Yusuf Memmedeliyevin Memorial Muzeyi - Wikipedia
Yusuf Məmmədəliyev - Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru, professor Yusif Məmmədəliyevin ev muzeyi.
Yusuf Məmmədəliyevin Memorial Muzeyi | |
---|---|
Açılış tarixi | 1985 |
Mövzu | Tarix |
Yerləşir | AMEA.Neft-Kimya Prosesləri İnstitutu |
Kolleksiyası | 669 eksponat |
Telefon | (+994 12) 490 24 76 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzeyin yaranması
redaktə2015-ci ildən isə muzeyin nəzdində Gənc Alimlər Klubu yaradılmışdır. Muzeyin ümumi sahəsi 170 kv.m., fondu isə 669 eksponat təşkil edir.[1] Muzey Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda 1985-ci ildən fəaliyyət göstərir. Muzey müasir texnologiyalarla tam təmin olunan yeni dizayn ən müasir standartlara cavab verən muzey 2012-ci il iyun-sentyabr aylarında təmirə bağlanan muzeyin bədii tərtibatını ARDNŞ tərəfindən dəvət olunmuş Latviyanın "Digital Design" studiyası həyata keçirərək 2013-cü ildə muzeyin sahəsi genişləndirilmişdir.
Muzeyin bölmələri
redaktəİki bölmədən ibarət olan Memorial muzeyin birinci bölməsində alimin həyat və yaradıcılığını əks etdirən akademikin yazı masası, kitab şkafı, çoxsaylı fotolar, yer alıb. Müasir texnologiyalara əsaslanan yeni dizaynda alimin həyatı, elmi yaradıcılığı və fəaliyyəti haqqında hazırlanmış video materiallar xüsusi tele lövhələrdə ziyarətçilərə təqdim olunur. Akademikin şəxsi fotoaparatı ilə çəkilmiş şəkillərdən hazırlanmış elektron fotoalbom xüsusi texnologiyalarla hazırlanmış ayrı bir stenddə nümayiş olunur. Bu bölmədə Məmmədəliyevə 1946-cı ildə hədiyyə edilmiş alimin qol saatı, dekorativ qab, gündəliyi və çoxsaylı elmi jurnallar, "Kiyev" markalı fotoaparatı, yer alıb. Memorial muzeyin ikinci bölməsində alimin neft-kimya sahəsində qazandığı uğurları əks etdirən stendlər var. Akademikin təltif olunduğu Dövlət Stalin Mükafatı nişanı və "Lenin" ordeni, Qaqarinin kosmosa uçuşunun rəsmi qeydetmə mərasiminə buraxılış vərəqəsi, raket yanacağının ixtira hüququnu təsdiqləyən patentləşdirmə sənədi də memorial muzeyin bu bölməsində nümayiş olunur.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan muzeyləri". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- ↑ [1]Elm və mədəniyyətə dövlət qayğısının bariz nümunəsi