Zirzemi Film 1990 - Wikipedia
Zirzemi Film 1990 - Wikipedia - Haqqında Məlumat
ZİRZƏMİ | |
---|---|
Janr |
dram məhəbbət |
Rejissor | Davud İmanov |
Ssenari müəllifi | Dinarə Seyidova |
Baş rollarda |
Elina İsmayılova-Səbinə Fərman Abdullayev-Teymur Rasim Balayev-Ayaz Yaşar Nuri-Mağaza müdiri Aleksandr Kşinovloqer-Zelik Səfa Mirzəhəsənov-Çingiz |
Operator | Ələkbər Muradov |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssamlar | Mayis Ağabəyov, Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2 aprel 1994[1] |
Müddət | 87 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | Rus dili |
Texniki məlumatlar |
10 hissə 2586 metr 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Məzmun
redaktəBu, bugünkü həyatımızın problemləri haqqında film-düşüncədir. Bu, otuz yaşlı nəsil barədə adi ailə filmidir.
Yaşayışımızda və mənəviyyatımızda gedən əsaslı dəyişikliklər müasirlərimizin daxili aləmində öz izini qoyur, insanları keçdikləri ömür yoluna, əməllərinə yeni gözlə baxmağa səsləyir. Filmdə ailə dramı açılıb göstərilir. Ailə başçısı, memar Teymur (Fərman Abdullayev) pul qazanmaq naminə əsl sənətə göz yumub adi, zövqsüz "ustaya" çevrilir. Arvadı Səbinə (Elina İsmayılova) bu darıxdırıcı birgə yaşayışa dözməyib evdən çıxıb gedir.
Bu mənada kinematoqrafçılarımızın filmdə müraciət etdikləri mövzu onun müəlliflərinin dünyagörüşünü, sənətə yeni münasibətini əks etdirir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Quruluşçu rejissor: Davud İmanov
- Ssenari müəllifi: Dinarə Seyidova
- Quruluşçu operator: Ələkbər Muradov
- Quruluşçu rəssamlar: Mayis Ağabəyov, Rafiq Nəsirov
- Bəstəkar: Xəyyam Mirzəzadə
- Səs operatoru: Tatyana Kərimova
- Rejissor: Nazim Məmmədov
- Operator: Rafiq Kərimov
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov
- Geyim üzrə rəssam: N. Cəfərova
- Qrim üzrə rəssam: Q. Qasımova
- Montaj edənlər: Nataliya Albitskaya, Sevda Abbasova (S. Abbasova)
- Rejissor assistentləri: Şahirə Kərimova, İlham Salmanov
- Rəssam assistenti: Elyaz Səfərov
- Fotoqraf-rəssam: Tofiq Kərimov (T. Kərimov kimi)
- Rəng quraşdırıcısı: Əminə Cəfərova
- Musiqi redaktoru: Rauf Əliyev (R. Əliyev kimi)
- Redaktorlar: Aliyə Əliyeva, L. Kazaçenko
- Çalır: Rafiq Babayevin İdarəsilə Estrada-Simfonik Orkestr
- İnzibati qrup : İlqar Əliyev, Tamara Kazaçenko (T. Kazaçenko kimi)
- Filmin direktoru: Sahib Quluzadə
- Prodüser: Zəmi Hüseynov
Rollarda
redaktə- Elina İsmayılova — Səbinə
- Fərman Abdullayev — Teymur
- Rasim Balayev — Ayaz
- Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Mağaza müdiri
- Aleksandr Kşinovloqer — Zelik
- Səfa Mirzəhəsənov — Çingiz
- Fidan Nəsirqani — Leyla
- Çingiz Şərifov — Eldar
- Elmira Şabanova — Tamara xanım
- Nailə Zeynalova — Sevil
- Svetlana Kurlenko — "Veryovka"
- Zemfira Nərimanova — Gülya
- Nəsir Sadıqzadə — Ata Kats
- Olqa Dolinskaya — Ana Kats
- Şahirə Kərimova — Stella
- Mayak Kərimov — Erməni Şurik
- Arif Kərimov — erməni
- Nəbi Qədirov
- Zilli Namazov — erməni
- Nazir Əliyev — Kamal
- Sahib Quluzadə — sürücü
- Əhməd Salahov — Teymurun tanışı
- M. Mirzəyev
- Ə. Babayev — "Volqa"nın sahibi
- Kübra Dadaşova — Mağazadakı alıcı
- Q. Mehdiyeva
- A. Mehdiyeva
- N. Sinyavskaya
- N. Loqvinoviç
- Gülxar Həsənova — Eldarın anası (titrlərdə yoxdur)
- Tofiq Tağızadə — pianoçu (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
redaktə- Nəcibə Hüseynova — Səbinə (Elina İsmayılova) (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov — Teymur (Fərman Abdullayev) (titrlərdə yoxdur)
- Zərnigar Ağakişiyeva — Eldarın anası (Gülxar Həsənova) (titrlərdə yoxdur)
- Nuriyyə Əhmədova — Ədifə (titrlərdə yoxdur)
Sponsor
redaktəSumqayıt Şəhəri "Sintezkauçuk" İstehsalat Birliyi
İstinadlar
redaktə- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.