Zaqatala Nuxa Dairesi - Wikipedia
Zaqatala Nuxa Dairesi - Wikipedia - Haqqında Məlumat
Zaqatala-Nuxa dairəsi və ya Zaqatala-Nuxa mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Zaqatala-Şəki dairəsi və ya Zaqatala-Şəki mahalı kimi də anlandırılmışdır.
Zaqatala-Nuxa dairəsi | |
---|---|
Ölkə | |
İnzibati mərkəz | Şəki |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 aprel 1929 |
Ləğv edilib | 25 yanvar 1930 |
|
Tarixi
redaktəZaqatala-Nuxa dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır.[1] Nuxa və Zaqatala qəzalarını əvəz etmişdir.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsi ləğv edilərək iki yerə — Zaqatala və Nuxa dairələrinə bölünmüşdür.[2]
İstinadlar
redaktə- ↑ История государства и права Азербайджанской ССР (1920–1934 гг.). Баку: Элм. 1973. səh. 410–412.
- ↑ "İnzibati-ərazi vahidləri" (PDF). Prezident Kitabxanası. 2021-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-25.