Zaman Esgerli - Wikipedia
Əsgərli Zaman Şükür oğlu — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997).
Zaman Əsgərli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kərimbəyli, Salyan rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Şükür Əsgərli |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | baş elmi işçi |
İş yeri | AMEA Nizami adına Ədəbiyyat İnstitutu |
Təhsili | ADPİ Filologiya fakültəsi |
Həyatı
redaktəZaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır (1970–1974).
Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976–1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifəsində çalışmışdır (1979–2018-ci illərdə).
Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur.
Professor Zaman Əsgərli 2018-ci il avqustun 22-də infarktdan vəfat etmiş və doğulduğu Salyan rayonunda dəfn olunmuşdur.
Əsərləri
redaktə- N.Vəzirovun "Müsibəti-Fəxrəddin faciəsi". Bakı: Elm, 1985, 100 s.
- Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 1996, 432 səh. (şərikli).
- Nəcəf bəy Vəzirov. Bakı: Şuşa, 1998, 56 səh.
- Nağı dayı (publisistik povest). Bakı: Azərbaycan, 1998, 80 səh.
- Əziz Mirəhmədov. Bakı: Elm, 2000, 112 səh.
- Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 2001, 328 səh. (şərikli).
- Mirzəşəfi Vazeh. Bakı: Elm, 2010.
- XX əsr Azərbaycan poeziyası (Tərtib, müqəddimə, qeydlər). Bakı, 2005
- Əsgərli Z. Poetika: izahlı sözlük. Bakı: Elm, 2014, 262 s.