Yuxari Zeyxur - Wikipedia
Yuxarı Zeyxur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Qusar rayonunun Yuxarı Zeyxur kəndi Həzrə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Zeyxur kənd Soveti yaradılmışdır.[1]
Yuxarı Zeyxur | |
---|---|
41°34′06″ şm. e. 48°22′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1790 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Toponimikası
redaktəOykonimin əsasını Zeyxur komponenti təşkil edir. Yerli əhali arasında Qala adlanan xarabalıq (Samurçayın çökəkliyində) keçmiş Zeyxur kəndinin qalıqları sayılır. Zeyxur sözü ləzgi dilindəki tsey (yeni) və xur (kənd) komponentlərindən ibarət olub, "yeni kənd" mənasındadır. Yuxarı sözü kəndin adına onu eyniadlı digər yaşayış məntəqəsindən (Zeyxur) fərqləndirmək və kəndin yerləşdiyi coğrafi mövqeyi bildirmək məqsədilə artırılmışdır.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Qusar maili düzənliyində yerləşir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1020 nəfər əhali yaşayır.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2022.
- ↑ Yuxarı Zeyxur // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Qusar rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |