Zeyneddin - Wikipedia
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeynəddin kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Zeynəddin | |
---|---|
39°14′55″ şm. e. 45°28′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktə1727-1728-ci illərdə qeydə alınan bu kəndin tarixi daha qədimlərə gedib çıxır. Zeynəddin antroponim addır. Kəndin əsası həmin şəxs tərəfindən qoyulub. K.N.Smirnov isə belə hesab edir ki, kənd burada yaşayan hər hansı sufinin adı ilə əlaqədardır.[3]
Kəndin keçmiş adı Zeynəddin məzrəsi olmuşdur. Güman etmək olar ki, kəndin ərazisi Zeynəddin adlı şəxsə məxsus əkin sahəsi olmuşdur və sonralar burada yaranan yaşayış məntəqəsi həmin əkin sahəsinin adı ilə bağlıdır.[4]
Tarixi
redaktəTarixi abidələri
redaktəZeynəddin kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1875 | Dəyirmanyeri yaşayış yeri[5] | E.ə.V-III əsrlər | Zeynəddin kəndi | Arxeoloji | Ölkə |
Coğrafiyası və iqlimi
redaktəKənd Zəngəzur silsiləsinin ətəyində yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 2535 | 1187 | 1348 |
2009[7] | ↗2874 | ↗1355 | ↗1519 |
İqtisadiyyatı
redaktəMədəniyyəti
redaktəKənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
redaktəKənddə Zeynəddin kənd tam orta məktəbi fəaliyyət göstərir.[8]
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-16.
- ↑ "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-17.
- ↑ "Zeynəddin bu gün müasir Azərbaycan kəndidir". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ Zeynəddin // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 37". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.