Zehmet Sahverdiyev - Wikipedia
Zəhmət Əbülfət oğlu Şahverdiyev (11 noyabr 1942, Kotanlı, Paşalı rayonu – 5 mart 2022, Bakı) — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor.[1] AMEA-nın müxbir üzvü (2014).
Zəhmət Şahverdiyev | |
---|---|
Şahverdiyev Zəhmət Əbülfət oğlu | |
| |
Doğum tarixi | |
Doğum yeri | Kotanlı, Dərələyəz mahalı, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Naxçıvan Muxtar Respublikası |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | Azərbaycan tarixi |
Elmi dərəcələri |
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Naxçıvan Dövlət Universiteti |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəZəhmət Şahverdiyev 1 noyabr 1942-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Kotanlı kəndində anadan olmuşdur.
1949–1958-ci illərdə Kotanlı kəndində səkkizillik, 1958–1961-ci il illərdə Qovuşuq kəndində tam orta məktəbi bitirmişdir.
1966–1970-ci illərdə Bakı şəhərində, ADPİ-də əyani şöbə üzrə təhsil almış, buranı tarix ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə həmin institutda "Beynəlxalq münasibətlər üzrə mühazirəçi" ixtisası almışdır. 1970-ci ildə Azərb.SSR Ali və Orta Təhsil Nazirliyinin göndərişi ilə ADPİ-nun Naxçıvan filialına müəllim təyin edilmişdir.
1978–1981-ci illərdə Azərb.SSR EA Tarix İnstitutunun aspiranturasında qiyabi şöbə üzrə təhsil almışdır.
1984-ci ildə elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1989-cı ildən isə dosent vəzifələrində çalışmışdır. 2011-ci ildə isə AMEA-nın Naxçıvan bölməsində "XIX və XX əsrin əvvəllərində Naxçıvanda siyasi vəziyyət, regionun sosial-iqtisadi və mədəni inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2007-ci ildən bü günə kimi Naxçıvan Dövlət Universitetində Azərbaycan tarixi kafedrasına rəhbərlik edir. 60-dan artıq elmi əsər, 6 kitab, və 2 proqram müəllifidir. Ailəlidir, üç övladı var. 2022-ci il mart ayının 5-də Bakı şəhərində vəfat etmişdir.
Mükafatları
redaktə2002-ci ildə Azərbaycan Respublikasındakı ali məktəblər arasında təlimdə, tədrisdə apardığı işlərə görə NDU-nin Humanitar fakültəsi birinci yerə çıxdığından Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.
2006-cı ildə Azərbaycan Respublikası Prezdentinin fərmanı ilə "Azərbaycanın əməkdar müəllimi" fəxri adını almışdır. 2006-cı ildə Türkiyə Respublikası Kocaeli Böyükşəhər Bələdiyyəsində Uluslararası Sosial Bilimlər Konqresində elmi məruzələrə görə təşəkkür almışdır. 2008-ci ildə Misir Ərəb Respublikasının Qahirə Universitetində elmi Sertifikat almışdır.
2008-ci ildə Naxçıvan Dövlət Universitetində "İlin alimi" adına layiq görülmüşdür.[2]
Elmi fəaliyyəti
redaktə1966–1970-ci illərdə Bakı şəhərində ADPİ-nin tarix fakultəsində oxumuş, 1968–1970-ci illərdə həmin institutda "Beynəlxalq münasibətlər üzrə mühazirəçi" ixtisasını almış, 1984-cü il Bakı şəhərində, AMEA –nın Tarix institutunda "XIX əsrin 70–90-cı illərində Azərbaycanda aqrar münasibətləri və kəndlilərin vəziyyəti", mövzusunda namizədlik, 2011-ci ildə isə AMEA-nın Naxçıvan bölməsində "XIX və XX əsrin əvvəllərində Naxçıvanda siyasi vəziyyət, regionun sosial-iqtisadi və mədəni inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1989-cu ildən dosentdir.
1964–1966-cı illərdə Ermənistan SSR Əzizbəyov(Soylan) rayonunda fəhlə. 1970–1973-cü illərdə NDPİ-da müəllim, 1974–1975-ci illərdə həmin institutda tədris hissə müdiri, 1974–1978-ci illərdə müəllim, 1982–1986-cı illərdə baş müəllim, 1984–86-cı illərdə Tarix kafedrasının müdiri, 1987–1990-cı illərdə baş müəllim, 1992-ci ildə NDU-da dosent, 1994–1998-ci tarix-filologoia fakultəsinin dekan müavini, 1998–2006-cı illərdə Humanitar fakultənin dekanı, 2006-cı ildən bü günə kimi Azərbaycan tarixi kafedrasının müdiridir. "Naxçıvan tarixi" (3 cilddə) adlı kitabın XIX əsr və XX əsrin əvvəlini əhatə edən fəsillərin müəllifi və rəhbəridir. NDU-nun Elmi əsərləri və AMEA Naxçıvan bölməsinin "Xəbərlər" jurnalının redaksiya heyətinin üzvüdür. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin professoru, 2014-cü ildən isə AMEA-nın müxbir üzvüdür
Elmi əsərləri
redaktə- Naxçıvan Muxtar Respublikası 1991–2001-ci illərdə. Bakı: Qismət, 2002. 310 s.
- Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Bakı: Elm, 2008. 327 s.
- Dərələyəzin taleyi, şəhidlər və döyüşçülər. Bakı: Qismət, 2010. 316 s.
- Азербаджанская деревня в последней трети XIX в. (По материалaм Нахичеванского и Шарур Даралагезского уездa) Elm 2010. 402 s.
- Azərbaycan tarixinin yeni dövrü üzrə magistr hazırlığı üçün proqram. Bakı: Elm nəşriyyatı.
- "Naxçıvan tarixi" (Dərslik),
- "Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni inkişaf" (Dərs vəsaiti) (2001–2012),
- "XIX əsrin ikinci yarısında Naxçıçvanda aqrar münasibətlərə dair",
- "Xanlıqlar dövründə Naxçıvan, ermənilərin azərbaycanlılara qarşı yapmış olduğu soyqırımlardan biri"(1905–1906-cı illər),
- "Gülüstan müqaviləsindən sonra Rusiyanın Naxçıvana münasibəti",
- "Naxçıvan bölgəsi Azərbaycan tarixinin akademik nəşrində".
İstinadlar
redaktə- ↑ Naxçıvan tarixinə dair qiymətli monoqrafiya: "Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində"[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-14.