Yusif Yulduz - Wikipedia
Yusif Yulduz (doğum adı: Yusif Seyfulla oğlu Əliyev; 4 avqust 1905, Bakı – 7 noyabr 1979, Bakı) — Azərbaycanın teatr və kino rejissoru və aktyoru.[1]
Yusif Yulduz | |
---|---|
Yusif Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktyor, kinorejissor, teatr rejissoru |
Təhsili |
|
IMDb | ID3482360 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLeninqrad Səhnə Sənəti İnstitunda rejissor və dram aktyoru fakültəsini bitirib (1923-1928). Peşəkar təhsil alan ilk azərbaycanlı.Azərbaycanda ilk tamaşası M.Qorkinin "Həyatın dibində" əsəri olub. Bakı, Tiflis və İrəvan teatrlarında rejissor kimi şöhrət qazanandan sonra 1936-1937-ci il teatr mövsümündə Naxçıvana dəvət alıb. Teatrda Mirzə İbrahimovun "Həyat", Cəfər Cabbarlının "Od gəlini", Uilyam Şekspirin "Otello" pyeslərinə monumental üslubda səhnə quruluşları verib. Jan Batist Molyerin "Cancur Səməd" komediyasını, Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" operettasını tamaşaya hazırlayıb. Sonralar -1955-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, rejissor, dublyaj rejissoru işləməyə başlayıb.Bir sıra filmlərdə aktyor kimi çəkilib.
Filmoqrafiya
redaktə- Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: kəndli
- Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: satıcı
- Bakıda küləklər əsir (film, 1974)
- Bir ailəlik bağ evi (film, 1978)
- Bizim küçə (film, 1961)
- Çardaş (film, 1973)
- Əhməd haradadır? (film, 1963)
- Foto "Fantaziya" (film, 1970)
- General (film, 1970)
- Hörmətli alim yoldaşlar (film, 1971)
- Xəzinə (film, 1970)
- Kölgələr sürünür (film, 1958)
- Qərib cinlər diyarında (film, 1977)
- Qəribə adamlar (film, 1978)
- Mən ki gözəl deyildim (film, 1968)
- Min birinci söz (film, 1997)
- Möcüzələr adası (film, 1963)
- O olmasın, bu olsun (film, 1956)
- O qızı tapın (film, 1970)
- Rəqiblər (1974)
- Romeo mənim qonşumdur (film, 1963)
- Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
- Şərikli çörək (film, 1969)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Toya dəvətnamə (film, 1973)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
- Yenilməz batalyon (film, 1965)
İstinadlar
redaktə- ↑ Azəri, L. Azərbaycan kinosunun “ədviyyat”ı: “Yusif Yulduz hansı filmə çəkilirdisə, mütləq tamaşaçıya özünü sevdirirdi”: Kino sənətinin sönməz ulduzlarından biri Yusif Yulduz haqqında //Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 12.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.