Zengisali - Wikipedia
Zəngişalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Zəngişalı kənd inzibati ərazi dairəsində kənd.[1]
Zəngişalı | |
---|---|
40°02′49″ şm. e. 47°03′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0234 |
Etimologiyası
redaktəAgdam rayonunun Zəngişalı kəndi Qarabağ düzünün cənub-qərbində, Ağdam şəhərindən 12 km şərqdə Qərvənd-Evoğlu yolunun üstündə yerləşir. Zəngişalı kəndi ərazi cəhətdən Ağdam rayonunun Çəmənli, Seyidli, Qaradağlı və Ağcabədi rayonunun Hacılar kəndləri ilə qonşudur.
Kəndin adı barəsində müxtəlif mülahizələr söylənilir. Bu versiyalardan birinə görə İpək yoluna "Elçi yolu" deyirmişlər. Dərbənddən, Şirvandan, Gəncədən ötüb Naxçıvana, Təbrizə və Bağdada gedən bu yol Zəngişalının qərb hissəsindən keçirmiş. Yol boyu karvanların dincəlməsi üçün karvansaralar tikilərmiş. Həmin karvansaralarda rahatlanan karvan qaldırılıb yola düşən zaman zəng çalınarmış. Zəngişalı kəndinin adı da "zəngi çalın" sözlərindən əmələ gələrək indiki halda formalaşmışdır.
Başqa bir mülahizəyə görə vaxtilə toxuculuqla məşğul olan yerli əhali zəngin şal toxumaları ilə fərqlənmişdir. Belə ehtimal edilir ki, Zəngişalı sözü də "zəngin şal" ifadəsindən yaranmışdır.
Kənd sakini Tofiq Əliyevin dediyinə görə kənd əhalisinin Qərbi Azərbaycanın Zəngi (Razdan) çayı vadisindən gəlməsi və kəndin adının Zəngiçaylı sözünün dəyişilmiş halı ola bilməsi də mümkündür.
Tarixi
redaktəKəndin əhalisi əkinçilik, maldarlıq və toxuculuqla məşğul olmuşlar. Zəngişalının inkişafında imkanlı adamlar böyük rol oynamışlar. Belə şəxslərdən biri də Cavanşirlər nəslindən olan, Zəngişalı kəndində yaşamış Hüseynqulu Ağadır. Kənd əhalisi sudan bərk korluq çəkdiyinə görə Hüseynqulu Ağa 1865–1870-ci illərdə öz vəsaiti hesabına Zəngişalı kəndində kəhriz qazdırmışdır. Kəhriz üçün 50-dən çox quyu qazılıb, bir-birinə lağım vasitəsilə birləşdirilmişdir. Kəhrizdən 450 litr su çıxırdı. Kəhrizin bir neçə km məsafədən axıb torpağın səthinə çıxan yerində su dəyirmanı tikilmiş və "Ağalıq bağı" adı ilə məşhur olan bağ salınmışdır.
1920–1930-cu ildə Azərbaycanın başqa bölgələrində olduğu kimi Ağdam rayonunda da kolxozlar yaradılırdı. Zəngişalı və Mahrızlı kəndlərini əhatə edən kolxoz "Telman", "Paris kommunası", "Orconikidze" Azərbaycan ikinci dəfə müstəqilliyi əldə etdikdən sonra isə "Azərbaycan" adı ilə fəaliyyətinə davam etdirmişdir. Lakin 1941–1945-ci illərdə İkinci dünya müharibəsi Azərbaycan bütün kəndlərində olduğu kimi Zəngişalı kəndində də ciddi çətinliklər yaratdı. Kəndin bütün kişiləri və oğlanları müharibəyə səfərbər edildi. Kolxoz təsərrüfatında yalnız qocalar, qadınlar, uşaqlar çalışır və orduda əsgərlərə hərtərəfli kömək göstərirdilər.
1948–1952-ci illərdə pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahələrində rekord göstəricilər əldə edilir. Həmin illərdə yeddi nəfər yüksək ada – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. Ümumiyyətlə, Zəngişalı və Mahrızlı kəndlərindən doqquz nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
1999-cu ildə kənd ərazisində Zənkişalı Bələdiyyəsi təşkil edilmiş, onun ilk Nizanaməsi 2000-ci ildə qəbul edilmiş, 29 iyun 2004-cü il tarixli 715-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu[2] ilə bələdiyyələrin siyahısı yenilənərək, adı "Zəngişalı Bələdiyyəsi" kimi yazılmışdır.
20.08.2024-cü il tarixində isə Zəngişalı Bələdiyyəsinin müasir tipli Nizamnaməsi qəbul edilmişdir[3].
Zəngişalı Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[4] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[5] uyğun olaraq, Zəngişalı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Zəngişalı bələdiyyəsi
redaktə"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanuna[6] əsasən Zəngişalı kəndi Zəngişalı Bələdiyyəsinin mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüdudlarına aşağıkılar aiddir:
Zəngişalı kənd iəd | Zəngişalı kəndi |
Zəngişalı kənd iəd | Mahrızlı kəndi |
Zəngişalı Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[7] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, Zəngişalı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
Əhalisi
redaktəAğdam rayonunun iri yaşayış məntəqələrindən biri olan bu kənddə tikinti işləri zamanı aşkar edilmiş nümunələrdən, köhnə qəbirlərin başdaşlarındakı yazılardan aydın olur ki, burda əhalinin məskunlaşmasının tarixi qədimdir.
Mənbə
redaktə- Zahid Nağıyev. Bir obanın övladları.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-01.
- ↑ 1 2 Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |