Sinadag - Wikipedia
Şinadağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.[2]
Kənd | |
Şinadağ | |
---|---|
39°22′48″ şm. e. 46°07′56″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Sisyan rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.750 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəRayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Şnatağ, Şenatağ formalarında da qeyd edilir[3][4].
Toponim qədim türk dilində «tikinti, tikili, qəsəbə, kənd, oba, yurd» mənasında işlənən şen sözünün[5] qədim forması olan şin sözü ilə[6][7] Azərbaycan dilində «yerin hündür, dik, yamaclı və zirvəli hissəsi» mənasında işlənən dağ sözünün[8] qədim fonetik forması olan tağ sözü[9] əsasında əmələ gəlmişdir. «Kənd, oba, yurd, tikili, yaşayış məntəqəsi» mənasında işlənən şen sözü öz izini Azərbaycan dilində «abad yaşayış yeri, ümumiyyətlə məskun yer, məntəqə», «qəsəbə» mənasında işlənən şenlik sözündə[10][11] və «adam az olan, əhalisi az olan» mənasında işlənən şenliksiz sözündə[12] saxlamışdır. Bu söz həm də şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) işlənməkdədir[6][7].
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernaşen (Dağkəndi) qoyulmuşdur.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76
- ↑ Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.113
- ↑ Məmmədov N. Azərbaycanın yer adları (oronimiya), Bakı, «Azərnəşr», 1993. s.63-69
- ↑ 1 2 Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.160
- ↑ 1 2 Məmmədov N. Azərbaycanın yer adları (oronimiya), Bakı, «Azərnəşr», 1993. s.67
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, «Elm», 1980. s.11
- ↑ Древнетюркский словарь, Л., «Наука», 1969. s.526
- ↑ Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.133
- ↑ 12, s.506
- ↑ 12, s.507