Istanbulun Isgali - Wikipedia
İstanbulun işğalı — Antanta qoşunları tərəfindən 13 noyabr 1918-ci ildən 1923-cü il oktyabrın 4-dək davam etmişdir[1].
İşğal öncəki vəziyyət
redaktə30 oktyabr 1918-ci ildə Osmanlı İmperiyası Antanta dövlətləri arasında bağlanmış Mudros müqaviləsi şərtlərinə görə boğazlardakı istehkamlar Antantanın nəzarətinə verilir. Eyni zamanda britaniyalı admiral Somerset Qu-Kaltorp Antanta hökumətlərinin Osmanlı hökumətini ləğv etmək və ya "İstanbulu işğal edərək" hərbi nəzarət altına almaq niyyətində olmadığını bildirdi. Bununla belə yalnız sultan, baş vəzir və Rauf Bəy üçün nəzərdə tutulan gizli bir mesaj göndərdilər. Orada boğazlar bölgəsini işğal etmək üçün yalnız ingilis və fransız qoşunlarının istifadə ediləcəyi vəd edildi; suverenliyin simvolu olaraq az sayda Osmanlı qoşununun oraya buraxılmasına icazə verilirdi.
Mudros anlaşmasının imzalanmasından cəmi 13 gün sonra, 12 noyabr 1918-ci ildə fransız ordusu İstanbula daxil olur. 13 noyabrda Britaniya qoşunları şəhərə girir. 1918-ci ilin dekabrında İstanbulda Antanta hərbi idarəsi qurulur. 7 fevral 1919-cu ildə italiyalılardan ibarət bir batalyon Qalataya daxil olur. 8 fevral 1919-cu ildə II Mehmedi təqlid edərcəsinə fransız general Franç d'Espere ağ atın belində şəhərdə keçid edir. 10 fevral 1919-cu ildə İstanbul üç məsuliyyət bölgəsinə bölünür: fransızlar köhnə şəhərə, britaniyalılar Pera Galata bölgəsinə, italyanlar Kadiköy və Üsküdar bölgəsinə hakim olurlar.
Qaliblərin tələblərindən biri müharibə cinayətkarlarının - əsasən İttihad və Tərəqqi partiyasının üzvlərinin cəzalandırılması idi. 1918-ci il dekabrın 14-də Tofiq Paşa hökuməti qərara gəldi ki, müharibə zamanı yunanların və ermənilərin deportasiyasına cavabdeh olanlar hərbi məhkəmə tərəfindən mühakimə olunsunlar. İki gündən sonra "İttihad və Tərəqqi" partiyasının əleyhdarlarından ibarət məhkəmə quruldu. 1919-cu ilin yanvarında sultan bir vasitəçi ilə, İngilis Ali Komissarlığına onların cəzalandırmaq istədikləri şəxslərin hamısını həbs etməyə hazır olduğunu bildirdi. Ancaq bunun üsyan doğuracağından qorxdu. Türk millətçiləri müharibə cinayətlərinin təkcə türklər tərəfindən deyil, həm də türklərə qarşı törədildiyini vurğuladılar. Lakin bu dəlillər qaliblər tərəfindən nəzərə alınmadı. 1919-cu il yanvarın 30-na keçən gecə İttihad və Tərəqqi partiyasının otuz keçmiş üzvü həbs edildi. Məhbusların işləri 1919-1920-ci illərdə Türk Hərbi Məhkəməsi tərəfindən araşdırıldı.
İstanbulun hərbi işğalı
redaktəYunan qoşunları Qərbi Anadoluya endikdən sonra türk nizamsız birləşmələri onlara qarşı mübarizəyə başladı. 1920-ci ilin fevralında Antanta nümayəndələri Türkiyə hökumətindən türk birliklərinin İzmir ətrafındakı yunan qoşunlarından 3 km geri çəkilməsini tələb etdilər. Partizanlar hökumətə itaət etmədikləri üçün böyük vəzir Əli Rza Paşa bu tələbi yerinə yetirə bilməyərək 2 mart 1920-ci ildə istefa verdi. Nəticədə Antanta nümayəndələri məsələləri öz əllərinə almağa qərar verdilər.
Martın 15-dən 16-na keçən gecə Böyük Britaniya qoşunları İstanbulun əsas binalarını işğal etməyə başladılar və o zaman Maltaya sürgün edilmiş türk millətçilərini həbs etdilər. Martın 18-də Osmanlı parlamenti bu hərəkətlərə etiraz olaraq dağıldı. Martın 19-da Ankarada olan Mustafa Kamal Atatürk bütün əyalət qubernatorlarına və hərbi komandirlərə dairəvi teleqram göndərdi və onları “millətin idarə olunması ilə əlaqədar məsələlərdə fövqəladə gücə malik bir məclisin qurulmasında” iştirak etməyə dəvət etdi; Müdaxilə edənlərin kuklasına çevrilən Sultan hökuməti tamamilə iflasa uğradı, bunun alternativi Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi oldu.
1920-ci ilin yayında Türkiyənin bölünməsini təmin edən Sevr müqaviləsi imzalandı. Lakin Antanta öz tələsinə düşdü. Müttəfiqlərin özləri tərəfindən dağılmış parlamentin olmaması bu müqaviləni təsdiqlənməsinə imkan vermədi. Böyük Millət Məclisi isə Sevr müqaviləsini tanımaqdan imtina etdi.
1921-1922-ci illərdə şəhər meri Mehmed Cəlal bəy oldu.
İşğalın sonu
redaktəTürk ordusu yunanları məğlub edərək Antantanın nəzarətindəki boğazlar bölgəsinə yaxınlaşaraq Anadolunun demək olar ki hamısını nəzarətə götürdü. 1922-ci ilin sentyabr-oktyabr aylarında Çanaqqalada Avropa qarnizonlarının zəifliyini göstərən bir hadisə baş verdi. 1922-ci ilin oktyabrında Mudanya barışığı imzalandı, buna görə Antanta Trakyadakı mülki hakimiyyəti Türk milli hökumətinin nümayəndələrinə təhvil verməli idi. 1 Noyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi sultanlığın ləğv olunduğunu elan etdi. 17 noyabrda Sultan VI Mehmed Vahidəddin ingilis döyüş gəmisindəki İstanbulu tərk etdi. 20 Noyabr 1922-ci ildə Boğaz məsələsini müzakirə edən Lozanna Konfransı başladı. 24 iyul 1923-cü ildə xarici qoşunların İstanbuldan çıxarılmasının ardından 23 avqust 1923-cü il tarixinə uyğun olaraq Lozanna Sülh Müqaviləsi bağlandı. Son bölmələr oktyabrın 4-də şəhəri tərk etdi və oktyabrın 6-da türk qoşunları ora daxil oldu.
İstinadlar
redaktə- ↑ "6 Ekim İstanbul'un Kurtuluşu". Sözcü. 6 октября 2017. 2019-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.