Catalca - Wikipedia
Çatalca (türk. Çatalca) — İstanbul ilinin ilçəsi. 26 iyun 1926 tarixində yaradılan Çatalca rayonunun əhali sayı 68,935 nəfərdir (2016-cı ilin statistikasına görə). Rayon cənubda Böyükçəkməcə, qərbdə Silivri və Təkirdağ, şərqdə Avcılar, Kiçikçəkməcə və Qaziosmanpaşa məhəllələri ilə əhatə olunmuşdur. 1291 km² sahəsi olan Çatalca rayonu 40 məhəllədən ibarətdir.[1]
Çatalca | |
---|---|
41°08′32″ şm. e. 28°27′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 85 m |
Saat qurşağı | |
Digər | |
catalca.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəİlçənin ərazisi 1.291 km²-dır. Bu ərazin böyük əksəriyyəti meşələrlə örtülüdür. Sahil uzunluğu 135 km təşkil edir. İl mərkəzinə məsafə isə 55 km-dir. Cənubda Böyükçəkməcə, qərbdə Silivri və Qaziosmanpaşa ilçələri ilə qonşudur. Şərqdəki qonşuları, Avcılar və Kiçikçəkməcədir. Ərazi etibarilə İstanbulun ən böyük ilçəsidir. İlçənin Qara dəniz sahilinin şimal hissəsində Ulduz dağlarının davamı olan meşələrlə örtülü yüksəklikləri yer alır. Meşənin cənubundan etibarən məhsuldar düzənliklər başlayır. İstanbulun içməli suyu ilçə sərhədləri içindəki Durusu gölü və Böyükçəkməcə su anbarından təmin edilir. Ulduz dağları başda olmaq üzrə Durusu gölündə su daşıyan bir çox irili-xırdalı dərə vardır.
İqtisadiyyatı
redaktəİlçənin iqtisadiyyatı heyvandarlıq, kənd təsərrüfatı və sənayeyə əsaslanır. Sənaye bitkisi olan günəbaxan, kənd təsərrüfatı sahələrində ən çox əkilən məhsullardandır. Bunlardan başqa arpa, yemiş, qarpız və müxtəlif tərəvəzlər də ən çox əkilənlər arasındadır. Çatalca rayonunda əhəmiyyətli dərəcədə heyvani qida istehsal olunur. Kərə yağı, pendir və qatıq bunların başlıcalarıdır. Çatalca rayonundakı daş karxanalarından əhəmiyyətli dərəcədə qrafit çıxarılır. Şəhər, bir çox sənaye təşkilatına sahibdir. Başlıca firmalar olaraq Harput Tekstil, Dünya Tekstil, Ağdaş Tekstil və müxtəlif gömrük saxlama sahələri Çatalca atanın aparıcı müəssisələri arasında yer alır. Frakiya Sərbəst Bölgəsi Çatalcada yer alır. Bundan başqa, Çatalca da 60 meqavatt gücündə 20 ədəd külək elektrik stansiyası da var.
Qeydlər
redaktə- Türkiyə Statistika Qurumunun Ünvana Əsaslanan Əhali Qeydiyyat Sistemi 2013 məlumatlarına görə Çatalcada oxuma-yazma qabiliyyəti 99%-dir.
- Bizansın əlindən çıxıb Osmanlılara keçməsi dəfələrlə təkrarlanıb. İlk dəfə I Murad dövründə 1373-cü ildə olmuşdur. Son dəfə isə Fateh dövründə Osmanlılara keçdi.
İstinadlar
redaktə- ↑ Müdürlüğü, Harita Genel. "Harita Genel Müdürlüğü" (PDF). Harita Genel Müdürlüğü. 15 iyul 2019. 2015-04-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.