Vikianbar - Wikipedia
Vikianbar və yaxud Vikixəzinə (ing. Wikimedia Commons və ya sadə şəkildə Commons) — Vikipediyanın ümumi mediafayl anbarı.
Vikianbar | |
---|---|
URL | commons.wikimedia.org |
Tipi | Arxiv, Vikimedia layihəsi |
Dilləri | çoxdilli[d] |
Sahibi | Vikimedia Fondu |
Müəllif (lər) | |
Açılma tarixi | 7 sentyabr 2004 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi anlayış
redaktəVikianbar — şəkil, səs, videoçarx və s. multimedia faylların saxlandığı virtual qlobal layihədir. Anbar qlobal olduğundan onun dil prinsipinə əsasən bölünməsi vacib deyildir.
Vikianbarda materialları azad surətdə yaymaq, dəyişmək və istənilən məqsəd üçün (o cümlədən, kommersiya) istifadə etmək olar. Burada saxlanılan faylların ümumi sayı 2013-cü ilin iyuluna olan məlumata görə, 23 milyon ədəd, redaktələrin sayı 100 milyondan çoxdur.
Vikipediya istifadəçilərinə malik olduqları mediafaylları Vikianbara yükləmək məsləhət bilinir. Bu halda, dil bölümündən asılı olmayaraq, bütün istifadəçilər həmin faylları azad istifadə edə bilərlər.
Lisenziyalaşdırma
redaktəVikianbara yüklənən bütün fayllar hüquqi cəhətcə azad istifadəyə tam sərbəst olmalıdırlar. Faylların istifadəsində hər hansı məhdudiyyət qoyula bilməz.
"İlin təsviri"
redaktəVikianbarda 2006-cı ildən "İlin təsviri" yarışı keçirir. Yarışda il ərzində "seçilmiş" olan bütün təsvirlər iştirak edirlər. Proses iki mərhələdə keçirilir və bütün istifadəçilər iştirak edirlər.
Vikiəməkdaşlıq
redaktəVikianbar mediafayl toplanması istiqamətində müzeylər, arxivlər və şəxsi kolleksiyaçılaral əməkdaşlıq edir. Verilən materiallar azad istifadəyə verilir və sistemləşdirilir. Bu işdə daha çox alman təşkilatları yardım göstərirlər.
Əməkdaşlığın diqqəti çəkən nümunələri:
- 2005-ci iln apreli — Directmedia alman saytı Vikianbara 10 min şəkil təqdim etdi;
- 2006-cı iln sentyabrı — İsveçrənin nəhəng Picswiss saytından sərbəst şəkillərin Vikianbara yüklənməsi başlandı;
- 2007-ci ilin yazı — Pearson Scott Foresman Vikimedia Fonduna 16 qutu təsvir göndərdi;
- 2008-ci iln dekabrı — Alman federal arxivi 80 min təsvir təqdim etdi;
- 2009-cu iln martı— Deutsche Fotothek təsviri sənət kitabxanası Vikianbara 250 min nümunə təqdim etdi;
- 2009-cu ilin oktyabrı — Tropenmuseum İndoneziya mövzusunda 35 min təsvir təqdim etdi.
İstinadlar
redaktə- ↑ Alexa Internet (ing.). 1996.