Yusif Seferov Filoloq - Wikipedia
Yusif Səfər oğlu Səfərov (d. 1951) — Tanınmış folklorşünas-ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü.
Yusif Səfərov | |
---|---|
Yusif Səfər oğlu Səfərov | |
Doğum tarixi | |
Doğum yeri | Boyəhməd,Culfa, Azərbaycan |
Vəfat tarixi | Yaşayır |
Vəfat yeri | Yaşayır |
Elm sahəsi | Filologiya |
İş yeri | Naxçıvan Müəllimlər İnstitutu |
Həyatı
redaktə01 yanvar 1951-ci ildə Culfa rayonunun Bəyəhməd kəndində anadan olub. 1966-cı ildə Əbrəqunus internat məktəbini, 1976-cı ildə Naxçıvan Pedaqoji İnstitutunu əla qiymətlərlə bitirib. 1982-ci ildən Naxçıvan şəhərində yaşayır.
Elmi-pedaqoji fəaliyyəti.
redaktə1975-1982-ci illərdə orta məktəbdə müəllim və direktor, 1983-1994-cü illərdə Azərb. EA Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri işləyib. 1987-ci ildə namizədlik dissertasiyası, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-2002-ci illərdə Naxçıvan şəhər İH-də şöbə müdiri və ali məktəb müəllimi işləyib. 2002-2009-cu illərdə Naxçıvan MR Kitabxanasının direktoru, eyni vaxtda ali məktəbdə dosent vəzifəsində çalışıb. 2009-2011-ci illərdə AMEA Naxçıvan bölməsində baş elmi işçi olub. 2012-ci ildə Türkiyənin İqdir Universitetində professor vəzifəsin tutmaqla Türk xalq ədəbiyyatından mühazirələr oxuyub. 2013-cü ildən Naxçıvan Müəllimlər İnstitutunda çalışır, professordur. Y. Səfərovun Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi sahəsində xidmətləri böyükdür. Alimin fəaliyyətində Naxçıvan folklorunun, o sıradan aşıq ədəbiyyatının tədqiqi, nəşri, təbliği də xüsusi yer tutur. O, Azərbaycan folklorunun milli özünəməxsusluğu, mənşəyi, təsnifi, tarixiliyi, regional və etnik-poetik xüsusiyyətləri kimi elmi-nəzəri məsələlərin öyrənilməsində uğurlu nəticələr əldə etmişdir. Y. Səfərovun araşdırmalarında mif, əfsanə, rəvayət, əmək, mərasim nəğmələri, nağıl, dastan, bayatı janr nümunələri əsas tədqiqat obyektidir.“Nuh tufanı”,“Apardı sellər Saranı”, “Əshabü-kəhf”, Makedoniyalı İsgəndər, Şah İsmayıl, Xaraba Gilan, Əlincəqala, Araz çayı ilə bağlı əfsanə-rəvayətlər, Şah Abbasla bağlı nağılların çoxşaxəli şəkildə araşdırılması da diqqətəlayiqdir. Alim Azərbaycan folkloru antologiyası, Naxçıvan folkloru. Bakı, Sabah, 1994; Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, Şərq-Qərb, 2005; Azərbaycan folkloru antologiyası, Naxçıvan folkloru, I, II, III c. Naxçıvan, Əcəmi, (2010, 2011, 2012) kitablarının əsas toplayıcılarından və antologiyanın II cildinin tərtibçilərindəndir. 200-dən çox elmi, elmi-metodik, elmi-tənqidi, publisist məqalənin, 12 kitabın, o sıradan 6 monoqrafiya, 1 ali məktəb dərsliyi, 2 metodik vəsait və 4 proqramın müəllifidir. Xaricdə 20-dən çox elmi əsəri çap edilib. Almaniyanın Frankfurt, Leypsik, Dağıstanın Mahacqala, Gürçüstanın Tbilisi, İranın Tehran, Türkiyənin Ankara, Trabzon, Ərzurum, Kars, İqdir şəhərlərində keçirilmiş Beynəlxalq konfrans və simpoziumlarda məruzələr edib. Ailəlidir, 2 övladı, 5 nəvəsi var.
Əsərlərindən seçmələr
redaktə- Azərbaycan folklorunda tarixilik. Bakı, Elm, 2005, 240 s.
- Azərbaycan folklorunun etnik-poetik xüsusiyyətləri. Bakı, Sabah, 2006, 86 s.
- Folklor örnəkləri. Naxçıvan, Əcəmi, 2008, 114 s.
- Naxçıvan aşıq ədəbi mühiti. Bakı, Elm, 2009, 136 s.
- Əsərləri, 5 cilddə, I c., ( məqalələr). Naxçıvan, Əcəmi, 2010, 232 s.
- Naxçıvan folkloru antologiyası, II c., Naxçıvan, Əcəmi, 2010, 496 s.(şərikli)
- Naxçıvan aşıqları və el şairləri, Naxçıvan, Əcəmi, 2011, 152 s
- Azərbaycan uşaq folkloru (ali məktəb dərsliyi). Naxçıvan, Əcəmi, 2014, 120 s.
- Əsərləri, 5 cilddə, II c., Naxçıvan aşıq mühiti. Naxçıvan, Əcəmi, 2017, 224 s.
- Azərbaycan folklorunda “Nuh tufanı” və Ağrıdağ əfsanələri. 24-26 iyunda “Türk mədəniyyətində Ağrı dağı” mövzusunda keçirilmiş Beynəlxalq simpoziumun mat., Ankara, 2009, s. 87-96
- Yunis Əmrənin xələfi Ululu Kərim. Nizamidən Yunis Əmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi və barış yolu Beynəlxalq simpoziumunun bilgiləri. Ankara, 2010, s. 96-102
- Universitet və yüksək okullarda xalq ədəbiyyatının tədrisi məsələləri, Beynəlxalq elmi-metodik konfransın bilgiləri. Ankara, 2010, 9 s.
- Naxçıvanda “Nuh tufanı” əfsanələri. 24-25 aprel 2009-cu il tarixli Beynəlxalq simpoziumun mat., Naxçıvan, Əcəmi, 2010, s. 78-86
- Naxçıvanda etnik-mədəni proseslərin təşəkkülü (e. ə. VI-I minilliklər). “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”. Beynəlxalq elmi konfransın mat., Naxçıvan, 2012, s. 308-317
- Dastanlaşan tariximiz. “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2012, № 4, s. 55-63
- Çobankərəli Aşıq Cəfər. “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2013, № 4, s. 54-64
- Əlincəçay və Gilançay folklorunun qədim nümunələrinə dair, Azərb. EA xəbərləri (ədəbiyyat, dil və incəsənət bölümü). 1984, № 1, s. 21-25
- Əfsanə qaynaqları, “Qobustan” jurn., Bakı, 2005, № 3, s. 43-45
- Folklorun kökləri və qaynaqları, Mədəniyyət dünyası (elmi-nəzəri məcmuə), X bur,. Bakı, Azəb. Mədəniyyət və İncəsənət Universiteti, 2005, № 4, s. 371-378
- Əfsanələrdə Dədə Qorqud və Oğuzla bağlı izlər, “Mədəni-maarif” jurn., 2006, № 4, s. 32-33
- “Əshabü-kəhf”lə bağlı izlər. “Qobustan” jurn., 2006, № 1, s. 34-36
- Dastanlarda yaşayan izlər, Elmi araşdırmalar, XXII toplu, AMEA Folklor İnstitutu. Bakı, Səda, 2006, s. 103-107
- Azərbaycan folklorunun Şumer qaynaqları. Azərb., Dövlət Pedaqoji Universitetinin xəbərləri(humanitar elmlər bölümü).Bakı, 2006, № 1, s. 191-196
- Şah Abbasla bağlı nağıllar haqqında, Filologiya məsələləri. AMEA Əlyazmalar İnstitutu. Bakı, 2006, № 1, s. 133-140
- Naxçıvanla bağlı saz havaları. AMEA Naxçıvan bölməsinin xəbərləri (ictimai və humanitar elmlər seriyası). Naxçıvan, Tusi, 2010, № 1, s. 248-253
- “Novruz” mərasimlərinin bəzi qaynaqları və səciyyəsi. Elmi əsərlər (humanitar elmlər seriyası). № 1, NDU, Qeyrət, 2011, s. 83-88
- Mifdən tarixə doğru, “Mədəni həyat” jurn., 2014, № 6, s. 57-61
- Uşaq folklorunun toplanması, nəşri və tədqiqi. “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jur., Bakı, 2015, № 2, s. 19 - 27
- Naxçıvan əfsanələri, “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2016, № 1, s. 32-42
- Naxçıvan rəvayətləri, “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2016, № 2, s. 13-24
- Dastanlarımızın ustad tədqiqatçısı, Məmmədhüseyn Təhmasib: taleyi və sənəti. Naxçıvan, Əcəmi, 2017, s. 36-46 və s.