Israfil Huseynov - Wikipedia
İsrafil Sami oğlu Hüseynov (4 dekabr 1931, Gəncə – 31 yanvar 1986, Bakı) — görkəmli neftçi, qazma ustası, Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan Dövlət mükafatı (1972), Lenin ordeni laureatı, SSRİ Ali Sovetinin deputatı (IX–X çağırış).
İsrafil Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 dekabr 1931 |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 1986 (54 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | neft mühəndisi[d], siyasətçi |
Həyatı
redaktəƏmək fəaliyyətinə 1957-ci ildə "Gürgan-neft" Mədənlər İdarəsində başlamışdır. 1965 ildən qazma ustası işləmişdir. 1980 ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsi sədrinin müavini, SSRİ Ali Sovetinin (9-10-cu çağırış) deputatı, Azərbaycan Kommunist Partiyası 29-cu, Sovet İKP 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. "Azərbaycan neft ustası", "SSRİ fəxri neftçisi" fəxri adlarına layiq görülmüşdür. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir[1].
İsrafil Sami oğlu Hüseynov fəhlə, texnik, istehsalat şöbəsinin mühəndisi, Neft-qaz sənayesi işçilərinin həmkarlar İttifaqı Respublika Komitəsinin sədri işləmişdir.
İ.Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq 1531 saylı quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil vermişdir (2040 m). Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil etdi. Bu maili qazmada Avropa rekordu idi.
İ.Hüseynovun briqadasının yenilikçi qazmaçıları ilk dəfə olaraq qazma işində boru-sütun boru baltasının mexaniki tutucusunu, müxtəlif tipli mexaniki açarların və s. sınanılmasını və praktikaya tətbiq edilməsini həyata keçirmiş, qazma nasosunu hərəkətə gətirmək üçün - 10 güc aqreqatından istifadə edərək dizellərin verilmiş rejimdə avtomatik işləməsini təmin etməklə yanaşı dizel yağına qənaət etməyə və istehsalatın inkişaf səviyyəsini yüksəltməyə nail olmuşdur.
Görkəmli qazma ustasının adı ilə Xəzərdə yeni neft rayonunun mənimsənilməsi bağlıdır. Məhz burada Neft Daşlarının bir neçə kilometrliyində, Xəzərin dərinliyində tikilmiş stasionar platformalarda İsrafil Hüseynovun briqadası uğurla ilk quyuları qazmışdır. Hazırda fəaliyyətdə olan 28 May adına yatağın işlənməsinin əsasını İ.Hüseynovun briqadası qoymuşdur.
İstinadlar
redaktə- ↑ "HÜSEYNOV İSRAFİL SAMİ OĞLU". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.