Zaur Sefiyev - Wikipedia
Zaur Şəfiyev (9 dekabr 1980, Bakı) — aktyor, rejissor asistenti, prodüser, səs aktyoru, mətn oxuyan.
Zaur Şəfiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Milliyyəti | ləzgi |
Vətəndaşlığı |
Azərbaycan SSR Azərbaycan |
Fəaliyyəti |
aktyor prodüser rejissor asistenti səs aktyoru mətn oxuyan |
Fəaliyyət illəri | 2009-indiyədək |
İstiqamət |
serial teatr kino |
Həyatı
redaktəZaur Şəfiyev 1980-ci il dekabrın 9-da Bakı şəhərində anadan olmuşdur. Birinci sinfə Xətai rayonu 59 saylı orta məktəbində getmiş, daha sonra təhsilini Nizami rayonu 215 saylı məktəbdə davam etdirmiş və 1997 ci- ildə 245 saylı məktəbdən məzun olmuşdur. Daha sonra Xəzər Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirmişdir.[1] Sonra Rüstəm İbrahimbəyovun kino məktəbində kinoprodüser fakültəsində təhsil almış, İbrus Teatrında aktyor kimi işləmişdir. İlk rolu Rüstəm İbrahimbəyovun Molyerin Tartüf pyesi əsasında Azərbaycan adına uyğunlaşdıraraq səhnəyə qoyduğu tamaşada olub.[2]
Zaur Şəfiyev bir sıra seriallarda, filmlərdə və qısametrajlı filmlərdə çəkilmışdir. Qısametrajlı filmlərindən biri ilə Kann kinofestivalında iştirak etmişdir.[2]
Aktyor 2012-2013-cü illərdə Azərbaycan və Gürcüstan kinematoqraflarının birgə istehsalı olan serialda çəkilmiş, serial əvvəlcə Fuad və Nene olaraq adlandırılmış[3], daha sonra isə Əli və Teo olaraq dəyişdirilmişdir.[4] Serial 2014-cü ilin sonlarında Lider TV-də yayınlanmışdır. [5] 16 bölümdən ibarət olan serial 2016-cı ildə YouTube kanalında rus dili versiyasında paylaşılmışdır.[6]
2013-ci ildə Almaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan istehsalı olan Ursus filmində Tələt rolunda çəkilmişdir. Filmin dünya üzrə premyerası 2019-cu ile planlaşdırılır. [7] [8][9]
2017-ci ildə Reproduktiv Sağlamlıq çərçivəsində Yarı yolda qoyma reklamında oynayan aktyor,[10] hal – hazırda ARB kanalında yayımlanan Sarı gəlin adlı serialda Oğuz rolunda çəkilir.
Son oynadığı qısametrajlı film Не кино'nun təqdimatı 3 iyul 2018-ci ildə Yarat mərkəzində keçirilmişdir.[11]
Teatr tamaşaları
redaktəFilmoqrafiya
redaktəFilm | |||
---|---|---|---|
İl | Ad | Rolu | Qeyd |
2010 | Biz sizə müharibə elan edirik[16] | Alvi[17] | |
2010 | Qardaşdan yaxşısı yox imiş[18] | ||
2012 | Sübhün səfiri[19] | Xasay Usmiyev | |
2012 | Gil | Qot/Elsevər Qəribov | Qısametrajlı film |
2013 | Qorxma, mən səninləyəm! 1919 | Murad[20] | |
2016 | Pərdə | Emin | |
Xeyr, daha doğrusu , bəli | Alik[21] | Qısametrajlı film | |
Whirligig[22] | |||
Hamıya qarşı[23] | Səsləndirmə | ||
2015 | Ursus | Tələt[20] | |
2017 | İkinci pərdə | ||
Uptown & Out | Mike[24] | Qısametrajlı film | |
Bəd Santa 2 | Səsləndirmə[25] | ||
2018 | Hе кино | Qısametrajlı film | |
Serial | |||
İl | Ad | Rolu | Qeyd |
2011 | Qaranlıqlar çiçəyi | Cavid | |
2012 | Sirr | Emil | |
2012 | 3 bacı | Badcio | |
2013 | Həyat sən nə qəribəsən? | Tunar Xanlarov | |
2014 | Əli və Teo | Əli | |
2015 | Oğurlanmış arzular | Kənan | |
2018 | Sarı gəlin | Oğuz |
Oynadığı kliplər
redaktəİl | Müğənni | Albom | Klip |
---|---|---|---|
2016 | Röya | Darıxdım | |
2012 | Miri Yusif | Məktub |
İstinadlar
redaktə- ↑ "Rasim Balayev kimi aktyora dəyər verilmirsə, vay bizim halımıza…". a24.az. 20 noyabr 2017. 2017-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ 1 2 "Azərbaycanlı aktyor: "Aqibətini düşünən rejissor belə qeyri-peşəkar addım atmaz..." milli.az. 10 avqust 2012. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ "Lider Tv Online - Lider Tv Serial Həvəskarlarını Sevindirəcək". YouTube. 19 dekabr 2012. İstifadə tarixi: 28 may 2018.
- ↑ "Lider Tv Online - "Əli Və Teo" Filminin Çəkilişləri Başladı". YouTube. 10 iyun 2013. İstifadə tarixi: 28 may 2018.
- ↑ "Azərbaycan serialında bayrağımıza qarşı hörmətsizlik". AzNews. 2 dekabr 2014. 29 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
- ↑ "Əli və Teo". YouTube. 26 fevral 2016. İstifadə tarixi: 28 may 2018.
- ↑ "Урсус". kinopoisk.ru. İstifadə tarixi: 28 aprel 2018.
- ↑ "В украинском фильме снимутся настоящий и замаскированный медведи". comments.ua. 11 oktyabr 2013. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ Татьяна НЕЧЕТ. "В Киеве показали украинско-грузинский фильм "Урсус" с Богданом Бенюком" (ru.). Комсомольская Правда. 16 oktyabr 2015. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ "Yarı yolda qoyma". Bumeranq Yaradıcılıq Mətbəxi. 18 iyul 2017. İstifadə tarixi: 16 may 2018.
- ↑ "АЗЕРБАЙДЖАНСКОЕ "НЕ КИНО" РАССКАЖЕТ О СТРАННОСТЯХ ЛЮБВИ". friday.az. 21 iyun 2018. 2018-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2018.
- ↑ "В Баку пройдет премьера спектакля "Танец семи покрывал"" (ru.). interfax.az. 2 oktyabr 2009. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ 1 2 "Не бойся, я с тобой 1919". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-24.
- ↑ "В Русской драме состоится премьера спектакля по пьесе Эльчина «Квартиранты ада»". sputnik.az. 11 noyabr 2009. İstifadə tarixi: 28 aprel 2018.[ölü keçid]
- ↑ "Зрителю нужныне толькоразвлекательныеспектакли, но иклассика -Наталья Шаровская" (ru.). interfax.az. 16 aprel 2010. İstifadə tarixi: 24 aprel 2018.[ölü keçid]
- ↑ "МЫ ОБЪЯВЛЯЕМ ВАМ ВОЙНУ (2010)" (rus). kino-teatr.ru. 2020-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ "ЗАУР ШАФИЕВ" (rus). kino-teatr.ru. İstifadə tarixi: 24 aprel 2018.[ölü keçid]
- ↑ "И не было лучше брата" (rus). YouTube. 13 dekabr 2017. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ ""Sübhün səfiri" (film, 2012)". YouTube. 13 mart 2015. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ 1 2 "Заур Шафиев" (rus). kinopoisk.ru. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ "Нет, то есть да" (rus). YouTube. 12 iyun 2016. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ "Whirligig" (ingilis). YouTube. 21 iyul 2016. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ ""CinemaPlus"da "Hamıya qarşı" 18+ filmin nümayişinə başlandı". baku.ws. 21 noyabr 2016. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ "Uptown & Out" (ingilis). IMDb. 2017-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ ""CinemaPlus"da "Cinemazadeh dublyaj həftəsi" başlayıb". 28 sentyabr 2017. İstifadə tarixi: 5 may 2018.[ölü keçid]
Xarici keçidlər
redaktə- Zaur Şəfiyev — IMDb səhifəsi
- Zaur Şəfiyev — Instagram səhifəsi
- Zaur Şəfiyev — Facebook səhifəsi