Yuxari Nemetabad - Wikipedia
Yuxarı Nemətabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsində kənd.[2]
Yuxarı Nemətabad | |
---|---|
40°42′47″ şm. e. 47°18′16″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 653 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0334[1] |
Kəndin bünövrəsinin 1170-ci ildə qoyulduğu guman edilir. Sonralar Nemətabad (indiki Yuxarı Nemətabad) kəndindən köçmüş ailələr eyni adlı bir kən salmış və bu yaşayış məntəqəsi Aşağı Nemətabad adlandırılmışdır. Yuxarı və aşağı sözləri kəndin coğrafi mövqeyini göstərir. Əvvəllər bu kənd övliya kəndi adlandırılmışdır. 12-ci əsrin 20-ci illərində islam dininin təbliği ilə əlaqədar ərəb əsilli Seyid Həsən adlı şəxs göndərilmişdir. O, bu kənddə yaşamış və böyük nüfuz sahibi olmuşdur. Seyid Həsən ağa öz xərci ilə bu əraziyə su çəkdirmiş, əhalinin suyun ətrafında yaşamağa təklif etmişdir. Seyid Həsən baba bu kənddə dünyasını dəyişmişdir.
Sonralar Sovetlər dönəmində kəndin adı "Nemətabad" adlandırılmışdır. 1910-cu il rus mənbəsində Ərəş qəzası Ağdaş birliyinin Nemətabad icmasının adı çəkilir. Nemətabad kəndi ilə bərabər Qəribli və Hacı abbaslı kəndləri də bu birliyin tərkibində olmuşdur.[3]
Kəndin ziyalıları
redaktə- Polkovnik Abdullayev Ramiz Abdulla oğlu, Məmmədov Məhəmməd Qnyaz oğlu, Babayev Həsən İlham oğlu,
- Mayor Əhmədov Şöhrət Abuzər oğlu, Məmmədov Fəzail Ədil oğlu,
- Alim Hacıyev Mehman Baloğlan oğlu,
- Kiçik elmi işçi Quliyeva Sevinc Qüdrət qızı,
- Baş Serjant Yunusov Rauf Yaqub oğlu
- Şairə Abbasova Kifayət İsmayıl qızı
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Arxivlənmiş surət". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |