Yusif Sevdimaliyev - Wikipedia
Yusif Məmmədəli (Yusif Məmmədəli oğlu Sevdimalıyev; 8 yanvar 1951, Çaykənd, Krasnoselsk rayonu) — Sumqayıt şəhər İcra hakimiyyətinin keçmiş başçısı, Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri.
Yusif Sevdimalıyev | |
---|---|
2 iyul 1992 – 12 sentyabr 1993 | |
Əvvəlki | Eldar İsmayılov |
Sonrakı | Şakir Abuşov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 yanvar 1951 (73 yaş) |
Doğum yeri | |
Təhsili |
Həyatı
redaktəYusif Sevdimalıyev 1951-ci il yanvarın 8-də Qaraqoyunlu mahalının Çaykənd kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Universitetdə müəllim, Azərbaycan Sənaye İnstitutunda assistent, baş müəllim, dosent işləyib. 1984-cü ildən 1992-ci ilədək kafedra müdiri olub. Fizika-riyaziyyat elmləri namizədidir. 60-a yaxın elmi məqaləsi nəşr olunub.
1958–1964-cü illərdə Çaykənd kəndində, 1964–1966-cı illərdə Azərbaycan Respblikasının Qazax şəhərində, 1966–1968-ci illərdə isə Bakı şəhəri fizika- riyaziyyat təmayüllü 1 saylı internat məktəbində oxuyub. Əliyevin dövrünə təsadüf edib. Belə ki, Heydər Əliyev Yusif Sevdimalıyevi 12 sentyabr 1993-cü il tarixli sərəncamı ilə vəzifədən azad edib. Əvəzində isə Şakir Zəkəriyyə oğlu Abuşov təyin edilib.[1]
- 1977–1993 cü ilədək SDU-da (keçmiş Sumqayıt ATTM) işləyib.
- 1992-ci ilin iyunundan 1993-cü ilin noyabrına qədər Sumqayıt şəhər İH-də işləyib.
- 1994–2014 cü ilədək ARDNŞ-ın "Neftqazelmitədqiqatlayihə" institutunda işləyib.
- 2000-ci ildən BDU-da saathesabı qaydada dərs aparmış, 2012-ci ildən etibarən isə yarımştat dosent əvəzi olmuşdur.
- 2015-ci ildən tam ştatla BDU-da dosent vəzifəsinə seçilmişdir.
- 2016-cı ilin yanvarından Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiridir.[2]
Ailəsi
redaktəAiləlidir, iki övladı var.
Təhsili və elmi nailiyyətləri
redaktə- 1968–1973 tələbə, Mexanika-riyaziyyat fakültəsi, Bakı Dövlət Universiteti
- 1973–1976 dissertant, Bakı Dövlət Universiteti
- 1982-ci il f.-r.e.n."Qeyri xətti ani elastiki deformasiyanın sürüncəklik deformasiyasında nazik divarlı konstruksiya elementlərinin yükdaşıma qabiliyyətinə təsiri" Azərbaycan Dövlət Universiteti, Bakı şəhəri
- 1989-cu il Mexanika kafedrası üzrə dosent
Əmək fəaliyyəti
redaktə- 2016-dan kafedra müdiri,Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU
- 2015–2016, dosent, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU
- 2014-mühəndis,Praktikal salyuşn Qrup MMC
- 1994–2014, böyük elmi işçi, laboratoriya müdiri, aparıcı elmi işçi Neftqazelmitədqiqatlayihə institutu, ARDNŞ
- 1992–1993 Sumqayıt şəhər İH
- 1977–1993, assistent, baş müəllim, dosent, kafedra müdiri, Mexanika kafedrası , SDU (keçmiş Sumqayıt ATTM)
- 1973–1977, mühəndis, baş laborant, laboratoriya müdiri, Nəzəri mexanika kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU
- 1973 — Təhsil Nazirliyinin təyinatı, Nəzəri mexanika kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU
- 57 elmi məqalənin və 3 metodik işin müəllifi, ARDNŞ-in 16 indeksləndirilmiş elmi-tədqiqat müqavilələri üzrə hesabat işlərinin rəhbəri və məsul icraçısı .
- 3 elmlər namizədi yetişdirmişdir[2]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
- ↑ 1 2 "Yusif Sevdimalıyev". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.