Izmirin Isgali - Wikipedia
İzmirin işğalı (türk. İzmir'in işgali, yun. Κατοχή της Σμύρνης) və ya İzmir Zonası (türk. İzmir Bölgesi, yun. Ζώνης της Σμύρνης) — Birinci Dünya Müharibəsindən sonra Parisdə yığışan beynəlxalq sülh konfransının qərarı ilə İzmir şəhərinin 1919-cu ilin may ayının 15-də Yunanıstan Krallığı tərəfindən işğalı başlayan və 1922-ci ilin Sentyabr ayının 9-da Türkiyə Ordusunun şəhərə daxil olması ilə sona çatan işğalı.[4]
İzmirin işğalı | |||
---|---|---|---|
Türkiyə İstiqlaliyyət müharibəsi | |||
| |||
Tarix | 15 may, 1919 — 9 Sentyabr, 1922 | ||
Yeri | İzmir ili | ||
Səbəbi | Osmanlı İmperiyasını bölüşdürmək | ||
Nəticəsi |
Türkiyə qələbəsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İzmirin İşğalı, Antanta ölkələrinin icazəsi ilə Yunanıstan Yüksək Komissarı Aristidis Sterqiyadis əmri altında edilmişdir. Birinci Dünya Müharibəsində Yunanıstan Krallığı ilə Osmanlı İmperiyası arasında hər hansı bir hərbi qarşıdurma yaşanmaması səbəbiylə işğal, Antanta ölkələri arasında da müzakirə mövzusu olmuşdur. İşğala icazə verən Antanta ölkələrinin əsas məqsədi İtaliya Kralığının Anadoludakı torpaq qazanclarını tənzimləmək idi. İtaliya, Birləşmiş Krallıq və Fransa arasında 1917-ci ilin Aprel ayının 26-da edilən Sen Jan de Mauriyenne müqaviləsi Yunanıstan işğalı ilə uyğunlana bilməyib, çünki İtaliya Kralığına söz verilən İzmir bölgəsi Yunanıstan Kralıığı tərəfindən işğal edilmişdir. Yunanların hərəkatları, Türk Qurtuluş Savaşında İtaliya Krallığı-Türk Milli Hərəkatı arasında yaxınlaşmağa səbəb olmuşdur. İzmir şəhəri ilə birlikdə Ayvalık, bu iki şəhər arasındakı sahil yolu, Çeşme yarımadası, Səlcuq və Belkəhvəyə qədər İzmirin cənub hissəsi də işğal edilmişdir. 1920-ci ilin Aprel ayından sonra Yunanıstan ordusu İzmirdən hərəkətə keçərək, Bursa, Əskişəhər, Kütahya və Afyonkarahisara qədər Qərbi Anadolunun böyük bir hissəsini də işğal etmişdir.
İşğal Qərarı
redaktəİzmirin işğalı fikri 1919-cu ilin Fevral ayının ortalarında Yunanıstan baş naziri Elefteriyos Venizelosun təklifiylə, Birləşmiş Krallıq baş naziri Devid Lloyd Corc tərəfindən ortaya atıldı. ABŞ prezidenti Vudro Vilson bu təklifə əvvəl qarşı çıxdı, ancaq 25 Mart hadisəsində daha müsbət bir rəftarı mənimsədi. 7 Mayda Birləşmiş Krallıq, ABŞ və Fransa, Yunanıstan donanmasının İzmirə göndərilməsində həmfikir oldular. Qərar 15 Mayda tətbiq olundu.[5]
İşğalın Statusu
redaktəİşğal, Türkiyə sülh müqaviləsinin imzalanmasına qədər davam edəcək bir təhlükəsizlik tədbiri olaraq təqdim edilmişdir. İzmir Yunanıstan Kralıığı tərəfindən ilhaq edilməmiş, Yunanıstan hərbi idarəsi altında bir türk qubernator tərəfindən idarə ediləcəkdi.
1920-ci ilin Avqust ayının 10-da imzalanan Sevr müqaviləsi uyğun olaraq İzmir və Ayvalık beş il Yunanıstan Krallığı işğalı altında Osmanlı suverenliyində qalacaq, bu müddətin sonunda hansı dövlətə qatılacaqları ilə bağlı referendum ediləcəyi qərarı, Türkiyə və bütün dünya İzmirin işğalını, Türkiyə əhalisinə istiqamətli bir təhqir və son Yunan ihlaqına bir addım olaraq qiymətləndirmişdir.
İşğal günü
redaktəİzmir işğalından əvvəl, İzmir istehkamı mayın 14-də işğal edildi[6]. İngilis qoşunları Karaburun və Uzunadanı, fransız qoşunları Urla və Foçanı və yunan qoşunları Yenikalanı işğal etdilər. 15 may 1919 səhərində yunan əsgərləri İttifaq dövlətlərinin donanmasının himayəsi altında İzmir körpüsünə çıxdılar. İzmirdə bunun qarşısını ala biləcək cəmi 200 hərbçi var idi. İzmir və ona bitişik ərazilərdə qoşunlara rəhbərlik edən Əli Nadir Paşa yunan əsgərlərinə müqavimət göstərməməyi və İttifaq əsgərlərinə silahları təslim etməyi əmr etdi. İzmirli yunanların sevinc nümayişləri arasında parad keçirən yunan əsgərlərinə atəş açan Həsən Tahsin bir yunan əsgərini öldürdü, lakin digər yunan əsgərlərinin cavab atəşi ilə özü də öldürüldü. Həsən Tahsinin atəş açdığı güllə türklərin müstəqillik müharibəsinə başlayan ilk güllə kimi tanınır. Yunan əsgərləri bu hadisəyə cavab olaraq ətrafa yaylım atəşi açdılar. Türk qoşunlarının təslim olmasına baxmayaraq, hərbi kazarmada olan silahsız türk əsgərlərini hədəfləyən güllələmə davam etdi. Türk vətəndaşlarına qarşı qətl, soyğunçuluq və təcavüz başladı[7] İzmirdə işğalın ilk günündə 400 mülki türk həlak oldu. 15–16 may tarixlərində yaxın kəndlərdə baş vermiş insidentlərdə 5000 nəfərə qədər türk qətlə yetirilmişdi. New York Times qəzeti 19 may 1919-cu ildə işğalın ilk günündə 800 türk və 100 yunanın həlak olduğunu yazıb.[8] 15 may günün sonunda ümumilikdə 20.000 yunan əsgəri İzmir və onun ətrafına yeridildi.
Mayın 16-da səhər İzmirin işğalını eşidən 800-ə qədər yerli yunan sakini Türk kəndlərinə hücum etməyə başladı. Müdafiəsiz insanlar öldürüldü və malları soyulmağa başlandı. Urladakı Türk məhəllələri yunanlar tərəfindən mühasirəyə alınmağa başladı. Alay komandiri podpolkovnik Kazim bəy öhdəçiliyindəki 18 əsgər və bir neçə jandarma ilə qəsəbəni müdafiə etməyə başladı. İlk yunan hücumu dəf edildi. Elə həmin gün şəhərdə baş vermiş insidentdən xəbər tutan türk xalqı Urladakı hərbi silah anbarında olan 120 silah və arsenalı götürərək, 120 nəfərlik qüvvə təşkil edib. Beləliklə, Qərbi Anadoluda ilk milli İttifaqı peyda olub. Tez bir zamanda ətrafdakı digər qüvvələr də formalaşmağa başladı.
Nəticəsi
redaktəİzmirin Türkiyə əsgərləri tərəfindən azad edilməsi, İkinci Yunanıstan-Türkiyə müharibəsindəki (Türkiyə Qurtuluş Savaşının bir hissəsi) genişmiqyaslı döyüş rəsmi olaraq 1923-cü ilin İyul ayının 24-də Lozanna müqaviləsi ilə sona çatdı. Yunan əhalisinin çoxu, Yunanıstan ilə Türkiyə arasındakı 1923 əhali mübadiləsində idi və bu da yunan əhalisinin Yunanıstana və başqa yerlərə köçməyə məcbur etdi.
Xarici Keçidlər
redaktəQeydlər
redaktə- ↑ Türk Qurtuluş Savaşı (ABŞ İzmirin işğalına USS Arizona ve üç dənə müharibə gəmisi ilə qoruma təmin etmişdir..)
- ↑ İşğal ərzində İzmir yüksək komisarıdır, komandasındakı Larissa Diviziyası birlikləri İzmiri işğala başlayan Yunan birliyi. (Əlavə məlumat: 15 Mayıs 1919’da İzmir’e çıkan Evzon Askerleri Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 New York Times, İzmir Türkiyədən alındı Arxivləşdirilib 2014-03-05 at the Wayback Machine, 17 May 1919 (ing.).
- ↑ Lord Kinross: Atatürk, ISBN 0-688-01084-9, Vilyam Morrou & Co, 1969, səhifə 154
- ↑ Allies lost 300 in Smyrna fighting Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, New York Times, 21 May 1919 (ing.).
- ↑ Stevart, Metyu. "İzmirdə Fəlakət" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. 54. buraxılış, 2004. 27 fevral 2014-cü ildə alındı. (İngilis dilində)
- ↑ Paul C. Helmreyx, Parisdən Sevrə: 1919–1920 Sülh Konfransında Osmanlı İmperatorluğunun parçalanması, Ohayo Universiteti Press 1974
- ↑ İzmir İşgali Olayının Trakya'daki Tepkileri Arxivləşdirilib 2011-12-10 at the Wayback Machine, Zekâi Güner, Atatürk Araştırma Merkezi Dergisi, Sayı 27, Cilt: IX, Temmuz-Kasım 1993.
- ↑ Zara S. Steiner: The lights that failed: European international history, 1919–1933 Arxivləşdirilib 2012-10-27 at the Wayback Machine, Oxford University Press, 2005, ISBN 0-19-822114-2, səhifə 91 (ing.)
- ↑ Asserts hard fighting took place in Smryna Arxivləşdirilib 2015-12-23 at the Wayback Machine, New York Times, 19 may 1919 (ing.).