Yusifzadeler - Wikipedia
Yusifzadeler - Wikipedia - Haqqında Məlumat
Qarabəylilər— Azərbaycanın türk soylarından biri.
Qarabəylilər | |
---|---|
Titul | Baronluq |
Əcdadı | Qarabəy |
Qohum soylar | Əfşarlılar, Qaramanoğulları, Paşazadələr |
Mənşəyi | Türk |
Təbəəliyi | Xəzər xaqanlığı, Qaraqoyunlu dövləti, Peçeneq xanlığı, Səfəvi imperiyası |
Dini fəaliyyəti | Ortodoks Xristianlıq, İslam |
Ailə haqqında
redaktəŞimal torpağının ən məşhur nəsillərindən biri Yusifzadələr ailəsidir. Bu soyla bağlı araşdırma aparmış tədqiqatçı Ənvər Çingizoğlu bildirir ki, soy Avropa - Bizans torpaqlarında yaşayan xaçlı türklərdən gəlməkdədir. Belə ki, ailənin atası peçeneq türklərinin tayfa başçılarından biri olmuş Qarabəy hesab olunur. Hazır ki, Yusifzadələr ailəsi Qarabəyin kiçik nəvəsi Yusifin nəslindən gəlməkdədirlər və bu səbəblə Yusifzadə, yəni, "Yusifin oğulları" soy adını qəbul etmişlər. [1]
- Yusif Qarabəyli — Çar hakimiyyəti dövründə Şamaxı qəzasında yaşamış zadəgan. Çar Rusiyasının məmurlarının təzyiqlərinə rəğmən onlara vergi verməyən, hökumətin çəkindiyi yeganə azərbaycanlı mülkədar olmuşdur.
- Hüseyn Yusifzadə - Atası Yusif Qarabəylidən sonra zadəganlıq titulu ona verilmiş və ruslarla ailəsi arasındakı problemlərə son qoymaq üçün onlarla yaxın münasibət qurmuşdur.
- Abbas Qarabəyli - Osmanlı imperiyasının vətəndaşlığını daşımışdır və Osmanlı ərazilərində xarici ölkələrlə ticarət etmişdir. Osmanlı ərazilərindəki yəhudi bankirlərlə sıx münasibətdə olmuş, həmçinin sahibkarlıq fəaliyyətinə görə Osmanlı dövlətinə ən çox vergi verən mülkədar olmuşdur. Qarabəyli ailəsində ən müəmmalı ölümlə həyata gözlərini yuman yeganə şəxsdir.
- Məhəmməd Yusifzadə - 1967-ci ildə sol rejimli ölkənin vətəndaşlığını daşıdığından bütün işlərini Türkiyə ərazisindən idarə etmişdir. Atalarından qalma mirası cəm edərək İsveçrə Dövlət Bankına yatırmışdır. Sovet rejimi yıxıldıqdan sonra isə hökumətin mülklərini özəlləşdirmiş və Türkiyə ərazisinə keçirmişdir. Azərbaycanda avtoritar rejimlərdən dolayı heç bir mal varlığı saxlamamışdır. Atası Hüseyn Yusifzadədən sonra Afina şəhərində Yaxın Şərq baronu elan edilmişdir. İşləri əsasən Türkiyənin Bitlis şəhərindən idarə olunurdu. Azərbaycan ərazisində yaşasa da, etnik kimliyinə görə qlobal arenada Türkiyəni təmsil etməkdə idi. 1997-ci ildə həmçinin Türkiyə Respublikasının vətəndaşlığını almışdır.
- Həmzə Yusifzadə - Məhəmməd Yusifzadənin ölümündən əvvəl təyin etdiyi xələf. 2023-cü ildə Azərbaycanda Yaxın Şərq baronu təyin edilmiş, 2024-cü ilin fevral ayında BOŞP-a dəstək naminə İraqa yatırımlar etmişdir. Məqsəd Yaxın Şərq ölkələrində yenidən mədəni inqilablar etmək və iqtisadi sistemləri düzəltməkdən ibarət idi. BOŞP sayəsində atdığı uğurlu həmlələr nəticəsində qlobal arenada babasından qalma avtoritetini daha da genişləndirmişdir. Məhəmməd Qarabəylidən sonra onun üzv olduğu təşkilatlara qəbul edilmişdir. Hal hazırda Türk-Amerikan İş Adamları dərnəyinin üzvüdür. ABŞ, İsveçrə, Almaniya, İtaliya, Fransa, İsrail, BƏƏ, Britaniya, Türkiyə kimi qabaqcıl ölkələrin hüquqçu, bankir, bürokrat və maliyyəçiləri ilə güclü əlaqələri mövcuddur. İşləri Türkiyənin İstanbul şəhərindən idarə edilir və mal varlığının böyük hissəsi Türkiyədə yerləşir. Məhəmməd Yusifzadə (Qarabəyli) kimi qlobal iqtisadi arenada etnik kimliyi türk olduğu üçün Türkiyəni təmsil etməkdədir, lakin Məhəmməd Qarabəylidən fərqli olaraq Türkiyə Respublikasının vətəndaşlığını qəbul etməmişdir.