Qaziosmanpasa - Wikipedia
Qaziosmanpaşa — İstanbul ilinin ilçəsi. İstanbulun yeni yaşayış məntəqələrindən biri olan və əvvəllər Daşlıtarla və Kiçikköy bölgələri kimi tanınan Qaziosmanpaşa, 1950-ci illərdən sonra inkişaf edərək 1963-cü ildə bir ilçəyə çevrilmişdir. Qaziosmanpaşanın mərkəzi əvvəllər Daşlıtarla adlanırılırdı. Qaziosmanpaşa ilçəsi Bayrampaşa, Əsənlər, Əyyubsultan və Sultanqazi ilçələri ilə qonşudur.
Qaziosmanpaşa | |
---|---|
41°04′24″ şm. e. 28°54′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 34 |
Digər | |
gaziosmanpasa.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhali artdıqca yerli nəqliyyat problemi də artır. Topqapı-Habipler tramvay xəttinin açılması ilə eyni zamanda müasir bir nəqliyyat yolu da ilçədə olmuşdur. Bundan sonra, ilçəyə köç nisbətən artmışdır[1].
Əhali
redaktəQaziosmanpaşa ilçəsində 16 məhəllə yer alır. Əhali, 1985-ci ildə 291,714 (hər km²-ə 1790 nəfər), 1997-ci ildə 570.943 (km-ə 3.900 nəfər) olmuşdur. Arnavutköy və Sultanqazi, 2008-ci ildə qəbul edilmiş yeni qanun çərçivəsində ilçə statusunu qazanmış, bundan sonra Qaziosmanpaşa ilçəsinin əhalisi 1.013.048-dən, 461,230 nəfərə düşmüş və "Türkiyənin ən sıxlıq ilçəsi" ünvanını itirmişdir[2].
Tarixçə
redaktəQaziosmanpaşa ilçəsi, əvvəllər Əyyubsultan və Çatalca ilçələri sərhədləri içərisində idi. İlçə mərkəzinin yerləşdiyi cənub-şərq torpaqları 1950-ci illərə qədər boş düzənliklər olmuşdur. Bu torpaqlar məhsuldar və daşlı olduğuna görə insanlar arasında Daşlıtarla adını almışdır.
1950-ci ilə qədər heyvandarlar tərəfindən tikilmiş bir neçə kiçik evlədən ibarət idi. 1952-ci ildə dövlət tərəfindən Balkan mühacirləri üçün inşa edilən evlərlə başlayan Taşlıtarla sərgüzəştləri 1960-cı illərdən bəri Rami və Əyyubsultan sərhədlərini keçməsi ilə böyük bir nüfuz qazandı və 2009-cu ildək 1 milyon insanın yaşadığı nəhəng Qaziosmanpaşa ilçəsinin əsası qoyulmuşdur[3].
İqtisadiyyat
redaktəKiçik əsnaflar və xarici istehsal fəaliyyətləri Qaziosmanpaşa ilçəsində iqtisadi həyatın əsasını təşkil edir. İqtisadi fəal əhalinin 60%-i ilçə mərkəzlərindəki bu işlərdə çalışır. Əsnaf və Sənətkarlar Birliyinin məlumatlarına görə, bu ilçədə 498 kiçik, 145 orta və 18 iri müəssisə yer alır. Çilçıraq, avtomobil mühərriklərinin təmiri, metal işləri, geyimlər və elektron santexnika sahələrində fəaliyyət göstərən bu müəssisələrdə ümumilikdə 3.888 nəfər çalışır. Bununla yanaşı, kənd əhalisinin dolanışığını təmin etdiyi ilçə kəndlərində də kənd təsərrüfatı istehsalı mövcuddur. Ancaq kənd təsərrüfatı istehsalı gündən-günə azalır.
İstinadlar
redaktə- ↑ "T.C. Gaziosmanpaşa Belediyesi Bilgiler". www.gaziosmanpasa.bel.tr (türk). 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2020.
- ↑ "TÜİK Verilerine Göre Gaziosmanpaşa'nın Nüfusu Belli Oldu". www.gaziosmanpasa.bel.tr (türk).[ölü keçid]
- ↑ "İstanbul`un geç dönem yerleşimlerinden olan ve daha önce Taşlıtarla ve Küçükköy Mevkii olarak bilinen Gaziosmanpaşa, 1950`li yıllardan sonra gelişmiş, 1963 yılında da ilçe yapılmıştır". www.gaziosmanpasa.bel.tr (türk). 2019-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2020.