Zeyneb Biiseva - Wikipedia
Zeynəb Abdulla qızı Biişeva (rus. Зайна́б Абду́лловна Бии́шева, başq. Зәйнәб Абдулла ҡыҙы Биишева; d. 15 yanvar 1908, Tuyömbət, Orenburq quberniyası, Rusiya imperiyası — ö. 24 avqust 1996, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstan xalq yazıçısı, nəsr yazıçısı, şairə, dramaturq, tərcüməçi.
Zeynəb Biişeva | |
---|---|
rus. Зайна́б Абду́лловна Бии́шева başq. Зәйнәб Абдулла ҡыҙы Биишева | |
Doğum tarixi | |
Doğum yeri | Tuyömbət, Orenburq quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Ufa, Başqırdıstan, Rusiya |
Dəfn yeri | Ufa müsəlman qəbiristanlığı |
Vətəndaşlığı | Rusiya İmperiyası → SSRİ → Rusiya |
Təhsili |
|
Fəaliyyəti | şairə, yazıçı, dramaturq, tərcüməçi |
Fəaliyyət illəri | 1930 — 1996 |
Əsərlərinin dili | Başqırd dili, rus dili |
Janrlar | teatr pyesi, şeir, dram |
Mükafatları |
Bioqrafiyası
redaktəZeynəb Biişeva 15 yanvar 1908 tarixində Rusiya İmperiyasının Oreburq quberniyasında yerləşən Tuyömbət kəndində anadan olmuşdur. Biişeva Orenburq Başqırd Pedaqoji Kollecini bitirmişdir. Təlimini bitirdikdən sonra, 1929-1931-ci illərdə Baymak rayonunun Teməs kəndində müəllim olaraq işləmişdir. Ufa Qabaqcıl Təlim Kurslarını (1931) bitirdikdən sonra, Başqırd Nəşriyyat Evinin "Pioner" jurnalının redaktoru (Şairin ilk əsəri olan "Şəlalələr arasında" 1930-cu ildə burada nəşr olunmuşdur) olmuşdur. 1941-ci ildə şairənin ilk kitabı olan "Partizan oğlan" nəşr olunmuşdur. 1946-cı ildə SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1953-cü ildə peşəkar yazıçı statusunu almışdır. 1993-cü ildə "Başqırdıstan xalq yazıçısı" adına layiq görülmüşdür. Zeynəb Biişeva əsərlərini müxtəlif janrlarda yazmışdır. Şairə uşaqlar və gənclər üçün "Dostluq" və "Dost olaq" kimi çoxlu əsərlər, onlarla şeir və nağıllar yazmışdır. Şairənin "Salavatın son monoloqu" poeması (1984) Başqırdıstan milli qəhrəmanı olan Salavat Yulayevə (1754—1800) həsr olunmuşdur. Şairənin dramatik əsərləri olan "Sehrli kuray" (1957), "Sirli üzük" (1959), "Gülbədər" (1961), "Əhd-peyman" (1966) və "Zülhiza" (1981) yalnız Başqırdıstan Dövlət Akademik Teatrında deyil, həmçinin Respublikadan kənar teatrlarda da ifa edilmişdir. Zeynəb Biişeva povest və hekayə janrlarında səmərəli olaraq işləmişdir. Ən məşhur əsərləri arasında "Qanxılıy" (1949), "Qəribə adam" (1960), "Hardasan, Gülnisə?" (1962), "Fikir, düşüncə" (1963), "Məhəbbət və nifrət" (1964) var. Şairə əsərlərdə fərdi və cəmiyyət arasındakı əlaqələrin fəlsəfi problemləri haqda danışır, başqırd qadınlarının açıq şəkildə görünüşlərini yaradır. Zeynəb Biişevanın ən əhəmiyyətli əsəri "İşığa" trilogiyasıdır. Bu trilogiya "Alçaldılanlar" (1956—1959), "Emeş" (1967—1969), "Böyük İkada" (1965—1967) romanlarını ehtiva edir. Zeynəb Biişeva Rusiya Federasiyası və SSRİ yazıçılar qurultayının nümayəndəsi olan Başqırdıstan Respublikası Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir. 1968-ci ildə Salavat Yulayev adına Dövlət Respublika Mükafatına layiq görülmüşdür. Zeynəb Abdulla qızı Biişeva 24 avqust 1996 tarixində, 88 yaşında Ufa şəhərində vəfat etmişdir. Vəfat etdikdən sonra Ufadakı bir müsəlman qəbiristanlığında dəfn edilmişdir.[1][2][3]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Сегодня в Уфе открыли памятник Зайнаб Биишевой". 2016-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
- ↑ "Биишева Зайнаб Абдулловна — Биография". 2017-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
- ↑ "Биишева, Зайнаб Абдулловна". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
Ədəbiyyat
redaktə- (Başqırdca) Зәйнәб Абдулла ҡыҙы Биишева // Başqırdıstan Ensiklopediyası. Ufa: Başqırdıstan Elmlər Akademiyası. 2013.
- Başqırd dramaturqları antopoloqiyası (başq.)
- Qəynullin М. F., Höseyenov Q. B. Başqırdıstanın Sovet Yazıçıları. Biblioqrafiya (rus.)
- Başqırd torpaqlarının yazıçıları / Məlumat kitabçası (Yazıçılar: R. N. Baymor, Q. N. Qareyeva, R. H. Timerqalina). Yenidən işlənmiş II nəşr. — Ufa: Kitab, 2015. — səh. 496 ISBN 978-5-295-06338-1 (rus.)
Xarici keçidlər
redaktə- Zeynəb Biişeva tərcümeyi-halı, biblioqrafiya, işlərin siyahısı
- Bellendir S. — O, heç vaxt öz ruhunu sarsıtmadı [ölü keçid] (rus.)
- Biişeva L. — Xalqı ilə birlikdə (rus.)
- Burakayeva Z. — Yaradıcılıq istirahət vermir... (Zeynəb Biişevanın yazıları) (rus.)
- Kilməhəmmədov T. — İstedad. İş. Müdriklik Arxivləşdirilib 2017-06-01 at the Wayback Machine (rus.)
- Nikolenko İ. — Hətta generallar onu salamladılar (rus.)
- Uzikob Y. — Zeynəb Biişeva kim idi? [ölü keçid] (rus.)