Yuxari Ciyni - Wikipedia
Yuxari Ciyni - Wikipedia - Haqqında Məlumat
Yuxarı Çiyni, Çiyni (?-2015) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Yuxarı Çiyni | |
---|---|
40°26′31″ şm. e. 47°47′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktə29 may 2015-ci ildə Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çiyni kəndi Yuxarı Çiyni kəndi adlandırılmışdır.[2]
Şirvan düzündədir.[3]
Əhalisi
redaktəƏhalisinin sayı 424 nəfərdir.[4]
Toponimikası
redaktəYuxarı Çiyni kəndinin oykonimi çiyni tayfasının adını əks etdirir. Etnotoponimdir. XVI əsrdə qızılbaş tayfalarından biri olan və mənşəcə qacar tayfasına mənsub çiyniləri Səfəvi şah Təhmasib (1524-76) üsyankar xarakterlərinə görə ölkənin müxtəlif ərazilərində yerləşdirmişdi. İran ərazisində çiynilər daha geniş yayılmışdılar.[5]
Din
redaktəKənddə Çiyni kənd məscidi dini icması fəaliyyət göstərir[6].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının 29 may 2015-ci il tarixli, 1300-IVQ nömrəli Qanunu" (az.). e-qanun.az. 2015-05-29. 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.199
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az (az.)