Islam Olkeleri Idman Oyunlari - Wikipedia
İslam Ölkələri İdman Oyunları — 26 sentyabr-5 oktyabr 1980-ci il tarixlərində Türkiyənin İzmir şəhərində təşkil edilən və müsəlman ölkələrindən gələn idmançıların qatıldığı, bir çox idman fəaliyyətinin yer aldığı müsabiqə.[1] Yarışda 42 millət yarışmağa dəvət olunsa da, 10 millət, təxminən 700 idmançı iştirak etdi. Turnirdə yarışan millətlər arasında yalnız Əlcəzair və Liviya 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarına nümayəndə heyəti göndərmişdilər, digərləri baykot etmişdilər.
Oyunların keçirildiyi əsas məkan İzmir Atatürk Stadionu olmuşdur. İdmançıların qaldığı atletlər kəndi İnciraltında yerləşirdi.
Tarixçə
redaktəİslam ölkələri ilə bir idman tədbirində görüşmək fikri ilk dəfə 1979-cu ildə İranın Xarici İşlər Naziri Sadiq Qutbadze tərəfindən səsləndirilmişdir. Türkiyə oyunları keçirməyə iddiaçı olmuş və səs birliyi ilə ev sahibi seçilmişdir. Oyunlarda iştirak etmək üçün təşkilat komitəsi tərəfindən qırx ölkəyə dəvət göndərildi. Oyunlar 26 sentyabr - 5 oktyabr 1980-ci il tarixləri arasında İzmirdə keçirildi. Növbəti tədbirin 1983-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcəyi elan olunsa da, baş tutmadı.
Oyunlar
redaktəAçılış mərasimi
redaktəOyunların açılış mərasimi 28 sentyabrda İzmir Atatürk Stadionunda edildi. Saat 17:00-da başlayan mərasimdə əvvəlcə tərəflərin rəsmi paradı gerçəkləşdi. Mərasimdə türkiyəli üzgüçü Səbri Özün idmançıların andlarını oxudu. Türk atlet Əkrəm Özdamar oyun məşəlini yandırdı. Mərasimin sonunda 1.000 skaut və 400 şagird, sahədə "İslam Ölkələri 1-ci İdman Oyunları" yazısı ilə Türkiyə xəritəsini meydana gətirərək fleşmob həyata keçirmişdir.
İdman növləri
redaktəQadın idmançılar yalnız tennis ve üzgüçülük matçlarında mübarizə aparmışdır.
İştirakçı ölkələr
redaktə10 ölkədən 781 idmançının qatıldığı oyunlarda yalnız Əlcəzair, Şimali Kipr Türk Respublikası və Malayziya ölkələrinin təmsilçilərində qadın idmançılar yer almışdır. Bundan əlavə, dörd İranlı idarəçi və İndoneziyadan iki nümayəndəçi müsabiqəyə nəzarətçilik etmişdir. Fələstin, oyunlar başlamasından iki gün sonra idmançıları göndərdiyi üçün oyunlarda müsabiqə apara bilmədi.[2]
- Bəhreyn (18)
- Banqladeş (28)
- Əlcəzair (47)
- Mərakeş (20)
- Şimali Kipr Türk Respublikası (75)
- Liviya (87)
- Malayziya (77)
- Pakistan (58)
- Səudiyyə Ərəbistanı (191)
- Türkiyə (180)
Medal sıralaması
redaktə* Ev sahibi ölkə ( Türkiyə)
Mövqe | Ölkə | Qızıl | Gümüş | Bürünc | Ümumi |
---|---|---|---|---|---|
1 | Türkiyə* | 63 | 38 | 16 | 117 |
2 | Mərakeş | 7 | 4 | 3 | 14 |
3 | Əlcəzair | 4 | 14 | 23 | 41 |
4 | Pakistan | 3 | 18 | 5 | 26 |
5 | Şimali Kipr Türk Respublikası | 3 | 3 | 3 | 9 |
6 | Səudiyyə Ərəbistanı | 3 | 1 | 4 | 8 |
7 | Bəhreyn | 2 | 2 | 2 | 6 |
8 | Liviya | 2 | 1 | 3 | 6 |
9 | Malayziya | 0 | 4 | 3 | 7 |
10 | Banqladeş | 0 | 0 | 4 | 4 |
Ümumi nəticə: 10 | 87 | 85 | 66 | 238 |
Bağlanış mərasimi
redaktəOyunların bağlanış mərasimi 5 oktyabrda İzmir Atatürk Stadionunda edildi. Mərasim oyunlara qatılan 691 idmançının paradı ilə başladı. İslam ölkələrini təmsil edən bayraq endirildikdən sonra Gənclər və İdman naziri Vecdi Özgül yekun nitqi söyləmiş, çıxışından sonra oyunların təmsilçi bayrağı növbəti ev sahibi Səudiyyə Ərəbistanının nümayəndəsinə verildi. Folklor qruplarının rəqs çıxışları və atəşfəşanlıq nümayişlərindən sonra oyunların məşəli söndürüldü və mərasim başa çatdı.[3]
İstinadlar
redaktə- ↑ "Saudi Aramco World : The Islamic Games". archive.aramcoworld.com. 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
- ↑ "Izmir Olympics Statistics". Olympics at Sports-Reference.com (ingilis). 2010-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
- ↑ "Izmir Tournament 1980". www.rsssf.com. 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.