Zenzibar Sultanligi - Wikipedia
Zənzibar sultanlığı (suah. Usultani wa Zanzibar; ərəb. سلطنة زنجبار, Sulṭanat Zanjībār)[1] — XIX əsrdən 12 yanvar 1964-cü ilə qədər mövcud olmuş dövlət. 1964-cü ildən Tanzaniya Birləşmiş Respublikasının bir hissəsidir.
Tarixi dövlət | |||||
Zənzibar sultanlığı | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Zənzibar (şəhər) | ||||
Rəsmi dilləri | |||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | mütləq monarxiya, konstitusiyalı monarxiya |
Tarixi
redaktəZənzibar Omandan (Maskat sultanlığı) olan Bu Səidi sülaləsinin kiçik üzvlərinə bir mülk olaraq həkk olunmuşdur. Zənzibar sultanının hakimiyyəti Şərqi Afrika sahillərinə, Ozi çayı üzərindəki Dalqado burnu ilə Kipini arasında, əlavə olaraq Unquca (Zanzibar adası), Pemba və başqa adalara qədər uzanırdı. Aktiv qul ticarəti, həmçinin ədviyyat, fil sümüyü və s. ticarəti var idi. Zənzibarda genişmiqyaslı tikinti prosesi gedirdi.
Oman sultanlarının ən güclüsü olan Səid ibn Sultan 1853-cü ildə fəth edilmiş Şərqi Afrika ərazilərinə nəzarət etmək üçün hətta dövlətin paytaxtını Maskatdan Zənzibara köçürməyi planlaşdırırdı. Buna baxmayaraq, artıq 1861-ci ildə, hafiz Məcid ibn Səidin hakimiyyəti dövründə Zənzibar sultanlığı XIX əsrin əvvəllərindən Şərqi Afrikanı fəal şəkildə kolonizasiya edən britaniyalıların dəstəyi ilə Omandan ayrılmışdı.
XX əsrin birinci yarısında tamamilə Britaniyanın nəzarətində olan Zənzibarda marionet sultan rejimi qurulmuş, lakin formal olaraq Zənzibar yarı müstəqil dövlət qurumu olaraq qalmışdır.
İkinci Dünya müharibəsindən sonra Zənzibarda ingilis və sultan hökmranlığına qarşı mübarizə güclənmişdir.
10 dekabr 1963-cü ildə Zənzibarın dövlət müstəqilliyi elan edilmişdir. Həmin ilin 16 dekabrında yeni dövlət BMT-yə qəbul edilmişdir, lakin artıq 12 yanvar 1964-cü ildə Zənzibarda antifeodal Zənzibar inqilabı baş tutmuş, nəticədə sultan Cəmşid ibn Abdulla taxtdan devrilmişdir. Bir neçə ay ərzində Zənzibarın yeni yaradılmış Tanzaniya dövlətinə daxil olmuşdur.
İstinadlar
redaktə- ↑ Gascoigne, Bamber. "History of Zanzibar". HistoryWorld. 2001. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-23.
Əlavə ədəbiyyat
redaktə- Appiah, Kwame Anthony; Gates, Henry Louis, Jr., redaktorlar Africana: The Encyclopedia of the African and African American Experience, New York: Basic Books, 1999, ISBN 0-465-00071-1, OCLC 41649745
- Ingrams, William H., Zanzibar: Its History and Its People, Abingdon: Routledge, 1967, ISBN 0-7146-1102-6, OCLC 186237036
- Ayany, Samuel G., A History of Zanzibar: A Study in Constitutional Development, 1934–1964, Nairobi: East African Literature Bureau, 1970, OCLC 201465
- Michler, Ian, Zanzibar: The Insider's Guide (2nd), Cape Town: Struik Publishers, 2007, ISBN 1-77007-014-1, OCLC 165410708
Xarici keçidlər
redaktə- Генрик Сенкевич. «Письма из Африки» в переводе В. М. Лаврова, главы VII и VIII.
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- The Official Website of the Zanzibar Royal Family (ing.)