Zakir Serdarov - Wikipedia
Zakir Həsən oğlu Sərdarov (31 dekabr 1943, Yanıqpəyə, Krasnoselsk rayonu – 1 dekabr 1999) — Azərbaycanlı ictimai-siyasi və dövlət xadimi; tarix elmləri doktoru. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış[1] deputatı.
Zakir Sərdarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 dekabr 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 1 dekabr 1999 (55 yaşında) |
Dəfn yeri |
Həyatı
redaktəZakir Həsən oğlu Sərdarov 1943-cü il dekabrın 31-də Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıqpəyə kəndində qulluqçu ailəsində anadan olub. O, 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Tarix-filologiya fakültəsinə daxil olub. Yaradıcılıq həvəsi olduğundan gənc yaşlarında "Xəzər dənizçisi" qəzetində əmək fəaliyyətinə başlayıb.
Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş Zakir Sərdarov bir il Salyan rayonunda müəllim işləyib. Yazıb-yaratmaq həvəsi günü-gündən artan Zakir Sərdarov tezliklə əyalətdən Bakıya gəlib.
Zakir Sərdarov 1999-cu il dekabrın 14-də vəfat edib. Mərhum II Fəxri Xiyabanda dəfn olunub.
Elmi fəaliyyəti
redaktə1969–1971-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqında ədəbi işçi, eyni zamanda, Bakı Bədən Tərbiyəsi Texnikumunda müəllim işləyib. Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatına layiq görülüb.
1971–1984-cü illərdə "Gənc müəllim" qəzetinin redaktoru vəzifəsində çalışıb, daim ictimai problemləri vicdanlı sözlə qələmə alıb, haqqı əzilənin tərəfini verməyib. Daha sonra məzunu olduğu İnsititutda işləməyə başlayıb.
1982-ci ildə "SSRİ-nin Bolqarıstan ilə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığına Azərbaycan SSR-in töhfəsi" mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsini alıb.
Müxtəlif arxivlərdə milli tariximiz üçün son dərəcə dəyərli fatkları, sənədləri üzə çıxarıb. Elmi araşdırmalarının əsasında 5 kitab, 300-dən artıq elmi məqalə qələmə alıb, 4 monoqrafiyanın müəllifi olub. SSRİ və Azərbaycan Jurnalistləri İttifaqının üzvü olmuşdur. Zakir Sərdarovun elmi kadrların hazırlanmasında böyük xidmətləri olub. Ölümündən sonra haqqında 5 kitab, 1 poema yazılıb.
Siyasi fəaliyyəti
redaktəZakir Sərdarov hələ ötən əsrin 80-ci illərindən məkrli erməni yalanlarına qarşı çıxan, elmi əsərləri ilə onları cəsarətlə ifşa edən alimlərdən idi. Vətənpərvər alim ermənilərin qədim türk yurdu İrəvana və Qarabağa köçürülmə xalq olduğunu yazır, sovet imperiyası ideoloqlarının siyasətini ifşa edirdi. 1990-cı illərdə imperıya rəhbərliyinin işğalçılıq siyasətinə qarşı çıxdıqlarına görə Bakı şəhərinin hərbi komendantı, polkovnik Valeri Bünyadov Səfyar Musayev və Fərəməz Maqsudovla birgə Zakir Sərdarovu da iki günlük həbs etdirmişdi.
Zakir Sərdarov Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib. Zakir Sərdarov həmçinin, 1992-ci ilin dekabr ayının 7-də yaradılan Heydər Əliyevin müdafiə komitəsinin üzvü olub. O, Heydər Əliyevə müraciət imzalamış "91-lər"dəndir. Həyat fəaliyyətindən də məlum olur ki, Zakir Sərdarov Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq olub. Heydər Əliyev Naxçıvanda olduğu dövrdə dəfələrlə onunla görüşüb, dəyərli məsləhətlər alıb. O, vaxtilə Milli Məclisin qarşısında yaş senzinin aradan qaldırılması üçün keçirilən mitinqlərdə fəal iştirak edib. 1998-ci ildə keçirilən prezident seçkilərində Heydər Əliyevin səlahiyyətli nümayəndəsi olub.
1995-ci ildə Heydər Əliyevin siyasi iradəsi ilə ölkənin Konstitusiyası qəbul edildi, müstəqillik dövründə ümumxalq səsverməsi ilə seçilmiş Milli Məclisin ilk tərkibi bəlli oldu. Zakir Sərdarov da birinci cağırış Parlamentə 24 saylı Nəsimi dairəsindən üzv seçildi. Milli Məclisinin İnsan hüquqları komissiyasının, Azərbaycan-Almaniya Parlamentlərarası Dostluq Qrupunun, SSRİ və Azərbaycan Jurnalistləri İttifaqının üzvü olub.
Ailəsi
redaktəMərhumun Vüsal və Vüqar adlı iki oğlu, Xatirə və Züleyxa adlı iki qızı, on nəvəsi var. Oğlanlarının hər ikisi polis orqanlarında çalışır. Böyük qızı atasının məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim işləyir, kiçik qızı həkimdir.
İstinadlar
redaktəXarici keçidlər
redaktə• 91-lər"dən olan Zakir Sərdarovun işıqlı ömür yolu
91-LƏR"DƏN OLAN SABİQ DEPUTATIN ANIM GÜNÜDÜR
Ləyaqətli və şərəfli ömür yolu
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |