Yuxari Qarabulaq - Wikipedia
Yuxarı Qarabulaq (gürc. ზემო ყარაბულახი) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinin mərkəzidir.[3]
Yuxarı Qarabulaq | |
---|---|
ზემო ყარაბულახი | |
41°24′56″ şm. e. 44°05′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.340 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1709[2] |
Coğrafiyası
redaktəKənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 22–25 km qərbdə, Qarabulaq çayının sahilində yerləşir.[4] Qaraxaç silsiləsinin şərq ətəklərində yerləşən kənd coğrafi cəhətdən rayonun Gödəklər, İpnari və Hüseynkənd kəndləri ilə qonşu, Aşağı Qarabulaq kəndi ilə iç-içədir.
Tarixi
redaktəBorçalı bölgəsində Qarabulağın adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8 nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib.[4]
Əhali
redaktəMüxtəlif tarixlərdə keçirilmiş əhali sayımları zamanı kənd əhalisinə dair məlumatlar bəzən vahid Qarabulağ kəndi adı ilə ümumi, bəzən isə ayrı kəndlər olaraq aşağı və yuxarı Qarabulaq kəndləri adı ilə verilmişdir.
1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 nəfər, 1926-cı ildə ümumi Qarabulaq kəndində 110 ailədə 765 nəfər azərbaycanlı yaşayırdı.[5]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.114 nəfər əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir.[6][7]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 1.129 nəfər əhali yaşayır.[3]
Təhsil
redaktəKənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb.[5] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[5][8] Və məktəbdə 150 şagird təhsil almaqdadır.[5]
İstinadlar
redaktə- ↑ http://census.ge/en/home.
- ↑ http://www.gpost.ge.
- ↑ 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
- ↑ 1 2 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 33 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
- ↑ 1 2 3 4 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 34 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
- ↑ National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
- ↑ The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005
- ↑ Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: Образование: Школы:[ölü keçid] 3.Публичные школы муниципалитета Дманиси