Ziyadxan Nebibeyli - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ziyadxan İsrafil oğlu Nəbibəyli (1946, Bölüvlük, Laçın rayonu) — professor, texnika elmlər doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Ziyadxan Nəbibəyli | |
---|---|
Ziyadxan İsrafil oğlu Nəbibəyli | |
Doğum tarixi | 1946 |
Doğum yeri | |
Fəaliyyəti | yazıçı |
Həyatı
redaktəZiyadxan Nəbibəyli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin gündüz şöbəsinə qəbul olur, fəal komsomolçu olur, yaxşı oxuduğu üçün onu Moskva Bauman adına Fizika-Texnika Universitetinə göndərirlər, oradan ordu sıralarına göndərilir və ordudan tərxis olunduqdan sonra doğma Universiteti müvəfəqiyytlə başa vurur.
Başqa bir qeyd edilməli məqam isə Ziyadxan Nəbibəylinin ali təhsili başa vurduğu ildə Politexnik İnstitutunda (indiki Texniki Universitet) ilk günlərdən tələbələrə mühazirə oxumalı olmuşdur. Hətta, 5-ci kurs tələbələrin arasında onun özündən yaşca böyük və ailə qurmuş tələbələrdə olmuşdur.
Bakı şəhərinin Oktyabr rayonu (indiki Yasamal) 176 və 80 saylı orta məktəblərində də dərs aparan Ziyadxan Nəbibəyli XX əsrin 70-ci illərindən Azərbaycan Elmlər Akademiyasının Neft-Qaz Problemləri Institutunun fizika-kimya laboratoriyasının əməkdaşı olur. Əlbəttə, o, buraya bir təsadüfdən gəlməli olur. Bundan əvvəl AREA-nın fizika institutuna elmi seminara gəlirdi, institutunun direktoru, akademik Həsən Abdullayevlə yaxşı münasibətlər də qurmuşdu.
Belə ki, 1969-cu ilin dekabr ayında "səhətinə" görə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən professor Məmməd İsgəndərovu Akademiyanın Neft-Qaz institutuna müdür təyin edirlər. Bir müddətdən sonra M. İsgəndərov bu vəzifəsindən də istefaya getməli olur. Institutda xeyli hörmət, nüfuz qazanmağına, gecə-gündüz elmi işləri ilə məşğul olmağına baxmayaraq yeni rəhbərlik Ziyadxan Nəbibəylini M. İsgəndərovun "adamı", onun "qohumu" kimi sıxışdırmağa başlayır, müdafiə işlərinə əngəllər törədir, baxmayaraq ki, onun elmi əsərlərində institut müdürünün adı birinci gedirdi. Digər "maraqlı" məqam bu idi ki, M. İsgəndərovun bu adama çoxlu yaxşılıqları olmuş, doktorluq müdafiəsinə və Akademiyada yuxarı pillələrə qalxmağa əsas təkanverici qüvvə olmuşdur. Z. Nəbibəylinin isə M. İsgəndərovla heç bir qohumluq əlaqələri olmamış biri Qubadlı bölgəsini təmsil edirdisə, digəri də Laçın bölgəsini təmsil edirdi. Sonralar özünün bəd əməllərinə görə vəzifəsindən çıxarılan həmin müdür – Mithət Abbasov Z. Nəbibəylinin vaxtında, elmi işini qurtaran kimi müdafiə etməsinə səbəbsiz, heç bir əsas olmadan xeyli maneçiliklər törətmişdir. Bütün bu və digər çətinliklərə baxmayaraq o , axıra kimi dözüm gətirə bilmiş, elmi işini müdafiə etmişdir.
Artıq Z.Nəbibəyli təkcə Azərbaycanın elmi jurnallarında deyil, keçmiş SSRI-nin mərkəzi elmi mətbuatlarında və bir neçə xarici dillərdə çıxan elmi jurnallarda çap olunurdu, SSRI-nin bir çox respublikaları və iri şəhərlərin elmi təşkilatları ilə sıx əməkdaşlıq edirdi. Bütün bunlarla yanaşı Z.Nəbibəyli digər sahələrdə də elmi əsərlər yazır, publisistika ilə, bədii yaradıcılıqla məşğul olur, jurnalistlik edir, "Hüquq" qəzetinin Baş redaktoru olur.
Z.Nəbibəyli dünya şöhrətli alimimiz akademik Azad Mirzəcanzadə ilə əməkdaşlıq edir, maye və qaz mexanikası üzrə, neftin-qazın çıxarılması, neft-qaz hasilatının artırılması, 2-ci, 3-cü üsullarla, fiziki-kimyəvi metodlarla onların artırılması, qazvermə əmsalının müxtəlif mühitlərdən çıxarılmasını qabaqcadan təyin etmə üsullarına, lay sularının izolə edilməsinə, yeraltı qazsaxlama anbarlarının təcrübi modellərinin hazırlanmasına və s. dair xeyli elmi yazılar çap etdirmiş və bu sahəyə aid üç ixtiranın, dörd ixtisasa dair elmdə rəhbərlik kitablarının müəllifi olur.
Onun elmi əsərlərindən məlum olur ki, Z. Nəbibəyli respublikamızda, Moskvada, Krasnodarda, Tümendə, Saratovda, Şevçenkoda, Aşqabada, Daşkənddə, Orenburqda, Kiyevdə, Ivano-Frankovskidə, Leninqradda və s. şəhərlərdə keçirilən respublika, Ümumittifaq (SSRI) və beynəlxalq konfranslarda, simpoziumlarda, elmi-metodik konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Artıq Z. Nəbibəyli tanınmış alim idi, ziyalılar, dövlət xadimləri, musiqiçilər, yazıçı və şairlər arasında hörməti var idi, seçilənlərdən idi.
Məclislərin birində Kamran Hüseynovun qardaşı professor Gürşad həkim onun ASSR Nazirlər Sovetində boş olan şöbəyə müdür götürülmə məsələsini qaldırır. Lakin Z.Nəbibəyli Kommunist Partiyasının üzvü deyildi. Məsləhət görülür ki, təcili partiyaya keçsin. Amma, o, Ali Partiya Institutunun (hazırkı Dövlət Idarəçiliyi Akademiyası) fəlsəfə və iqtisadiyyat bölməsində oxuyurdu. Sənədlər toplanaraq indiki Səbail rayon partiya təşkilatına verilir. Onun haqqında doğulduğu Laçın bölgəsinin təhlükəsizlik təşkilatından hər sahəni tərifləsələrdə, nəslinin bəy olmasını da unutmurlar. Həmin dövrlərdə artıq Bakıda açıq olmasa da əsilli–nəsilli insanlara hörmət xeyli çoxalmışdı, bir çox həqiqətlər aydınlaşmışdı, bəy nəslindən olanlara pis gözlə baxmırdılar.
Yaradıcılığı
redaktəSSRI-nin böyük şəhərlərinin – xüsusəndə Moskva, Kazan, Odessa, Daşkənd, Tiflis şəhərlərinin arxivləri ilə maraqlanan Z. Nəbibəyli türkçülük, turançılıq, Azərbaycan tarixi, Zəngəzurun qədim tarixi, Qarabağın tarixi, Tanrıçılıq, Zərdüştlük, Alban tarixi, Laçının qədim tarixi və hətta təmsil olunduğu nəsl səcərəsinin görkəmli insanları haqqında xeyli materiallar, sənədlər əldə edə bilir. Bu da onun "Zəngəzurun qısa tarixi və coğrafiyası", "Zəngəzurun altun tacı Laçın" etnoqrafik kitabının, "Laçın şəhərinin–85– illiyi", "Türkəm, turançıyam və ya dön geriyə bax" adlı elmi kitabların və sairlərin çap olunaraq ərsəyə gəlməsinə səbəb olmuşdur. Sahənin tarixinə aid olan bu elmi kitablar birinci olaraq Z. Nəbibəyli tərəfindən yazılmış, mütəxəsislər tərəfindən çox yüksək qiymətləndirilmişdir.
Bir çox sahələrdə özünü sınamış professor Z.Nəbibəyli deyilənlərlə yanaşı fizikaya, fiziki–kimyaya, fizikanın tədrisi metodikasına, yeraltı və yerüstü hidrodinamikaya, hidravlikaya, ekologiyanın müxtəlif sahələrinə, fövqəladə hallara, coğrafiyaya, tibbə, mənəvi dəyərlərimizdən olan Islama, beynəlxalq hüquqa, insan haqlarına, psixologiyaya, şəxsi münasibətdə olduğu Azərbaycanın görkəmli şəxsiyyətlərindən 274 nəfərinə həsr etdiyi portret yazılara həsr olunmuş 900-dən artıq elmi məqalə, kitab yazmış və həm də iki təcrübi qurğunun müəllifidir.
"Laçın-85" kitabı isə bu şəhərin – şəhər adı almasının 85-illiyinə həsr olunsa da burada da Z.Nəbibəyli Laçın bölgəsi ilə yanaşı bütövlükdə Zəngəzur, Qarabağ, Qərbi Azərbaycan (indi Ermənistan) torpaqlarımızla bağlı, əlaqəli bir çox qədim tarixi məlumatlardan söz açır. O, bu kitabda Laçınla bağlı bütün tarixi, dini, elmi, təhsili, ziyalıları, zəhmət adamları, milli qəhrəmanları, təbiəti, xüsusi ilə Alban dövrünü özünə məxsusluqla elmi surətdə açıqlaya bilmişdir, yer-yurd adlarının tarixi köklərini tapa bilmişdir. Qeyd etməliyik ki, günümüzə qədər Laçın bölgəsinin etnoqrafiyasına, onun tarixinə aid ikinci bir elmi əsər işıq üzü görməmişdir.
Laçınla bağlı bütün sahələrə elmi kitab, əsər, məqalə həsr etmiş Z.Nəbibəyli dövrünün ziyalıları, dövlət adamları arasında xüsusi fərqlənən bir Laçınlı olmaqla, yəqin ki, hansı bir tarixi məqamdasa onu özünün həyat fəaliyyətini və yaradıcılığını araşdıranlar da tapılacaqdır.
Mükafatları
redaktəYazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü olan Z.Nəbibəyli hökumətin, Komsomolun MK-nin, həmkarlar Ittifaqının, işlədiyi komitə və nazirliklərin, elmi təşkilatların, Iran Islam Respublikasının və s. mükafatlarını, fəxri fərmanlarını və s. almış, "Qızıl qələm" mükafatı laureatıdır.Preziden Mükafatçısı Qarabağ Müharibəsi Veteranı,Yazıçı-publisist,t.ed., professor
Fəaliyyəti
redaktəZ.Nəbibəyli həm də Qarabağ Müharibəsi Veteranıdır və bu sahədə xeyli əzab-əziyyət çəkmiş insanlardandır. Elmdə ən yüksək yerləri fəth etmiş Z.Nəbibəyli Kanada və Rusiya Texniki Elmlər Akademiyasının müxbir üzıü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvu, t.e.d. professor olmaqla bərabər çox böyük vətənpərvər ziyalılarımızdandır.
Erməni-rus işğalçılarına qarşı savaşda o, kənarda qalmamış, Laçın köçkünlərindən ibarət təşkil olunmuş və müdafiə nazirliyi tərəfindən silahlandırılmış üç batalyon yaradılmasının əsas təşkilatçılarından olmaqla döyüşlərdə də iştirak etmişdir. Professor Z.Nəbibəylinin Laçına, Vətənə, torpağa münasibəti, cəmiyyətimiz üçün onun 1988-ci ildən indi "Ermənistan" adlanan Qərbi Azərbaycandan qovulan son aborigen Azərbaycan türklərinin yerbəyer edilməsində fəal iştirakı ilə daha qabarıq şəkildə məlum olmuşdur. O, hətta 20 il növbədə durub aldığı mənzilin bir otağını onlara ayırtdırmağı özünə vətəndaşlıq borcu hesab etmişdir. Görün necə də taqdirə layiq bir xüsusiyyətdir. Bunun ardınca respublikamızın "DQMV" adlandırılan bölgələrindən qovulan vətəndaşlarımızın qayğıları ilə məşğul olmuş, onların iztirabları ilə yaşamış, Xankəndi ətrafı, Şuşa, Xocalıda məhv edilən çoxlu qohum, həmyerli və digər vətəndaşlarımıza bu müsibətlərdə maddi-mənəvi dayaqlıq göstərmişdir. Həmin dövrlərdə Müdafiə Nazirliyi, Daxili Işlər Nazirliyi xətti ilə Laçına, Şuşaya, Ağdərəyə, Kəlbəcərə, Qubadlıya, Zəngilana, Cəbrayıla və s. getmiş, müxtəlif hərbi və ictimai tədbirlərdə fəal iştirak etmişdir. O, Laçın bölgəsinin müdafiəsi məqsədi ilə mümkün olan bir çox dövlət məmurlarına yazılı və şifahi müraciətlər etmiş, görüşmüş, Laçın özünü müdafiə batalyonlarına bacardığı qədər yardımçı olmuş, "Laçın" xeyriyyə cəmiyyətinin ilk yaradıcılarından olmuşdur. Onun tam məxvi qriftlə "Yuxarı Qarabağda gedən döyüşlərin məqsədyönlü alınmasında görüləcək bəzi tədbirlər" planı ölkə prezidetində çox yüksək fikir yaratmış, onun hərbi müşaviri, əslən türk olan bu şəxs Z.Nəbibəylini hərbçi general hesab etmiş, hərbi şöbənin müdiri vəzifəsinə dəvət etmişdir. Digər bir məsələ də – elə ilk günlərdən ölkədə partiyalaşma prinsipinə Z.Nəbibəylinin şəxsi mövqeidir ki, hazırda da onun fikrinin doğruluğunu təsdiqləyirlər. Onun ölkə prezidentinə və digərlərinə ünvanladığı "Cəmiyyətlərə, partiyalara və iqtidara" adlı müraciətidir. Həmin dövrdən xeyli müdət keçsə də o müraciəti oxuyanda insan riqqətə gəlir. Ölkə prezidenti Z.Nəbibəylini yanına dəvət edir, müraciətini bəyəndiyini söyləyir və "Qaçqınlar Komitəsinə" sədr göndərməyi ona təklif edir. Lakin, Z.Nəbibəyli cavabında "mən Laçının müdafiəsini istəyirəm, təklifimi vəzifə almaq üçün verməmişəm" deyir. "Bakı və Sumqayıt şəhərlərindəki siyasi, sosial-iqtisadi gərginliyi aradan qaldırmaq üçün görüləcək əsas tədbirlər" adlı təklif-müraciətin mənasını isə hakim dairələr son illər başa düşməyə başlamışlar.
Laçın əldən gedən zaman o, fəaliyyətini Laçın batalyonlarına yönəltdi. Kombrinq Zaur Rzayevlə, Qənizadə ilə, Qırımxanla, Israfilovla, Laçın polisinin rəhbəri Akif Səlimovla və digərləri ilə mütəmadi birgə oldu. Onu da qeyd edək ki, Z.Nəbibəyli Arif Paşa ilə də yaxınlıq etmiş, onun Laçının müdafiəsindəki fəaliyyətini çox yüksək dəyərləndirir və A.Paşayevin hərbi qüvvələrinin buraxılmasını, onun komandanlıqdan kənarlaşdırılmasını Vətənə xəyanət kimi qiymətləndirir.
Laçınlı köçkünlərin, ümumilikdə Qarabağdan, Şuşadan olan köçkün vətəndaşlarımızın Bakıda, Sumqayıtda, Abşeronda yerləşdirilməsində dövlət səviyyəsində bu işlə məşğul olan bir şəxs kimi Z.Nəbibəylinin əməyi əvəzsizdir. Bunun ardınca o, Kəlbəcər köçkünlərini Murovda qarşılayıb ölkənin müxtəlif bölgələrində yerləşdirilməsində Dövlət Komisiyasının 1-ci müavini kimi çox aktiv fəaliyyət göstərmiş, işinin öhdəsindən yaxşı gəldiyi üçün Azərbaycan Prezidentinin və Baş Nazirinin təşəkkürünü almışdır. Öz dövründə bu işlərin öhdəsindən gəlmək çox ağır, məsuliyyətli və həm də çox təhlükəli idi. Onu da qeyd edək ki, bunun bariz nümunəsi Z.Nəbibəyliyə Mirovda "özümüzünkülər", Surət Hüseynovun dəstələrinin onun maşınını atəşə tutması əyani misaldır.
Professor Z.Nəbibəyli Azərbaycan Respublikası Nazirlər Kabinetinə köçürmə yolu ilə işə dəvət olunmuş, "Fövqəladə hallar" şöbəsinin – "Qaçqınlar" şöbəsi də daxil olmaqla müdürü olmuş, Respublika Hökuməti üzrə üç komissiyanın sədri vəzifələrində çalışmışdır. Azərbaycan Dövlətçiliyində yeganə hal – köçürmə yolu ilə böyük vəzifəyə irəli çəkilməkdə də Z.Nəbibəyli yeganə şəxsdir.
Rəhbərlik etdiyi üç bölmənin birləşməsindən ibarət olan şöbə bütövlükdə ləğv edildikdən sonra, o, Hidrometerologiya Komitəsində müavin, Elmi-Tədqiqat Hidromerologiya Institutunda direktor müavini, Kollegiya Katibi – Kollegiya üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə müdürü və s. vəzifələrdə çalışmaqla yanaşı elmi, ədəbi-bədii yaradıcılıqla da məşğul olmaqda israrlıdır. Son illər onun haqqında bir çox mətbuat səhifələrində, o cümlədən "Laçın" qəzetində, "Azərbaycanda kim-kimdir-1999" və 2000-illər ensiklopediyası buraxılışlarında qısada olsa məlumatlar verilmişdir.
Professor Z.Nəbibəylinin Xəzər problemləri, onun ekologiyası, Xəzərin statusu, Xəzərin tərəddüdü, Xəzərin səviyyəsinin qalxması və enməsi ilə əlaqədar vurduğu zərərlərə aid, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Lənkəran şəhərlərinin hava hövzəsinin, torpağının, suyunun ekoloji durumuna dair, ümumilikdə insan sağlamlığına təsir edən ekoloji duruma və qlobal istiləşmə məsələlərinə həsr olunmuş xeyli elmi məqalə və kitabı vardır.
Bakı və Sumqayıtın içməli su problemlərinə, ümumiyyətlə suyun bu şəhərlərin əhalisinin sağlamlığında fövqəladə hal yarada biləcəyinə həsr olunmuş elmi, qəzet, dövlət sənədlərinin hazırlanmasına aid dövlət səviyyəsində xeyli işlər görmüş, əsil vətəndaşlıq nümayiş etdirmişdir. O, Nazirlər kabinetində bir neçə məsul vəzifə daşıyarkən Bakı və Sumqayıt şəhərlərini təmiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün Laçın bölgəsinin qədim Bayandur kəndi yaxınlığındakı "40 bulaq" adlanan suyunu Bakıya gətirmək təşəbbüsündə olmuş və hökumətdən razılıq ala bilmişdir. Laçın bölgəsinin sosial-iqtisadi durumunu həmişəlik yaxşılaşdırmaq məqsədi ilə oradakı "Isti su", "Qotur su", "Göz suyu", "Diş suyu", Baş suyu", "Yel (revmatizm) suyu" və s. adlanan və bir-birinə çox yaxın olan bu təbii – müalicəvi əhəmiyyətli su mənbənin yaxınlığında müalicə – istirahət kompleksinin yaradılması və bölgənin ayrı-ayrı yerlərində olan mineral ehtiyatlardan, tikinti materiallarının, müxtəlif mərmər növlərinin istehsalata verilməsi məsələlərinin həllini də Z.Nəbibəyli dövlət səviyyəsində həll etmişdi. Laçının işğalı Z.Nəbibəylinin səylərini heçə endirdi. Güman edək ki, bu təşəbbüskar eloğlumuzun səyləri yaxın gələcəkdə öz müsbət həllini tapacaqdır.
Kökü
redaktəZ. Nəbibəylinin nə özü, nədə ki, özündən əvvəl adları Azərbaycan tarixinə düşmüş nəsl səcərə nümayəndələri təkcə Laçın bölgəsini deyil, bütövlükdə bir türk olaraq Azərbaycanı təmsil edirlər. Bunların sırasında Tanrıçılıq dövründə yaşamış Novruzlular, onun ardınca Baharlılar, daha sonra Dündülbəylilər, 7-ci əsrdə "xəndək davası"nın müəllifi – səyyah və alim ərəblərin Səlmani Farisi adlandırdıqları Salman Dündülbəyli, VIII əsrin sonu IX əsrin əvvələrində Azərbaycanın paytaxtı Bərdə şəhəri olarkən dövlət başçısının məsləhətçisi (müşaviri) . . . .
Babası Rus Çar İmperiyasının, atası və özü Qırmızı Rus Imperiyasının Azərbaycanda tüğyan etdiyi bir dövrdə ölkəmizin fəxri bir şəxsiyyəti Laçın bölgəsinin Bülövlük yaşayış məntəqəsində işıqlı dünyaya göz açmışdır. Bu Ziyadxan Nəbibəyli olmaqla 2-ci Dünya müharibəsinə təsadüf edirdi. Ancaq, o, bu məkanda çox qısa müddətdə olmuşdur. Çox erkən atası Israfil bəy öz könlü ilə cəbhəyə getmiş, Ukraynada, Leninqradda hərbi qulluq keçmiş, SSRİ – Fin, Ukrayna – Almaniya cəbhələrində vuruşmuş, səkkiz yerdən yaralanmış, sonra Almaniyada, Estoniyada və Bakıda müxtəlif hərbi işlərdə çalışmışdır. Atası Bakıda işləyərkən Ziyadxan Nəbibəyli də onunla yaşamış, Bakı şəhərindəki 47 saylı orta məktəbə getmişdir. Ata nənəsi Qaratel xanım Bakıya gəlməkdən, burada yaşamaqdan imtina etdiyi üçün, atası onu Laçına göndərmişdir. Sovet hökuməti və onun siyasi təbliğatına uymuş yerli nümayəndələri Nəbibəylilərin ancaq Laçın bölgəsində bir-birinə çox yaxın olan 33 yaşayış məntəqələrinin hamısını məhv etmiş, qaçan-qaçmış, ölən-ölmüş, var dövlətləri talan olmuş, hətta onların bəy olmayan tayfalarla qarışığı olanları belə kolxoza da götürməmişlər. Ziyadxanın doğma babası bəy kimi, Sankt-Peterburqda təhsil almış bir şəxs kimi tutularaq Yuxarı Laçın adlanan yerdə heç bir təhqiqat aparılmadan öldürülmüşdür.
Ziyadxan Nəbibəylinin babasının Araflıda, Alıquluda və s. yerlərdə olan mülkləri əllərindən alınmış, yaşayış yeri olmayan, yalnız qış vaxtlarında heyvanlarını saxlatdıqları Bülövlüyə, digər bir neçə ailə ilə sığınmaq məcburiyyətində qalmışlar. Həmin dövrdə onun atası Israfil kiçik yaşlarında olmaqla, yetim idi, atasının öldürülməsini də bilmirdi.
Bülövlükdə və Alıquluda Sovetlərin ilk çağında məktəb açılsa da, sonralar uşaqların az olması səbəbindən bu məktəblər bağlanmışdır. Elə bu səbəbdən də onun nənəsi Bülövlükdən Pircan yaşayış məntəqəsinə, Z.Nəbibəylinin ana babası Mütəllim kişinin burada yeganə olan iki mərtəbəli evinə köçməli olmuşdur. Burada məktəbə gedən kiçik Ziyadxan qısa müddətdə məktəb müəllimlərinin, kənd əhalisinin rəğbətini özünün yaxşı oxuması və nümunəvi davranışı ilə qazana bilmişdir.
Məcburiyyət qarşısında bütün Azərbaycanda olduğu kimi Nəbibəylilər də öz soy adını dəyişmiş və Ziyadxan Nəbibəylinin əvəzinə sənədlərdə Cəlilov kimi qeyd edilmişdir. Lakin, bu da o qədərdə kara gəlmirdi. Yerli camaat bunlara bəy deyə müraciət edir və bəzən də rişxənd edirdilər.
Ərdəbilin "fəxri xiyaban"ında dəfn olunmuş böyük alim, müxtəlif yerlərdə xeyli malı-mülkü olan və onun adı ilə hazırkı Zəngilan bölgəsində olan iki Alıməmmədbəyli kəndlərinin sahibi Alıməmməd bəy, ata babasının vaxtıikən Laçından getmiş və bütün dünyada Hindistan Şairi kimi tanınan və Nizami Gəncəviyə ilk nəzirə yazan və həm də ən güclü səviyyədə yazan şair Əmir Xosrov Dəhləvi, Zəngəzur sultanı Murtuza bəyin babası Nəbi bəy, Murtuza bəyin böyük oğlu, Qarabağ xanlığının özündən sonrakı və Ibrahimxəlil xanla çalışmış Baş Sərkərdəsi Nəbi bəy, onun ad-san çıxarmış oğlanları Alı bəy (bəzi mənbələrdə Əli bəy) (1791-ci ildə anadan olub), Vəli bəy (1799-cu ildə anadan olub), Vəli bəyin oğlu, Böyük Zəngəzurun axırıncı Sultanı, Qarabağ "xanlığı"nın Baş sərkərdəsi, Türk dünyasının böyük mucahidi, Uqro-Fin tayfalarının nümayəndəsi, Şeyx Şamilin yaxın dostu, silahdaşı, Azərbaycandan ona silah-sursatla yardım etmiş yeganə şəxs Cəbrayıl bəy Nəbibəyli (1829-cu ildə anadan olub), Cəbrayıl bəyin oğlu, Sankt-Peterburq Texnologiya institutunu bitirmiş, daşnak Androniklə "sövdələşmənin" – "məsləhətləşmənin" (Paşa bəy, Xosrov bəy, Sultan bəy) müəllifi Cəlil bəy, Cəlil bəyin oğlu, 2-ci dünya müharibəsində Almaniyada Məhəmməd Əmin Rəsulzadə ilə görüşən, SSRI müsəlmanlarının (türklərinin) yəhudi adı ilə Alman düşərgələrində məhv edilməsinin qarşısını alan, Xosrov bəyi Türkiyə həkimi kimi bu işə cəlb edən, Bakı şəhərindəki "Domsovet" adlandırılan möhtəşəm binanın tikintisində Alman əsirləri üzərində Rus-Alman-Azərbaycan dillərində hərbi tərcüməçi işləyin və bütün bunlar haqqında Azərbaycan Dövlət Təhlükəsizlik Nazirliyinin "Sərhəd" qəzetində məlumat verilən Israfil bəy Cəbrayılov (Nəbibəyli) (1914-cü il 1 yanvarda anadan olub – 1992-ci il 20 sentyabrda Bakıda dünyasını dəyişib), böyük xəttat, Araflıda şəxsi məktəb açmış, "Quran"ı tərcümə edən, "Bəyliyin tarixi" yazısını davam etdirən Mirzə Həmid bəy (həm də məşədidir), dövrünün ziyalısı Süleyman bəy, Cəbrayıl bəyin xanımı, Əmisi Şahverdi bəyin qızı, xanımlar-xanımı Qızyetər xatun və s. bu səcərədəndirlər.
Zəngəzur mahalının, Yuxarı Qarabağın görkəmli insanları çoxdur. Lakin, bu bölgənin ən zəif araşdırılmış sahəsi Laçın bölgəsidir. Z.Nəbibəylinin fikrincə onun araşdırmaları ən böyük tarixi müddətləri əhatə etsədə, hələ tarixin müxtəlif qatlarında bölgə haqqında dəyərli məlumatlar, tarixi əhəmiyyət kəsb edən məqamlar çoxdur. Onun çap etdirdiyi "Zəngəzurun qısa tarixi və coğrafiyası" və "Zəngəzurun altun tacı Laçın" kitabları bütövlükdə uzun dövrlər Zəngəzur mahalının Zəngəzur sultanlığının, rəhbər işçiləri olmuş ata – baba yurdunun qədim tarixinə, etnoqrafiyasına, mənəvi-mədəni inkişafına, məşğuliyyətlərinə, adət-ənənələrinə, təbiətinə, yeraltı və yerüstü sərvətlərinə və s. həsr olunmuşdur. Bu elmi kitablar cəmiyyətimizdə çox müsbət əks səda doğurmuş, beş dilə tərcümə olunaraq internetlə yayılmışdır. O, həm də sübut etmişdir ki, bütövlükdə Zəngəzur, onun bir parçası olan Laçının qədim insanları tam olaraq oğuz türkləri və digər türk tayfaları mənşəyinə mənsub olmaqla, digər tayfalar (ermənilər və kürdlər (qurdlar)) son dövrlər bu torpaqlara çox az da olsa müxtəlif səbəblərdən gəlmədirlər, yerli tayfalardan deyirlər.
Kitabları
redaktə- Sultan bəy və Xosrov bəy qardaşları (2011)
- Türkəm, Tanrıçıyam və ya dön geriyə bax (2009)
- Laçın 85 (2009)
- Zəngəzurun altun tacı Laçın. Bakı, 2009, 270 səh.
- Zəngəzurun qısa tarixi və coğrafiyası. Bakı: Qanun nəşriyyatı, 2000, 72 səh.
- Əxlaqa aparan yol
- Gördüklərim götürdüklərim
- Beynəlxalq hüquq, idarəçilik və iqtisadiyyat
- Ekologiya və Fövqəladə hallar
Məqalələri
redaktə- "Möcüzələr adası" tarixindən
- Aeroionlar ömrü uzadır
- Akademik Adilə Namazova xalqımızın fəxr edəcəyi bir şəxsdir
- Akademik Böyükkişi Ağayevlə əsas görüş
- Akademik Cəmil Quluyevlə ilk tanisligi xatirlarken
- Akademik Həsən Abdullayevin 90 illiyi qarşısında böyük alim
- Akademik Həsən Əliyevin 100 illiyi
- Akademik Nəriman Tahirovu xatırlarkən
- Alim və şair dostum Ağa Laçınlını xatırlarkən
- Millətə nümunə AXC şəhidi Həsən Bəy Ağayev
- Bir kitabın sehri
- Cahillikdən qurtulmaq istəyirsənsə dünyəvi elmləri və əsl İslamı öyrən
- Daxili inamın güclüdürsə tamahını ram edə bilərsən
- Dost yanğısı, elə can yanğısıdı
- Dövlətçiliyimizə sadiq jurnalist Umud Mirzəyev
- Dünyada neçə din var
- Elmi və dini-mənəvi dəyər ailə tərbiyəsinin əsasıdır
- Ər-arvad münasibətləri və islamın onlardan tələbi
- Əziyyət çəkən və əziyyət verən yəhudilər
- İnsan irsiyyəti və onun keçdiyi yol
- O da, bircə il salamat qalsın
- Özü-özünə abidə ucaldan alim
- Tarzən Möhlət Müslümovun babası Axund Şeyx Əli yaddaşlarda
- Tükləri möhkəmlədən vasitələr
- Türkiyəyə və islam dövlətlərinə qarşı səlib yürüşü (ABŞ milyarderi Rokfellerin etirafları)
- Var-dövlət çoxunun insanlığını əlindən alır
- Yəhudi mafiyası
- Yəhudiləri qıran ermənilər
- Təbii dərmanların istifadə və alınma üsulları
- Yüksək mədəniyyətlə, mühitə uyğunlaşmağı qarışdırmayaq
- Yaltaqlıq kişiliyə yaraşmayan “xəstəlikdir”
- Qarabağın paytaxtı olmuş Şuşa şəhərinin etimologiyası
- Milli şüur, millətin kimliyidir
- Əxlaqlı davranış milli şərəfdir
- Bahar bayramı Azərbaycan türkünün milli-mənəvi dəyəridir
- Bakıda dəbdə olmuş Novruz təamları və onların hazırlanma qaydaları
- Zəngəzur və onun faciələrindən məqamlar
- Zəngəzurun qara günləri 1-ci dünya savasından başlayır
- Akademik Mehdi Mehdizadə ilə ilk görüş
- Akademik Mustafa Topçubaşovu xatırlarkən
- Akademik Ziya Bünyadov “Qutadqu-bilik” haqqında
- Akademik Ziya Bünyadovun son iki əsrlik tariximizə münasibəti
- Alim və şair dostum Ağa Laçınlını xatırlarkən
- Alim yazıçı Şamo Arifi xatırlarkən
- Altun yataqlarının formalaşması
- Aşqar keçiriçilik
- Ata dostunu əziz tutun-dostlar.
- Ata–babalarımızın təbiət canlı və cansızlarından bəhrələnmə məharətləri
- Atlını piyada, piyadanı atlı edən dollar…
- Rüşvət mənəviyyatı pozur, milləti dünya səhnəsindən silir.
- Söz vermə, verdin əməl elə
- 1920-сi il 28 aprel və Azərbaycan Kommunistləri
- Üzünü görmədiyim əmimə sevgim tükənmir
- Üzeyir Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə, Ramiz Rövşən və mən...
- Urum-Kurum arasının yetişdirdiyi şair qardaşım.
- Üzeyir bəy həzin xatirələrdə...
- Udduğumuz havanın ekologiyası
- Ukrayna təəssüratları
- Verilməmiş nobel mükafatı
- Vermikulit və onun tətbiq sahələri
- Vətəndaş, yoxsa Vətənin qara daşı!...
- Su hövzələrinin bioloji varlıqları
- Sultan bəyin həyat yoldaşı Dilruba xanımdan xatırlarmalar.
- Sunay ailədən və eldən getdi.
- Suyun fiziki-kimyəvi xüsusiyyətləri möcüzələr mənbəidir.
- Təbrizla Əttəranlı ilk və son görüş
- Təxirəsalınmaz ekoloji investisiyalar layihəsi
- Turan Türk mifologiyası alimlərin araşdırmalarında
- Səcərəyə hörmət milli gərəkdi
- Səma araşdırmalarının vacibliyi
- Şərqi Turanda qızıl məkanları
- Sirkonium və onun ərintiləri
- Sosialist Əməyi Qəhrəmanı İsa Məmmədovu xatırlarkən
- Sovet imperiyası generalı K. Kəromovla ilk görüş
- SSRİ gündə bir milyard kubmetr qaz istehsal edir
- SSRİ Nazirler Soveti Sədrinin müavini prof Nikolay Baybakovla bir süfrə arxasında
- Şah İsmayıl Xətai Azərbaycan tarixinin bütün dövrlərində əbədiyaşardır
- Şair və alim Famil Mehdi ilə ilk tanışlıq
- Şair Zakir Ağdaml ilə ilk tanışlıq
- Şaxta üsulu ilə qazılmış neftli laylarda radiorabitə
- Şaxta, yandırma, su vurma, vibrasiya elmi-mexaniki üsulların neft hasilatına təsiri
- Qarabağ yanğısı Salamı şair etdi
- Qarabağın və Zəngəzurun fövqəladə Komissarı
- Qarqar Uruqları və Amozonlar haqqında dəyərli araşdırma.
- Qeyrət rəmzi Səma və atası Aydın Kərimovu xatırlarkən.
- Qızılın yayılma arealları və onun mineralları
- Respublikamızın Dövlət katibi Tofiq İsmayılovu xatırlarkən.
- Riflər və ondan neft-qaz axtarışında istifadə