Sehriyar Ceferov - Wikipedia
Şəhriyar Cəfərov (1986, Bakı) — baletmeyster-xoreoqraf, balet artisti, rəqqas, "Rəqs sultanları" qrupunun bədii rəhbəri.
Şəhriyar Cəfərov | |
---|---|
Şəhriyar Aydın oğlu Cəfərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | baletmeyster |
Fəaliyyət illəri | 1993-cü ildən bu günə kimi |
Təhsili | |
Teatr |
Həyatı
redaktəŞəhriyar Aydın oğlu Cəfərov 1976-cı ildə Bakı şəhərində anadan olub.
1984-1986-cı illərdə Moskva şəhərində məşhur çeçen rəqqası,SSRİ-nin balet artisti, xoreoqraf,SSRİ Xalq Artisti Mahmud Esambayevin rəqs məktəbində təhsil alıb və Mahmud Esambayevin Azərbaycanda yeganə tələbəsi olmuşdur.1986-1994-cü illərdə Bakı Xoreoqrafiya məktəbində balet artisti ixtisası üzrə təhsil almışdır. Oranı bitirdikdən sonra 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil almışdır. Daha sonra 2003-2007-ci illərdə isə ikinci təhsil olaraq xoreoqraf-baletmeyster ixtisası üzrə təhsil almışdır. İstanbuldan qayıtdıqdan sonra 2003-2010 A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında klassik rəqs fənni üzrə dərs deyib. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.2013-cü ildən 2019-cu ilə kimi Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evində məşqçi xoreoqraf-pedaqoq kimi çalışmışdır. 2020-ci ildən etibarən İstanbulda yaşayır və Memar Sinan İncəsənət Universitetində müəllim vəzifəsində çalışır.
1993-cü ildən 1999-cu ilə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində balet solisti kimi çalışmışdır.İşlədiyi illər ərzində aşağdakı balet və opera tamaşalarında ifa etmişdir.
- .Pero və Çin kuklası-P.Çaykovski ("Şelkunçik" balet)
- .Təlxək-P.Çaykovski("Qu gölü" baleti.)
- . Mənfi qüvvəli təlxək- Çaykovski ("Romeo və Cülyetta" baleti)
- Sehirbaz Droselmeyr- P. Çaykovski ("Şelkuncik" baleti.)
- Baş quldur-F.Əmirov ("Min bir gecə" baleti
- Qaraçı rəqsi solo-L.Minkus ("Don kixot" baleti)
- Özbək rəqsi solo,şələqov rəqsi solo-Ə.Bədəlbəyli ("Qız qalası" baleti)
- Varlı Leonardo-R.Driqo ("Arlekinado" baleti)
- Solo balero-J.Bize,R.Şidren ("Karmen suita" baleti)
- Solo balero-(J.Bize "Karmen" opera)
- Toy rəqs solo-M.Maqomayev ("Şah İsmayıl" opera)
Bir müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet məşqçi-pedaqoq vəzifəsində çalışıb.Çalışdığı illərdə F.Liqar "Şən dul qadın"(1999), M.Fətəli Axundzadənin "Kimyagər"(2012) musiqili komediyalarında xoreoqraf-baletmeyster kimi çalışmışdır.
2000-2003-cü illərdinə Türkiyə Cumhuriyyəti İstanbul Dövlət Opera və Balet Teatrında balet solisti çalışmışdır.
- Baş zabit-( "Çanaqqala" baleti)
- Təlxək--(A.Məlikov "Məhəbbət əfsanəsi" baleti)
- Pa-de-trua-( P.Çaykovski "Fındıqqıran")
- Sarayın baş rəqqası-( "Hürrəm sultan" baleti)
- Qartal-("Salome" baleti)
Şəhriyar Cəfərov 2001-ci ildə Azərbaycanda ilk dəfə "Uzundərə " xalq rəqsinə duet rəqsi olaraq quruluş vermiş və İstanbulda Show tv-də yayımlanan "Hülya show" proqramında Ebru Önal ilə birlikdə ifa etmişdir. 2003-cü ildə Qırğızıstanda keçirilən – ''Issık göl-2003'' beynəlxalq müsabiqəsində birincilik qazanmışdır. 2009-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən 2-ci beynəlxalq Antalya rəqs müsabiqəsində "müasir rəqs" kateqoriyası üzrə qalib adını qazanmışdır.
Quruluş verdiyi xoreoqrafik kompozisiyalar və rəqslər
redaktə- "İspan" rəqsi (1998)
- "Rubikon - F.Sinatra mahnısına (1998)
- "Uzundərə" – xalq rəqsi (2001)
- "İlan" rəqsi (solo) (2001)
- "Arşın mal alan" - Ü.Hacıbəyli (2004)
- "Sertaki" yunan rəqsi (2005)
- "İki qərənfil" (bir pərdəli balet tamaşası) - 20 yanvar şəhidləri İlham və Fərizəyə ithaf (2006)
- "Min bir gecə" - xoreoqrafik kompozisiya (Fikrət Əmirov) (2006)
- "Şərq aləmi" - xoreoqrafik kompozisiya (2008)
- Libertanqo (2009)
- "Şələ qoy" solo rəqsi (2009)
- "Kütləvi" vals və "Duet fransız vals” (2009)
- "Gedirsən get "- Ələkbər Tağıyevin musiqi əsasında (2010)
- "Şələ qoy" kütləvi rəqsi (2012)
- Sarı Gəlin (xalq mahnısı) solo rəqsi (2012)
- "Görüş" duet rəqsi (2012)
- "Mirzəyi-Vağzalı" xalq rəqsi (2013)
- 20 yanvar şəhidlər xoreoqrafik kompozisiya (2015)
- "Qazağı" kütləvi rəqsi (2015)
- "Odlar yurdu" – (Elşad ritm qrupu) (2015)
- "Türk" rəqsi (2015)
- "Şən rəqs" – Vasif Adıgözəlovun musiqisi əsasında (2016)
- "İnnabı" – xalq rəqsi (2016)
- Xocalı - xoreoqrafik kompozisiya (2016)
- "Külək "- Ələkbər Tağıyevin musiqi əsasında (2016)
- "Kalinka" rus rəqsi (2016)
- "Yeni Bakı" - xoreoqrafik kompozisiya (Rövşən ritm qrupu) (2017)
- "Odlar Yurdu" - Eldar Mansurovun musiqi əsasında (2017)
- "Azərbaycan qızıyam "- Ələkbər Tağıyevin musiqi əsasında (2020)
- "Küçələrə su səpmişəm" qızlar rəqsi (2021)
- "Sarı Gəlin" qızlar rəqsi (2021)
- "Novruz" rəqsi (musiqi Məmmədbağır Bağırzadə) (2021)
- "Ayrılıq" (musiqi Əli Səlimi) (2021)
- "Çırpınırdı Qara Dəniz" (Ü.Hacıbəyli) (2021)
- "Leyli və Məcnun duet rəqsi (musiqi Taner Demiralp) (2021)
- "Xarıbülbül" rəqsi (2021)
- "Xarıbülbül" suitası (musiqi Emin Sabitoğlu) (2021)
- Tarantella qızlar rəqsi (2022)
- Karmen qızlar rəqsi (2023)
Mənbə
redaktəVideo
redaktə- Şəhriyar Cəfərov və "Rəqsin sultanları" qrupu - "Şərq aləmi" xoreoqrafik kompozisiyası
- Şəhriyar Cəfərov və "Rəqsin Sultanları" qrupu - Bayram rəqsi
- Şəhriyar Cəfərov - "O olmasın, bu olsun" tamaşasından rəqs
- Beynəlxalq rəqs yarışmasında Modern üslubunda I yer qazanmış İlan rəqsi
- Şəhriyar Cəfərov "Rəqsin dili" verilişində Azərbaycan rəqsləri tarixi haqqda
- Şəhriyar Cəfərovun ANS TV-də müsahibəsi
- [1]
- [2]
- [3]
- [4]
- [5]