Zamanli Gedebey - Wikipedia
Zamanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Mormor kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Arabaçı kənd Sovetinin Zamanlı kəndi Mormor kənd Sovetinin tərkibinə verilmişdir.[3]
Zamanlı | |
---|---|
40°39′01″ şm. e. 45°26′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.346 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2112[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəKəndin keçmiş adı Sərkar olmuşdur. Yerli məlumata görə, kəndi vaxtilə Qızılalı oğlu Zaman salmış və kənd də onun adı ilə adlandırılmışdır. Kəndin əhalisi əsasən xəlfəli tayfasına mənsub ailələrdən ibarətdir. Oykonim Zaman (şəxs adı) və -lı komponentlərindən düzəlib.[4]
Tarixi
redaktəZamanlı kəndinin tarixi albanların bu ərazilərdə yaşadığı IV-V əsrlərə gedib çıxır.
2010-cu il sentyabrın 11-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgərləri tərəfindən bu kəndin ərazisində təxribat törətməyə çalışan Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Manvel Sarıbekyan tutulmuşdur. Daha sonrakı araşdırmalar nəticəsindən məlum olmuşdur ki, Manvel Sarıbekyan Azərbaycan tərəfinə kənd məktəbini partlatmaq üçün keçib.[5]
Coğrafiyası və iqlimi
redaktəKənd Murğruz silsiləsinin yamacında yerləşir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 649 nəfər əhali yaşayır.[6]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
redaktə- ↑ http://www.azerpost.az/?options=content&id=188.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
- ↑ Zamanlı (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ "Ermənilər Azərbaycanda məktəbi partlatmaq istəyiblər". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |