Yusifli Masalli - Wikipedia
Yusifli Masalli - Wikipedia - Haqqında Məlumat
Yusifli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Yusifli kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Yusifli | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Toponimikası
redaktəKəndin keçmiş adı Mollaabad olmuş, yerli əhali arasında Molla Yusiflər də adlanır. Yaşayış məntəqəsi Lürən kəndinin bir məhəlləsi əsasında yaranmışdır. Kəndin ilk sakinləri mollayusiflər nəslinə mənsub ailələr olduğundan kənd belə adlandırılmışdır.[3]
Əhalisi
redaktəƏhalisi 158 nəfərdir.[4]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Yusifli (Masallı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |