Zergan Doyusu - Wikipedia
Zərqan döyüşü Əşrəf xanın dövlət xadimi kimi iştirak etdiyi sonuncu döyüşdür. Mehmandost və Murçe-Xort döyüşlərindən başqa digər toqquşmalarda da Nadirə məulub olan Əşrəf xan İsfahandan geri çəkilərək Şirazda yeni ordu qurmaq fikrində idi. Burada bəzi yerli tayfaların dəstəyini təmin edə bilsə də, son nəticədə ağır şəkildə məğlub edildi. Bundan sonra da tarixdən silindi. Onun hansı şəraitdə və necə yoxa çıxması və ya ölməsi hələ də dəqiq olaraq bilinmir.[1]
Zərgan döyüşü | |||
---|---|---|---|
Səfəvi-Əfqan müharibəsi | |||
| |||
Tarix | 1729 24 sentyabr | ||
Yeri | Zərgan, Şiraz, Cənubi İran | ||
Səbəbi | Səfəvilərin əfqanların ələ keçirdiyi torpaqları geri alma istəkləri. | ||
Nəticəsi | Qəti Səfəvi qələbəsi | ||
Ərazi dəyişikliyi | Əfqanlar Səfəvi ərazisindən qəti olaraq qovulurlar. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Döyüş
redaktəNadir xan cənuba yönələrək Əşrəf xanla sonuncu mübarizəyə başlamamışdan əvvəl paytaxtda 40 gün müddətinə qalaraq bəzi məsələləri həll etdi. Bu məsələlərin əksəriyyəti siyasi məsələlər idi. Nadir xan Şirazın təxminən 30 km şimalında ona qarşı döyüş düzülüşünə keçən Əşrəf xanın qoşunları ilə qarşılaşdı. Səfəvi tüfəngçiləri son dövrlərdə dəfələrlə əfqan süvariləri ilə qarşılaşmışdı. Tüfəngçilər onlara qarşı bu döyüşlərdə xüsusi strategiya müəyyənləşdirmişdi. Yenə də həmin taktika ilə əfqan süvariləri məğlub edildi.[1]
Səfəvi artilleriyasının əfqan süvarilərinin cərgələrini dağıtmasından sonra nadir xanın əmri ilə Səfəvi süvariləri əfqanları tamamilə darmadağın etmək üçün hücuma keçdi. Əşraf xanın atlı dəstələri demək olar ki, sonnucu nəfərinə qədər döyüşsə də, sonda məğlub oldu. Əşrəf xan bütün süvari dəstəsini itirdi.
Nəticə
redaktəƏşrəf xan öz canını qurtara bilmək üçün İsfahandan qaçarkən əsir götürdüyü Səfəvi işahzadələrindən istifadə etmək istəsə də, sonda öz fikrini dəyişdirdi və Qəndəhara çata bilmək ümidi ilə mühasirəni yarmaq qərarına gəldi. 500-ə yaxın Əfşar süvarisi fesa körpüsü yaxınlığında əfqan dəstələrinə çata bildilər. Qanlı mübarizədən sonra əfqanlar özlərini çaya atdılar. onlar çayın o birinə tayına keçməyə ümid edirdilər. Lakin əksəriyyəti çayda boğuldu.[1]
Əşrəf xanın ölüm səbəbi hələ də mübahisəli olaraq qalır. Güman edilir ki, o, məhz çayda boğukmuşdur. Onun düşərgəsində çalışan mülki şəslər və Səfəvi ordusuna əsir düşmüş əfqan hərbçilərin əksəriyyəti ya qul edildi, ya da öldürüldü.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Michael Axworthy. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyran. I.B. Tauris. 348. ISBN 1-85043-706-8.