Zaur Nudireliyev - Wikipedia
Zaur İsmayıl oğlu Nudirəliyev (1 sentyabr 1978; Bakı, Azərbaycan SSR — 4 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Kürdəmir aviabazasının Komandirinin uçuş hazırlığı üzrə müavini, USTA dərəcəli pilot, "Su-25" hücum təyyarəsinin pilotu, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Zaur Nudirəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Səmaların fatehi |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Türkiyə Hərbi Hava Qüvvələri Akademiyası Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Hərbi hissə | Kürdəmir aviabazası |
Xidmət illəri | 2000—2020 |
Rütbəsi | Polkovnik |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | |
|
Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmişdir və Azərbaycan Ordusunun Komandanlığı bu işi Zaur Nudirəliyevə tapşırmışdır. Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer müşaiyətli bombaların birinci atışını reallaşdırmışdır. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilmişdir, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində həlak olmuşdur.
Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. Həmçinin o, 1941-ci ildən sonra "Atəş ramı" reallaşdıran birinci pilotdur.
Həyatı
redaktəZaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur.[1] Uşaq yaşlarında atasını itirib.
Təhsili
redaktəZaur Nudirəliyev 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ilə qədər orada təhsil almışdır.[2] 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Müharibənin yeni-yeni alovlandığı 1992-ci ildə Zaur Nudirəliyev sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdir.[2] 1995-ci ildə oradan məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuşdur və 2000-ci ildə oranı "Təyyarəçi" ixtisası üzrə bitirmişdir.[3]
Zaur Nudirəliyev 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində Alman dilinin öyrənilməsi məqsədilə General-Admirallar üçün Hərbi Liseydə təhsil almışdır.
Ailəsi
redaktəZaur Nudirəliyev Nazilə Əliyeva ilə ailəli idi.[4] Pəri adında qızı və Ömər adında oğlu yadigar qalmışdır.[4]
Hərbi xidməti
redaktəZaur Nudirəliyev 2000-ci ilin fevral ayından 2004-cü ilin iyul ayında qədər Kürdəmir aviabazasında 3-cü aviasiya eskadrilyasında aviasiya manqasının təyyarəçisi, 2004-cü ilin iyul ayından 2004-cü ilin dekabr ayına qədər isə həmin aviabazada 3-cü aviasiya eskadrilyasında aviasiya manqasının baş təyyarəçisi vəzifəsində xidmət eləmişdir.[2]
2004-cü ilin dekabr ayından 2007-ci ilin mart ayına qədər Kürdəmir aviabazasında 1-ci aviasiya eskadrilyasında aviasiya manqasının baş təyyarəçisi olan Zaur Nudirəliyev, 2007-ci ilin mart ayından 2009-cu ilin dekabr ayına qədər həmin aviabazada 1-ci aviasiya eskadrilyasının Manqa Komandiri vəzifəsində xidmət eləmişdir.[2]
2009-cu ilin dekabr ayından 2011-ci ilin may ayına qədər isə Kürdəmir aviabazasında 1-ci aviasiya eskadrilyası Komandirinin müavini-şturman vəzifəsində xidmət eləmişdir.[2]
2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayına qədər Kürdəmir aviabazasında 1-ci aviasiya eskadrilyasının Qərargah rəisi olan Zaur Nudirəliyev, 2013-cü ilin noyabr ayından 2015-cü ilin avqust ayına qədər isə həmin aviabazada 1-ci aviasiya eskadrilyasının Komandiri olmuşdur.[2]
Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından Kürdəmir aviabazasında Komandirin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi.[2]
Zaur Nudirəliyev 20 il davam edən xidməti ərzində müdafiə naziri tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı və "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif edilmişdir.
İkinci Qarabağ müharibəsi
redaktə2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[5] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[6]
Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən İkinci Qarabağ müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmişdir və bu iş Zaur Nudirəliyevə tapşırmışdır.[4] O, nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdırmışdır.[4] Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmişdir, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur.[4] 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı.[7]
Oktyabrın 4-də Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl rayonu istiqamətində təyin olunmuş hədəfə yaxınlaşan zaman Komanda İdarəetmə Məntəqəsinə Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə məlumat daxil olmuşdur.[4] Buna görə də "Su-25" hücum təyyarəsinin vurulma ehtimalı yaranmışdır.[4] Dərhal Zaur Nudirəliyevə geri qayıtmaq tapşırığı verilmişdir.[4] Həmin vaxt Zaur Nudirəliyev təyin olunmuş hədəfə zərbə endirib geri qayıdırdı.[4] Bundan sonra o, çağırışa cavab vermədi.[4] Artıq Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulmuşdur.[8] Ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarədən hatapult edə bilərdi.[9] Amma o, Ermənistan tərəfinə əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmışdır və həlak olmuşdur.[10]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[11][12]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün isə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[13][14]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[15][16]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[17]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[18]
Kəşf etdiyi üsullar
redaktəZaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət elədiyi 20 il ərzində bir sıra döyüş üsullarını ərsəyə gətirmişdir və uğurlu sınağlardan sonra döyüşlərdə icra etmişdir.
Zaur Nudirəliyev mütamadi olaraq hərbi təlimlər zamanı "Su-25" hücum təyyarələrinin tam döyüş potensialından istifadə edirdi.[19] O, nişangah istifadə etmədən, yalnızca riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir.[19] NATO standartlarına uyğun bu üsul digər təyyarəçilərə də aşılanmışdır.[19]
İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən "Su-25" hücum təyyarələrində yeni döyüş üsullarının istifadə olunması ilə bağlı qərar verilmişdir.[19] Komandalıq tərəfindən bu iş xarici dövlətlərdə təhsil alması və bir çox dövlətlərlə aparılan hərbi təlimlərdə təcrübə toplaması nəzərə alınaraq Zaur Nudirəliyevə həvalə olunmuşdur.[19]
Azərbaycan Hərbi Hava Qüvvələrinin "Qarabağ" ordenli mayoru Cavid Fərəcovun sözlərinə görə, "Su-25" hücumçu təyyarə olaraq aşağı hündürlükdə istifadə üçün təyin olunub.[19][20] "Su-25" hücum təyyarəsi aşağı və orta hündürlükdə uçarsa hava hücumundan müdafiə vasitələri tərəfindən vurulması ehtimalı çoxdur.[19] Amma Zaur Nudirəliyevin araşdırmaları nəticəsində "Su-25" hücum təyyarəsinin sahib olduğu göstəricilərdən məharətlə istifadə olunmuşdur, nəticədə yeni bir döyüş üsulu ərsəyə gəlmişdir.[19] "Su-25" hücum təyyarəsindən bomba atışının tam dəqiq olması üçün birinci dəfə olaraq aşağı və ya orta hündürlükdən yox, məhz yuxarı hündürlükdən istifadə olunub.[19] Bu üsul təcrübədə uğurlu alındığı üçün sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı geniş istifadə olunmuşdur.[19] Nəticədə Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinə və canlı qüvvələrinə ağır zərbələr endirilmişdir.[19]
Zaur Nudirəliyev həmçinin daha bir nailiyyətə imza atmışdır.[19] Lazer güdümlü bombalar sadəcə "Su-25" hücum təyyarəsi modernizə olunmuş versiyası hesab olunan "Su-25T" hücum təyyarəsində atılır.[19] Amma Zaur Nudirəliyevin təcrübəsi nəticəsində birinci dəfə "Su-25" hücum təyyarəsindən lazer güdümlü bombalar atılmışdır.[19]
Şücaəti
redaktəAzərbaycan Hərbi Hava Qüvvələrinin "Qarabağ" ordenli zabiti Elçin Məmmədovun sözlərinə görə, Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl istiqamətində uçuşa yollanmışdır.[21][22] Kəşfiyyat məlumatına əsasən həmin ərazidə Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) vasitələri olmamalı idi.[21] Amma Zaur Nudirəliyevin idarə etdiyi təyyarə həmin ərazidə təyin olunmuş hədəfə yaxınlaşan zaman idarəetmə məntəqəsinə Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının müdafiə vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə operativ məlumat daxil olmuşdur. Buna görə də dərhal onlara geri qayıtmaq tapşırığı verilmişdir. Həmin dəqiqədən sonra Zaur Nudirəliyevlə əlaqə dayandı və o çağırışa cavab vermədi. Artıq "Su-25" hücum təyyarəsi Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulmuşdu.[21] Həmin zərbə "Su-25" hücum təyyarəsinin Katapult oturacağını zədələmədiyi üçün onun xilas olmaq ehtimalı yaranmışdır. Amma həmin günlərdə Cəbrayıl şəhəri və onun ətraf yaşayış məntəqələri istiqamətində şiddətli döyüşlər getdiyi üçün onun paraşütlə eniş edəcəyi halda Ermənistan Silahlı Qüvvələrinin nəzarətində altında olan ərazilərə düşüb, qarşı tərəfə əsir düşmə ehtimalı da var idi. Buna görə də Zaur Nudirəliyev "Atəş ramı" etməyi qərara alır və "Su-25" hücum təyyarəsini bütün sürəti ilə Ermənistan Ordusunun bir qrup canlı qüvvəsinin cəmləşdiyi yerdə, zirehli nəqliyyat vasitəsinə çırpır.[21]
Zaur Nudirəliyev Azərbaycanın hərb tarixində "Atəş ramı" edən birinci pilot olmaqla yanaşı, 1941-ci ildə sovet hərbi pilotu N. Qastellodan sonra bu addımı atan birinci pilot oldu.[21]
İrsi və xatirəsi
redaktə2021-ci ildə Bakı şəhəri 47 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin adı verilmişdir.[23]
2021-ci il dekabrın 2-də İctimai TV-də Zaur Nudirəliyevə həsr olunan sənədli filmi təqdim olunmuşdur. 20 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.[24]
2021-ci ilin dekabrında Bakıdakı mərkəzi küçələrin birinə Zaur Nudirəliyevin adı verilib.[25]
Təltifləri
redaktə- — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı[26]
- — "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı[26]
- (26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı[26]
- (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı[26]
- (26.06.2010) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı[26]
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı[26]
- (26.06.2015) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı[26]
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı[26]
- (26.06.2020) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı[26]
- (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)[27]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[28]
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[29]
- (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[17]
- (24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)[30]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ 1 2 3 4 5 6 7 Orxan Hüseyn. ""Vətən Müharibəsi Qəhrəmanı" adını almış şəhid pilotumuzun son uçuşu - DOSYE". www.aqreqator.az (az.). 10.12.2020. 2021-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.12.2020.
- ↑ Belə Belə İşlər. "Əsir düşməməsi üçün təyyarəsini erməni səngərinə çırpan pilot". www.youtube.com ( YouTube portalı / "Belə belə işlər" səhifəsi) (az.). 28.12.2020. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.12.2020.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 (AZƏRTAC). "Əsir düşməməsi üçün «Su-25» döyüş təyyarəsini düşmən səngərinə çırpan şəhid Zaur Nudirəliyev". www.youtube.com ( YouTube portalı / "AZERTAC" səhifəsi) (az.). 25.12.2020. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
- ↑ Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
- ↑ Azərbaycan Televiziyası (AzTV). "Səmaların fatehi - şəhid Zaur Nudirəliyev". www.youtube.com ( YouTube portalı / "Telesəhər" səhifəsi) (az.). 30.12.2020. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
- ↑ "Oxu.az" Xəbər Portalı. "Səmaların fatehi, şəhid Zaur Nudirəliyev". www.oxu.az (az.). 30.12.2020. 2021-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
- ↑ "Yeni Sabah" Xəbər Portalı. "Su-25 təyyarəsini son anda düşmənin çoxsaylı canlı qüvvəsinə çırpdı - Video". www.yeni sabah.az (az.). 25.12.2020. 2021-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ Press Klub. "Azərbaycan Qarabağ müharibəsində Su-25 təyyarəsini itirdiyini etiraf etdi". www.pressklub.az (az.). 28.12.2020. 2021-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 25.12.2020. 2021-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Əsir düşməməsi üçün "Su-25" döyüş təyyarəsini düşmən səngərinə çırpan şəhid Zaur Nudirəliyev". www.azertag.az. 25.12.2020. 2020-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- ↑ 1 2 3 4 5 "1News.az" Xəbər Portalı. "«Огненный таран»: Азербайджанский лётчик повторил подвиг Гастелло при освобождении Джебраила - ФОТО". www.1news.az (rus). 29.12.2020. 2021-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- ↑ "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ ""Su-25"in savaş şahini Zaur Nudirəliyev". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ "Bakıda 41 küçəyə şəhidlərin adları verilib - Video". www.xezerxeber.az ( (az.)). 02.12.2021. 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.12.2021.
- ↑ 1 2 3 4 5 6 7 8 9 REAL TV. "İkinci Qarabağ müharibəsi qəhrəmanı pilot". www.youtube.com ( YouTube portalı / "REAL TV" səhifəsi) (az.). 10.12.2020. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2021.