sirkdəki kloun |
1963 | Böyük fitil | Большой фитиль | Petya |
1964 | Yanıma gəl, Muxtar! | Ко мне, Мухтар! | kiçik leytenant Qlazıçev |
1965 | "I" əməliyyatı və Şurikin başqa macəraları | Операция "Ы" и другие приключения Шурика | Axmaq |
1965 | Şikayət kitabını verin | Дайте жалобную книгу | geyim mağazasının satıcısı |
1966 | Balaca qaçaq | rus. Маленький беглец yap. 小さい逃亡者 |
epizodik rol |
1966 | Qafqaz əsiri və ya Şurikin yeni macəraları | Кавказская пленница, или Новые приключения Шурика | Axmaq |
1966 | Andrey Rublyov | Андрей Рублёв | rahib |
1968 | Brilyant əl | Бриллиантовая рука | Semyon Semyonoviç Qorbunkov |
1968 | Yeddi qoca və bir qız | Семь стариков и одна девушка | Axmaq |
1970 | Denisin söhbətləri | Денискины рассказы | Denisin qonşusu |
1971 | Qocalar-quldurlar | Старики-разбойники | Nikolay Sergeyeviç Myaçikov |
1971 | Teleqram | Телеграмма | Fyodor Fyodoroviç |
1971 | 12 stul | 12 стульев | Tixon |
1972 | Nöqtə, nöqtə, vergül | Точка, точка, запятая | Lyoşanın atası |
1975 | Onlar vətən uğrunda döyüşürdülər | Они сражались за Родину | sıravi Nekrasov |
1976 | İyirmi gün müharibəsiz | Двадцать дней без войны | mayor Vasili Nikolayeviç Lopatin |
1982 | Böyümək istəmirəm | Не хочу быть взрослым | televiziyadakı kloun |
1983 | Müqəvva | Чучело | Nikolay Nikolayeviç Bessolsev |
1991 | Kapitan Krokus və balaca sui-qəsdçilərin sirri | Капитан Крокус и тайна маленьких заговорщиков | müəllif mətninin ifaçısı |
İstinadlar
redaktə- ↑ Никулин Юрий Владимирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Deutsche Nationalbibliothek Record #121980774 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 259.
- ↑ Кино: Энциклопедический словарь / С.И.Юткевич. — Москва: Советская энциклопедия, 1987. — С. 299. — 640 с. — 100 000 экз.
.