Izmir Saat Qullesi - Wikipedia
İzmir saat qülləsi — İzmir şəhərində Osmanlı sultanı II Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümünü qeyd etmək məqsədilə 1901-ci ildə tikilmiş tarixi saat qülləsi.
İzmir saat qülləsi | |
---|---|
İzmir Saat Kulesi | |
38°25′07″ şm. e. 27°07′43″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İzmir |
Yerləşir | İzmir |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar | Reymond Çarlz Pere |
Sifarişçi | Mehmed Səid Paşa |
Tikilmə tarixi | 1901 |
Hündürlüyü | 25 m |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Saat qülləsi İzmirin Konak ilçəsində, eyni adlı meydanda yerləşən tarixi əsərdir.[1] Qüllənin hündürlüyü 25 metrdir və dörd mərtəbəlidir. Qüllə sultan II Əbdülhəmidin istəyi ilə Osmanlı əyalətlərində eyni dövrdə tikilmiş çoxsaylı saat qüllələrindən biridir. Lakin orijinal memarlığı və tikintisində tətbiq olunan metod sayəsində digər saat qüllələri arasında xüsusi bir yer tutur.[2] Osmanlı saat qüllələri arasında ən estetik görünüşlü və ən zərif saat qülləsi olaraq qəbul edilmişdir.[3]
İzmirli memar Raymond Şarl Pere tərəfindən dizayn olunan qüllənin saatının alman imperatoru II Vilhelm tərəfindən hədiyyə olunması ilə bağlı sənədlər var.[2] Qüllənin üzərindəki Osmanlı tuğrası və Osmanlıya aid işarələr daha sonra silinmişdir. Verilmək istənilən mesaj sənətin gənc respublika ilə başladığı hissini verməkdir.
Tarixi
redaktə1901-ci ildə Sultan Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümü qeyd olunacaqdı. Bununla bağlı 1900-cü ildə cülus ildönümü münasibətilə bütün imperiyada böyük mərasimlər təşkil edilir və günün xatirəsinə əbədi əsərlər yaratmaq üçün çalışılırdı. Həmin vaxtda dövrün İzmir qubernatoru olan Kamil paşa 1 avqust 1900-cü ildə yerli idarəçilər, mülki və hərbi idarəçilər, məmurlarla iclas keçirmişdir. Məhz bu iclasda Sarı Kışla yaxınlığında fəvvarəli bir saat inşa edilməsi qərarlaşdırılmışdır.[2]
Tikintini həyata keçirmək üçün təşkil olunan inşaat komissiyası izmirli memar Raymond Çarlz Perenin Ərəb memarlığı üslubunda hazırladığı Fəvvarəli saat qülləsinin dizaynını təsdiqlədi. Tikintinin təməlqoyma mərasimi 1 sentyabr 1900-cü ildə Əbdülhəmidin taxta çıxmasının 24-cü cülus ildönümü bayramları ərəfəsində qoyuldu. Qüllənin tikintisi 1901-ci ilin avqust ayında başa çatdı. Saatların və digər çatışmazlıqların mərasimdən sonra başa çatdırılmasına qərar verildi və açılış Əbdülhəmidin 25-ci cülus ildönümü olan 1 sentyabr 1901-ci ildə edildi.
Saatın dövrün alman imperatoru olan II Vilhelm tərəfindən hədiyyə edilməsi ilə bağlı bir sıra sənədlər var. Bu cür hədiyyə həmin dövrdə iki dövlət arasında olan yaxınlıq səbəbindən olmuşdur.
Qüllənin üzərinə II Əbdülhəmidin gücünü əks etdirmək məqsədilə müxtəlif simvollar yerləşdirilmişdir. Saatın altında hər iki tərəfdə Osmanlı tuğrası və Osmanlı gerbi vardı. Respublika dövründə osmanlıları xatırladan və tərifləyən yazı, işarə və simvolların ləğvi ilə bağlı qanunun qəbulundan sonra gerb və tuğraları ay və ulduz əvəz etmişdir.[4]
Qüllə 1074-cü ildə 5,2 bal gücündə İzmirdə baş verən zəlzələ vaxtı qəzalı vəziyyətə düşür. Qüllənin saat cihazları üzərindəki son qat dağılmış və saat zəlzələnin baş verdiyi anda, 02:04-də dayanmışdır. İki il ərzində qüllə bərpa olunmuş və saat yenidən işlək vəziyyətə gətirilmişdir. Saat 2016-cı ilə qədər işləmişdir.
2016-cı ildə Türkiyədə dövlət çevirlişinə cəhddən sonra təşkil olunan "demokratiyanı qoruma" məqsədli aksiyalar əsnasında 16 iyul 2016-cı il səhəri saat qülləsi zədə görmüş, saat və fəvvarələr oğurlanmışdır. Saatı oğurlayan şəxs hadisədən bir həftə sonra həbs olunmuşdur.[5]
Memarlıq xüsusiyyətləri
redaktə81 kvadratmetr baza üzərində səkkizbucaqlı şəkildə və dörd pilləli xaç formada mərmər platforma üstündə tikilən Saat qülləsi 25 metr hündürlüyündə və dörd mərtəbəlidir. Qüllənin platforması ağ mərmərdən, digər hissələri isə daşdan hazırlanmışdır. Dairəvi quruluşda olan qüllənin ətrafında dörd bulağı vardır və sütunlar Şimali Afrika mövzusunu əks etdirir.
Galereya
redaktə-
Üzərində İzmir saat qülləsi əks olunan 500 TL (tədavül: 1983-1989)
-
Saat qülləsində olan çeşmələrdən biri
-
İzmir ssat qülləsi və Konak meydanı
-
Qüllənin axşam görüntüsü
İstinadlar
redaktə- ↑ "İzmir Saat Kulesi" (türk). www.turkcebilgi.com. 16 may 2010 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 Yetkin Sabri. "İzmir'den Bir Köşe" (türk). apikam.org.tr. 2016-08-10 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Aymalı Ömer. "Osmanlı saat kuleleri" (türk). www.dunyabulteni.net. 2016-08-07 tarixində arxivləşdirilib.
- ↑ Yılmaz, Fikret. "Tarihsel Süreç İçinde Konak Meydanı" (türk). www.academia.edu. 2019-09-03 tarixində arxivləşdirilib.
- ↑ "İzmir'de Saat Kulesi'ne zarar veren yakalandı" (türk). www.hurriyet.com.tr. 2016-07-27 tarixində arxivləşdirilib.